Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
"Onun barmaqları, kiprikləri Məni eləyir dəli"
Qaraqan
Qaraqan
- "Dekabr və Payızım"
"Həyat bacarır, həyat iyrəndirir özündən, Sonra yenidən sevgimizi alır"
Qaraqan
Qaraqan
- "Dekabr və Payızım"
Reklam
Bu gün dekabr mənim payızımı basdırır.
28 dekabr 2023- bu tarixi fəlsəfəyə başlanğıc tarixi kimi qeyd edirəm buraya. Bir çox bədii kitabları yarım saxlamamım səbəbi tamamilə özümlə bağlıdır. Heç birinə fokuslana bilmirəm, bədii əsərləri son zamanlar oxuya bilmirəm. Dini araşdırmağa, oxumağa başlayandan bəri sadəcə fəlsəfi, elmi əsərlər məni özünə çəkir. Onları oxuyanda diqqətim dağılmır. Bilmirəm niyə belə oldu, amma bundan istifadə edib bu ilimi fəlsəfəyə və dinə ayıracağam. Arada fasilə üçün bədii də oxuya bilərəm, amma zənn etmirəm. Tutunamayanlar, Amerika, 6-cı plata kimi kitablarımı da saxlamışam. Bəlkə, bir gün davam edərəm🐢
Reklam
bir neçə dəqiqə əvvəl bütün ölkədə təqvimlər 22 dekabrı göstərməyə başladı. bu tarix çox insan üçün adi bir tarixdir, lakin mənim üçün xüsusi bir gündür. 22 dekabr mənim dünyaya gəldiyim, öz hekayəmi yazmağa başladığım gündür. hər insan öz hekayəsinin qəhrəmanıdır. mənim hekayəm hələ ki oxunmağa dəyər bir hal almayıb, vərəqlər bomboşdur. bu il və bu yaşım mənim ən çox böyüdüyüm, həyatın həqiqətlərini ən çox qəbullandığım il olaraq zehnimə həkk olundu. gələcəkdə dönüb bu ilə baxdıqda görəcəyim çox şey var. əgər bundan bir neçə gün sonra bu yazını silməsəm, özümə kiçik bir qeyd yazım: dəyişəcəyinə olan şübhələrini öldürmə. heç bir xasiyyətin dəyişməz qalmayacaq. niyə dəyişdim deyə özünə əsəbləşmə. və məqsədin üçün addımla. çox insana baxıb quru düşüncələrə qapılma, öz düşüncələrinlə xoşbəxt olduğunu da unutma. oxuyan olarmı, bilmirəm. özüm üçün bir neçə cümlə yazmaq istədim. xoş gəl, on beş, xoş gəl. zəfər və uğurlarınla gəl. - N. 22 dekabr 2023 :)
1.Avqust...
Xatırlamaq daha çətin yoxsa unutmaq ? Söylə mənə hansı daha ağır? Ya da xatırlayaraq unutmaq... Bu qədər zamandan sonra günün sonunda səni xatırlamaq keçmişdən gələcəyə bir gün ötürmək kimidir. Sanki o günü yaşamısan yenidən yaşayırsan. Avqust ayını heç sevmirəm. Nədənsə bütün bədbəxtliklər o an da. Hər kəs də noyabrın bir hüznü yaşanarkən mən hələ də illərdir avqust ayın da qalmışam. O ay çatan da düşünürəm ki , sanki bir bədbəxtlik hökm sürəcək. Nədənsə də düşündüyüm kimi də olur. Hər il avqust ayı məndən bir sevdiyimi qoparır. Bu ayda yay bitir artıq payız fəsli başlanır lakin daha çox qışı xatırladır sanki Dekabr ayının ən soyuq ən şaxtalı günləri başlayır bu ayda. İnsanlardan qopuram, heç xatırlanmayacaq dərəcə də tez , külək sərt şəkildə üzümə qapını çırpır bu aya məni həbs edir. Sonralarda isə ucqar bir kəndin daxmasın da qayğısız, sevgisiz, bir şəkildə özümü tapıram , nə təsadüf necə də mənə uşaqlıq illərimi xatırladır. Neçə yaşım olduğunu xatırlamıram , məndən soruşsanız indi də neçə yaşım olduğunu bilmirəm. O il tam da avqust ayında özümü ən qayğısız hiss etdiyim günlərdən biri idi. Həmin gün mənə o qayığını hər gün aşılayan birini itirmişdim. 8/8/18/28 bu 8 həyatımın ən uğursuz rəqəmi , uğursuz rəqəm də olar heç ? Deməyin. Olarmış , hələ bir uğursuzluq 28 də qalıb ümid edirəm dərddən ölmərəm. İllər , insanlar , düşüncələr mənim üçün əvəz edilməz üçlük. İndi çox qarışıq düşüncələrdəyəm sonra davam edərəm.... #Avqust1
Ömür keçər sənin qollarında Gözləyirəm mən,sənin yollarında Ömrüm günüm, mən səni sevərəm nağıllarda Yaşam səbəbim sən ol, mənim yuxularımda Nəfəsimsən, nəfəsinəm bir yaşam Keçərik, səninlə çətin günlər yavaş-yavaş, Məni gözəl edən,sənin sözlərindir inan. Bağlanım sənə,min il Dayanmadan öpüb qoxlayım, hər il Başlanğıcımda sən ol, sonum da Sənin bircə gülüşün olsun, mənə dərman Məni gözəl edən sənin sözlərindir inan 12 dekabr 10:23 Fatimə ♡
~XoşGəldin Dekabr Soyuyanın təkcə havalar olduğu, acısız, kədərsiz, gözəlliklərlə dolu bir ay olmağın diləyi ilə...✨️🍃
Reklam
Habil Yaşar, “Ədəbiyyat və incəsənət” -Xoş gördük, Güzide xanım. Zəhmət olmasa öncə özünüz haqqında azərbaycanlı oxuculara məlumat verərdiniz. -Bakalavr təhsilimi İqtisadiyyat fakültəsində, magistratura təhsilimi isə Fatih Universitetinin Hüquq fakültəsində bitirmişəm. Bilgi Universitetində ədəbiyyat seminarlarına qatılaraq yazıçılıq təhsili,
74 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.