Juan Jacinto Muñoz-Rengel – Hastalık Hastası Kiralık Katil)
9/10
·160 syf.··
2023 52. kitabı
·
29 saatte okudu
·
Okunma: 11 Eylül 2023 21:24
Bəzi romanlar var ki, janrı ilə, ideyası ilə və qəhrəmanı ilə oxucunu dərhal təəccübləndirir. “Hastalık Hastası Kiralık Katil” də mənim üçün məhz belə bir əsər oldu. Romanın mərkəzində Bay Y. adlı bir kirayə qatil dayanır. O, peşəkar şəkildə insanları öldürür, amma eyni zamanda ağır bir hipokondriya ilə yaşayır. Daim özündə ölümcül xəstəliklər axtarır, hər gün yeni bir diaqnozla özünü “son günlərini yaşayan insan” kimi görür. Ən maraqlısı isə budur ki, ölümə bu qədər yaxın yaşadığını düşünən biri, başqalarının ölümünü təşkil edən bir insandır. Bu ziddiyyət romanın əsas gücünü təşkil edir. Əsər təkcə kriminal süjet deyil, eyni zamanda fəlsəfi bir mətn kimi də oxunur. Müəllif ölüm qorxusu, varoluş narahatlığı və insanın öz bədəni ilə münasibəti kimi mövzulara toxunur. Roman boyu Dekart, Şopenhauer, Nitşe və qismən də Kamyu kimi filosoflara göndərmələr hiss olunur. Xüsusilə insanın ölüm qarşısında mövqeyi və qorxunun həyat üzərindəki təsiri bu fəlsəfi qatın əsasını təşkil edir. Kitabın dili qara yumorla doludur. Absurd vəziyyətlər, ironik hadisələr və qəhrəmanın öz daxili monoloqları oxucunu həm düşündürür, həm də bəzən gülümsədir. Bu balans əsəri sadə bir kriminal romandan çıxarıb daha dərin bir psixoloji-fəlsəfi mətnə çevirir. Oxuyarkən diqqətimi çəkən əsas məqamlardan biri də budur ki, Bay Y. nə qədər güclü və təhlükəli biri olsa da, öz bədəni və qorxuları qarşısında son dərəcə zəif görünür. Bu isə insanın nə qədər paradoksal bir varlıq olduğunu göstərir: bir tərəfdən nəzarət edən, digər tərəfdən isə öz içində dağılmaqda olan. “Hastalık Hastası Kiralık Katil” qısa, amma ideyaca çox qatlı bir əsərdir. Həm qara yumor, həm də fəlsəfi dərinlik axtaran oxucular üçün maraqlı bir təcrübə təqdim edir. 9/10
Hastalık Hastası Kiralık KatilJuan Jacinto Muñoz Rengel · Yapı Kredi Yayınları · 2021497 okunma
9/10
·80 syf.··
2026 53. kitabı
·
34 saatte okudu
·
Okunma: 14 Mayıs 2026 23:04
P.Stratern bu kitabda fransiz filosof ,rizaziyyatçi ve elm adami Rene Dekartin heyat ve felsefesini xulase formada oxucuya çatdirir Aristo Sokrat Platondan sonra esler boyunca sönmüş felsefe xvı yüzillikde Dekarla yeniden canlanmağa başlayir.Dekart modern fəlsəfənin qurucusu sayılır. O həm də cəbr və həndəsəni birləşdirən analtik həndəsənin ixtiraçısıdır ki, bununla həndəsi məsələlərin cəbri həlli mümkün olmuşdur. Fəlsəfəni dinin və siyasətin təsirindən qurtarmağa çalışmış önəmli bir filosofdur Əsas əsərləri “Metod haqqında mühakimə”,” Metafizik düşüncələr” və “Fəlsəfənin prinsipləri” əsərlərini göstərmək olar. Dekart eyni zamanda həm yeni, həm də köhnə dövrün nümayəndəsi hesab olunur.Bir tərəfdən o, fəlsəfəni yeni, etibarlı təməllər üzərinə oturtmağa çalışır.Digər tərəfdən isə o, sxolastik ənənəyə sıx bağlıdır, bu da onun Tanrının mövcudluğu ilə bağlı irəli sürdüyü arqumentasiyaları ilə təsdiq olunur Paul Strathern ağır fəlsəfi dili çox sadələşdirərək yazır. Ona görə bu kitab fəlsəfəyə yeni başlayanlar üçün çox uyğundur. Oxuyarkən həm Descartesin həyatını öyrənirsən, həm də onun ideyalarının bugünkü dünyaya necə təsir etdiyini anlayırsan.90 Dakikada Descartes kitabı, filosof René Descartesın həyatını və düşüncələrini sadə, qısa və axıcı şəkildə izah edən fəlsəfə kitabıdır.
90 Dakikada DescartesPaul Strathern · Gendaş Kültür Sanat Yayıncılık · 1998151 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
7/10
·328 syf.··
2025 37. kitabı
·
29 saatte okudu
·
Okunma: 28 Aralık 2025 23:44
Duygular Khai’yi terk edeli çok olmuştu, Andy bu dünyadan göçerken onları da yanına almıştı. Acıyı, nefreti hissedemiyordu. En önemlisi o sevemiyordu… Annesi bu duruma bir el atıp ona eş seçmeye karar verdi, onca adayın arasından bu durumdan haberi dahi olmayan Esme’yle yollarının kesişmesi ise evrenin trajikomik hallerinden sadece biriydi. Kitabın da adı gibi bir evlilik provası yapacaklardı ve üç aylık süresi vardı Khai’yi kendine aşık etmek için. Yaza kadar ya kendine aşık et ya da evine dön Sadece vakit geçirmek için başlamıştım ve gerçekten de beni içine çekip alıp götürdü. Yazarın dili fazlasıyla akıcı; öyle ki ilk oturuşumda 200 sayfayı devirmiştim bile. Beklentimin üstünde de çıktı fakat daha çok sevebilirdim de. Khai ve Esme’nin aralarındaki duygusal bağ bana pek geçmedi ve kitap ilerledikçe de ortada olgunlaşan bir aşk olduğunu hissetmedim. Fazlasıyla yüzeysel kalan bir ilişkiydi, öyle ki Esme Khai’nin asperger sendromu hakkında hiç birşey öğrenmedi. Babası ve Esme olayı araya kaynadı, Khai-Jade ikilisini de hiç okuyamadık. Sonu da çok aceleye gelmişti. Ama yazarın Esme’yi kendi ayakları üzerinde durmaya çalışan bir kadın olarak yazması da ayrı olarak hoşuma gitti, bu tarz bir kitaptan bekleyeceğim bir şey değildi oysa. Beklentiyle başlanacak bir kitap değil fakat amacına gayet uygundu, kendisiyle keyifli vakit geçirdim. Karakterleri genel olarak sevdim ama Quan ayrı bir dikkatimi çekmişti. Yazarın İlişki Testi kitabında ondan bahsettiğini görmek beni heyecanlandırdı. Onu da listeme ekledim. Kafa dağıtmalık bir kitap arıyorsanız tavsiye ederim. Rs için de birebir
1000Kitap
Evlilik ProvasıHelen Hoang · Epsilon Yayınevi · 2023208 okunma
9/10
·88 syf.··
Beğendi
·
2025 17. kitabı
·
7 günde okudu
·
Okunma: 20 Mart 2025 21:13
Başlıq: Cahil Filozof Yazar : Voltaire Səhifə: 78 Janr: Fəlsəfə Nəşr: T.İ.B İnstagram- Vusalkitabblog Hərkəsə salam "Tanrının olmamı istədiyi yerdəyəm.Şikayət etmək,Ona qarşı günah etmək olar." Epiktetos Əksər filozofların ateist olduğunu  eşitmiş və ya oxumuş olarsınız.Voltaire'in isə inanclı biri olması diqqətimi çəkdi.Buna görə də,kitabı dərhal alıb oxumaq istədim və çox bəyəndim. Kitabda, Voltaire'in həm özünü mühakimə etdiyi hissələr, həm də bəzi filozofların fikirlərinə bildirdiyi tənqidləri yer alır.(Locke, Dekart,Platon və.s) . Hərkəsə oxumağı məsləhət bilirəm. #voltaire #türkiyeişbankasıkültüryayınları #fəlsəfə #türkcə #oxudumbitdi #dekart #locke #platon #hasanaliyücelklasikleri
Felsefe
Cahil FilozofVoltaire · Türkiye İş Bankası Kültür Yayınları · 20203,224 okunma
Qəlbiniz yoxsa məntiqiniz?
10/10
·80 syf.··
Beğendi
·
2024 42. kitabı
·
14 saatte okudu
·
Okunma: 07 Kasım 2024 22:30
Aldığınız qərarlarda qəlbiniz ön planda olur, yoxsa məntiqiniz? İndi bu suala “duyğu kəsiciləri” deyəcək ki, əlbəttə məntiq) Gəlin bir az dürüst olaq, özümüzə. Bilirəm çətindir, amma ən azından bir dəfə edin və keçmişdə aldığınız qərarlara baxın. Nəyə əsasən seçmişdiniz? Siz bu sualı düşünərkən, icazənizlə mən bir az məşhurların fikirlərindən söz açmaq istəyirəm. L.Tolstoy deyirdi ki, “İnsan qəlbinin həqiqəti, onun ağlının gördüklərindən daha dərin və mürəkkəbdir.” Və ya Cəlaləddin Rumi, “Ağıl bir təxrib edir, qəlb isə birləşdirir. İkisi bir araya gələndə isə həqiqət doğular.” Rumi, balansda saxlamağın tərəfdarıydı. Dekart isə nöqtə qoymağa çalışaraq, “Düşünürəm, deməli mövcudam” deyirdi. Yəni onunçün məntiq əsas idi. Bəs mən niyə bu sual ətrafında sizi düşünməyə vadar edirəm? Bu gün haqqında danışacağımız əsərin taleyi məhz bu sual ətrafında özünü əks etdirirdi. Əsərimiz müharibə illərində Qırğız kəndində yaşayan Cəmilənin həyatını, daxili duyğularını və ona dərin təsir edən bir sevgi hekayəsini əhatə edir. Cengiz Aytmatov həqiqətən də hər zamanki kimi öz sözünü deyir. Dahi yazıçı, sən 80 səhifəyə necə bir ömrü sığdırdın axı? Əslində bu sevgi əsərindən çox, mənə görə özünüdərk idi. Bu əsər özlərini itirmiş, öz daxili duyğularını kəşf etməyə çalışan, dərin keçmişə və indiyə malik olan iki gəncin hekayəsidir. Cəmilə və Danyar.. Cəmilə bir neçə aylıq evliydi, Sadık tərəfindən qürur üzərinə qaçırılmış və məcbur evlənmişdi, evləndikdən qısa müddət sonra da Sadık hərbiyə getmişdi. Baxın, yoldaşlar, sevgisiz bir evlilikdən söhbət gedir. Mənimki də sözdü) Bizim mentalitetimizin vəziyyətinə necə də bənzəyir. Hal-hazırda görəsən neçə ev bədbəxtdir, Cəmilə kimi öz xilasını gözləyir. Söhbət müharibə illərində Qırğız kəndindən gedir, əlbəttə ki qadın sadəcə aşağı bir məxluqdur.
CemileCengiz Aytmatov · Ötüken Neşriyat · 201944,6bin okunma
9/10
·68 syf.··
2024 32. kitabı
·
23 günde okudu
·
Okunma: 24 Temmuz 2024 18:03
Volter bu əsərində olduqca önəmli və düşündürücü məsələlərdən bəhs edir. Bunlardan biri, mənim də hər zaman bu düşüncə tərəfdarı olduğum, insan beyninin nə qədər inkişaf etmiş olursa olsun, bir düşüncə nə qədər ali olursa olsun Tanrı anlayışının özündə dərinliyinə, müqəddəsliyinə əsla çata bilməyəcəyidir. Volter insan zəkasının idrakını Tanrının varlığını, onun gücünü anlaya bilmədiyi üçün zəif olaraq qəbul edir və bu zəifliyi qələmində elə bir tərzdə ifadə edir ki, zəifliyin aliliyini, qüsurun qüsursuzluğunu gözlər önünə gətirir. Və burada Volterin fikirləri məşhur alman filosofu İmmanuel Kantın "Das Ding an sich" ; "Das Ding für mich" - nəzəriyyəsi ilə, yəni "bir şeyin özündə mənası" və "bir şeyin mənim üçün mənası" adlı düşüncələri ilə tamamilə səsləşir. Daha sonra, insanın anadangəlmə ideyalaramı yoxsa anadangəlmə əqləmi sahib olması haqqında fikirləri; Rene Dekart, Barux Spinoza, Con Lokk, Tomas Hobbs və s. filosofların lehinə və əleyhinə olan əsaslı düşüncələri çox maraqlı idi. Əsərdə mənə çox gözəl hiss etdirən ən püf nöqtə Volterin ilahiyyatla (dinlə) əxlaqı ayrı tutması idi. Bunu istər kitabda Volterin Brahmanlarla bağlı yazısında, istər Zərdüştlərlə bağlı fikirlərində, istərsə də Konfüçyüs ilə əlaqəli məlumatlarında görmək mümkündür. Volterin dinlə əxlaqı ayırması və bununla beyinlərdə yaratmış olduğu təsəvvür sayəsində belə bir nəticəyə gəlmək olar ki, əxlaqın əsasını din deyil, bütün dinlərin əsasını əxlaqi fikirlər təşkil edir. Yəni, əxlaq dindən asılı deyil, dinin özü əxlaq anlayışından asılıdır. Son olaraq demək istəyirəm ki, Volter həm düşüncə istiqamətinə görə, həm də ruhsal hisslərinə görə olduqca sevdiyim filosofdur. "Cahil Filozof" əsərini də maraqla və bəyənərək oxudum. Cahil Filozof Voltaire
Felsefe
Cahil FilozofVoltaire · Türkiye İş Bankası Kültür Yayınları · 20203,224 okunma