Mən şokdayam, spoiler yoxdur.
10/10
·451 syf.··
Beğendi
·
2025 13. kitabı
·
10 günde okudu
·
Okunma: 29 Haziran 2025 18:55
Yazardan oxuduğum dördüncü kitab idi və ən sevdiyim kitab oldu. Plot twist çox yaxşıydı hətta təxmin edilməsi imkansızdır dəyə bilərəm. Kitabın dili çox sadədi və axıcı kitabdır. Kitab psixiatr Yan Fostere tanımadığı adamdan gül buketi gəlməsi ilə başlayır. Sonra Yan yaşadığı qəsəbədə baş verən cinayətlərlə özünə gələn buketlə və məktublarla ələqə olduğunu anlayır. Thriller/Detektiv janrını sevirsinizsə, oxuyun mütləq.
1000Kitap
OyunbazWulf Dorn · Yay Nəşriyyat · 20185,8bin okunma
9/10
·136 syf.··
2025 50. kitabı
Kitab qısa olsa da, ağır gəldi. Oxuduqca düşündüm: “Bəs biz ətrafda baş verən haqsızlıqlara necə baxırıq?” Həkim var, ağıllıdı guya, amma hər şeyə laqeyddi. Göz görə-görə ədalətsizliyə susur. Sonra da özü düşür həmin o palataya. Oxuyanda acığın tutur, sonra kədərlənirsən. Ən çox da “dəli” sayılan İvanın dedikləri beynimə dəyə-dəyə keçdi. Elə bil ağlı başında olan o idi, qalanlar sadəcə zombiydi. Sözün düzü, kitab məni bir az sarsıtdı. İçimdə qəribə bir narahatlıq qaldı. Amma yaxşı ki oxudum. Həyatın və cəmiyyətin soyuq üzünü elə sadə dillə göstərib ki, Çexova şapka çıxartmaq qalır.
6 Nömrəli PalataAnton Çehov · Parlaq imzalar · 202287,2bin okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Kitablar kitabı "Nəfəs".
9/10
·768 syf.··
Beğendi
·
2024 195. kitabı
·
10 günde okudu
·
Okunma: 25 Kasım 2024 13:35
"Nəfəs" Ramiz Rövşənin illər ərzində çap edilmiş 5 kitabından ibarət toplu kitabıdır: "Göy üzü daş saxlamaz", "Kəpənək qanadları", "Bir yağışlı nəğmə", "Hamı oğul böyütmüşdü" və "Ayın o biri üzü". İlk üç kitabda şeirlər yer alır. Dördüncü kitabda hekayələr və bir povest, beşinci kitabda isə esselər. Ramiz Rövşəni bu zamana qədər, sadəcə, şeirləri ilə tanıyırdım. Şeirlərinə, şeirlərinin dərinliyinə, fəlsəfəsinə heyran olsam da, deyəsən, Ramiz Rövşəni nasir, publisist kimi daha çox sevdim. Hekayələri, povesti elə şirin, doğma, xoş təsir bağışlayır ki, oxuduqca oxumaq istəyirsən. Ancaq birdən o şirin hekayələrin bir cümləsi "şapalaq" kimi üzünə də dəyə bilir. O "şapalaq" ki, özündən belə gizlətmək istədiyin həqiqətləri üzünə çırpır... Məncə, oxuyan hər kəs bu hekayələrdə özündən bir parça tapacaqdır. Həmçinin esselər də çox xoşuma gəldi. Ramiz Rövşən bu yazılarında "qızıl xırdalayıb" desək, yeridir. Ürəyimiz sıxılanda, nəfəssiz qalanda kitablara, şeirlərə sığınmaq istəyərik ha, bax, "Nəfəs" o zamanlarda dadımıza çatacaq, nəfəsimizə nəfəs qatacaq bir kitabdır.
Edebiyat
NəfəsRamiz Rövşən · Teas Press Nəşriyyatı · 2024198 okunma
Kürk mantolu marie
10/10
·160 syf.··
Beğendi
·
2023 1. kitabı
·
8 günde okudu
·
Okunma: 21 Ağustos 2023 04:23
Kitabın ilk yarısında hikaye çok düz başlıyor. Sabahattin Ali’nin diğer kitaplarını okumuşsanız onun yazım tarzını bilir ve sıkılmadan heyecanlı anların gelmesini ümit ederek okumaya devam edersiniz. Kitabın ortasına 1 haftada geldim ara ara okuduğum için. Ama geriye kalan yarısını bir oturuşta bitirdim çünkü çok sürükleyici ve tahmin edilmezdi. Ayrıca, Maria Puder karakterinin hayata ve erkek- kadın ilişkilerine olan bakış açılarını kendime yakın buldum ve bu karakterle oturup bir kahve eşliğinde uzun uzun sohbet etmek istedim. Raif efendi ile de seans yapmayı ya da ona dost olup derdini benle paylaşmasını isterdim. Bir diğer yandan, kitabın sonuna geldiğimde Raif efendiyle uzun uzadıya bir sohbet etmiş kadar oldum. Bir psikolog adayı olarak bu kitap ‘her insanın bir hikayesi vardır’ sözümü hatırlattı bana. Gerçekten de öyle… ve en çok da susanların konuşmaya ihtiyacı vardır. -dy Kürk Mantolu Madonna Sabahattin Ali
Hayata Dair
Kürk Mantolu MadonnaSabahattin Ali · Yapı Kredi Yayınları · 2025376,1bin okunma
8/10
·138 syf.··
Beğendi
·
2022 54. kitabı
·
7 saatte okudu
·
Okunma: 18 Ekim 2022 22:54
Əsərin ideyası, təsirliliyi və hiss etdikdirləri ilə bağlı yazmayacacam. Düşünürəm ki, bu nə qədər ortaq hissiyatlı bir şey olsa da hər kəs üçün fərqlidir. Mən qısaca əsərlə yazıçının şəxsi həyatı arasındakı əlaqələrdən bəhs edəcəm. Öncəliklə bildirirəm ki, mənə görə əsərin bu qədər uğurlu alınmasında yazıçının əsərin motivi olaraq öz həyatını ələ alması böyük rol oynayır. Balaca Şahzadə və Qızılgül arasındakı münasibət, öz şəxsi həyatında həyat yoldaşı Consuelo de Saint-Exupéry ilə arasındakı münasibətin təzahürüdür. Consuelo ilə təlatümlü münasibəti ərzində qeyri-rəsmi şəkildə başqaları ilə əlaqədə olması( həmçinin Consuelo da eyni şeyi edib) amma nəticədə yenə Consuelo'ya qayıdışı əsərdə Balaca Şahzadənin Qızılgülü tərk edib, yer planetində 5 min qızılgüllə qarşılaşması, lakin tülkü sayəsində xarici görünüş cəhətdən digər 5 min qızılgüldən heç bir fərqi olmayan qızılgülünün ürək gözü ilə baxdıqda sadəcə ona məxsus qızılgül olduğunun fərqinə varması ilə əks olunur. Sonradan düşmən ərazilərində kəşfə çıxan pilot yazarımız bir daha geri qayıtmır və həyat yoldaşı Consuelo onu bu sözlərlə anır : “Mən sənə sadiq qalacam. Mən səni gözləyəcəm... əbədiyyətdə oyanmış halda. Bilirsən, niyə? Çünki mən səni sevirəm, bizim şirin xəyal aləmimizi sevirəm, Balaca Şahzadənin dünyasını sevirəm, mən orda yaşayıram. Və heç kəs mənim xətrimə dəyə bilməz... tək olsam da, mənim dörd tikanım var.” Konsuelodan Antuana (Nyu-York, 10 avqust 1943-cü il)
Balaca ŞahzadəAntoine de Saint-Exupéry · Parlaq İmzalar · 2016279,8bin okunma
1/10
·400 syf.·
2020 74. kitabı
Geldik bir fiyaskonun daha yorumuna... Kitabı, hikâyemde de bahsettiğim sebeplerden ötürü sevme umuduyla almıştım lakin okumayı bile bitirmeden elden çıkardığıma göre sonucu tahmin etmek zor olmaz. Bu kitap tam olarak John Green çakması olmuş. JG de mükemmel demiyorum ama genel üslubu, tatlı dili, sarkastik gençleri düşünülürse çoğu young adult yazarından daha iyi olduğunu, okumanın daha çok keyif verdiğini söyleyebiliriz. David Yoon nasıl yapmış bilemem ama gerçekten üslubu, JG'ye aşırı benziyordu. İki tane erkek kanka, bilgisayar oyunları, sevgilisizlikten yakınan lise talebeleri, ergence muhabbetler, liseli aksiyonları falan filan. Tek fark David Yoon'un Koreli oluşu sanırım. Zaten bu kitabın benden 4 puan alabilmesinin sebebi de o yönüyle alakalı, oralara geleceğiz. Şimdi, arkadaşlar başlamadan önce uyarıyorum. Bu kitap, indirimli hâline 30 lira vermeye değmez. Bu yüzden kendiniz için bir iyilik yapın ve SPOİLER yemeyi bu kez umursamayın zira genel olarak beklentiniz olmasa bile bu kitabı sevmeniz zor olur. Neden? Görelim. İlk olarak young adult seviyorsanız, benim gibi yani, kitabın ilk 100 sayfa kadarı sizi eğlendirebilir. Kendisi Disney kıvamında başlayıp, Netflix olarak devam etmeseydi sevilebilir bir genç kurgu olurdu. Ama yazar çağın şartlarına uymak istemiş olsa gerek. Frank, Kore göçmeni ailesinin iki çocuğundan biri. Ablası, siyahi bir gençle evlenip evlatlıktan reddedilmiş. İkisi de zeki, başarılılar. Ailesi esnaf, ırkçı, sapına kadar Koreli. Çok çalışıp çocuklarının başarılı olmasını, bir Koreliyle evlenip soylarını devam ettirmelerini falan hayal eden basit bir aile. Frank ise elbette onların bu ırkçı tutumundan rahatsız, en yakın arkadaşı Q da siyahi olduğu için ailesinin sınırlarını falan çok iyi biliyor. Her ay ailesinin, kendisi gibi Kore göçmeni
Frank’in İkili YaşamıDavid Yoon · Epsilon Yayınevi · 2020112 okunma