8/10
·336 syf.··
2026 83. kitabı
·
10 saatte okudu
·
Okunma: 11 Mart 2026 14:26
Seriyanın digər kitabları ilə müqayisədə daha maraqlı idi. Verdiyim qiyməti də bu janra verdiyim qiymətləndirmə standartlarına görə xal verdim. Baş qəhrəmanların ikisini də bəyəndim. Cringe səhnələr çox deyildi, obrazların psixoloji cəhətdən sağlamlıqlarını, həmçinin dəyişimə açıq olduqlarını da görmək olurdu.
Öpüşünde SaklıJulia Quinn · Epsilon Yayınevi · 2019977 okunma
oyanış
6/10
·363 syf.··
2026 1. kitabı
·
28 günde okudu
·
Okunma: 16 Şubat 2026 16:13
Əvvəlcə qeyd edim daha qısa roman ola bilərdi uzadılan bölmələr bir an kitabı yarım qoyma hissini yaratdı məndə. Ona gorə balı qırdım. Sıxılırdım amma davam etdim. Psixoloji aspektdən yanaşdığımda obrazları analiz etmək mənə daha maraqlı gəldi. Təəssüf ki, doğulduğumuz ailəni biz seçmirik və illərlə onların doğruları ilə böyüyürük və dünyanın da bu doğrulardan ibarət görürük. Düşünürəm ki, bu “doğruların” da səhvliklərini dərk edərək, anladıqca formakaşmağa başlayırıq. Elə böyümə də burdan başlayır. Taranın da bu şəkildə oyanış hekayəsini oxuyuruq. Dəyişim daxildən başlayır bir qıvılcım bəs edir oyanış üçün. Taranın ailəsi(ata,qardaşı) ilə yaşadığı problemi və qırmaq istədiyi “zənciri” oxuduqda çox düşündüm bəzən də elə olmur ki, hər şey çox açıq aydın görünür amma dəyərlərimiz və ya ağır duyğularımız bizi arada saxlayır qəbullana bilmirik o arada qalırıq. Sorğulayırıq doğru cavabı bilirik amma əksini çıxarmaq üçün özümüzü inandırmağa çalışırıq… bunları hiss etdim Taranın hekayəsini oxuduqda. Burda da bölüşmək istədim. Son səhifələr daha maraqlı idi. Bir nəfəsə oxundu. Tara Westover Talebe
TalebeTara Westover · Domingo Yayınevi · 20194,800 okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
9/10
·344 syf.··
Beğendi
·
2025 11. kitabı
Kristina kasıb bir ailənin qızıdır. Müharibənin yoxsullaşdırdığı bir şərait içərisində yaşayır. Daha sonra Amerikadakı zəngin qohumlarının evinə qonaq olur və oradakı ehtişamlı həyatda böyük dəyişim yaşayır. O tədricən özünə, əslinə və keçmişinə qarşı yadlaşır. Kitab müharibənin dağıdıcılığını və insanlarda yaratdığı böyük istirabları təsvir edir.
Edebiyat & Roman
Değişim RüzgarıStefan Zweig · Can Yayınları · 20231,025 okunma
Puan vermedi·168 syf.··
2025 8. kitabı
·
14 günde okudu
·
Okunma: 05 Ağustos 2025 18:52
İlk dəfədir ki,burda bir kitab üçün review paylaşıram.Kitaba başlayanda sadəcə uzun illərdir oxumaq arzusunda olduğum bir kitab kimi başladım, açığı çox da ümidli deyildim yazarın digər kitabı (İçimizdəki şeytan) qədər mənə toxunacağına.Amma yanılmışam) Kitabı bitirəndə sözün əsl mənasında,ondan ayrılmaq istəmədim.Sanki çox yaxın birisindən ayrılırmışam kimi bir təsir bağışladı mənə. Kitabda baş qəhrəman Raif Əfəndidir(məncə Maria Puder də ən az onun qədər baş qəhrəmandır).Raif Əfəndi mənə "bizim cəsarətsiz tərəfimiz, səhlənkar tərəfimiz"miş kimi gəldi.Bu adam sanki həyatını axışına buraxıb,özü də o axına qapılıb gedir.Həyatdan tam olaraq nə gözləyir, ümumiyyətlə nəyisə gözləyirmi, burası müəmmalıdır.Şansı orda gətirir ki,onun qarşısına Kürk mantolu madonna çıxır-ona ,əslində həyatın nə demək olduğunu, yaşamağın necə bir şey olduğunu öyrədən Maria Puder.Mənim üçün sual olaraq qalan hissə odur ki, görəsən bunları Raif Əfəndiyə öyrədən həqiqətən bir qadın idimi?Yoxsa onun öz içində bəslədiyi sevgimi dəyişdi onu?Yəni biz həyatımızın hansısa bir dönəmində köklü bir dəyişim yaşayırıqsa,bu bizə təsir edən qarşı tərəflə nə qədər əlaqəlidir?Bəlkə də məsələ sadəcə "uyğun ruhu"tapmaq idi.Raif Əfəndinin ən böyük şansı o ruhu tapması idi.Məsələ məhz ruhun tapılması idi , bəli.Çünki bu tanışlıq tək Raif Əfəndiyə yox,Maria Puderə də yeni bir həyat yaratdı. Əsərdə baş qəhrəmanı qınadığım iki yer oldu.Birinciyə görə bəlkə də əsərin sonunda fikrimi dəyişdim,amma ikinci ilə bağlı əsəbiyəm hələ də Raifə:) 1.Özünü öldürməsi haqqında fikirləri Maria'ya deyəndə Marianın onu "getmə,sən özünə nəsə edə bilərsən, yanımda qal "tərzində dediyi şeylər mənə sevgidən çox mərhəmət və "vicdan əzabından qorxmaq "kimi gəldi ilk anda. 2.Raif Əfəndi sonda öz qızının arxasınca getmədi... Onsuzda öz
Kürk Mantolu MadonnaSabahattin Ali · Yapı Kredi Yayınları · 2025376,7bin okunma
10/10
·128 syf.··
2022 4. kitabı
Ən yaxşı liderlər, ən yaxşı öyrənənlərdir! Istənilən bir xarici ölkənin təhsil sistemini olduğu kimi öz sistemimizə tətbiq edə bilərikmi? Yox. Çünki müəllifin də dediyi kimi, bu sahib olduğumuz mədəniyyət, adət-ənənənin fərqli olmasından irəli gəlir. Istənilən yaxşı xarici təhsil sistemi yerli sistemlə uyğun olmalıdır. Dəyişdirilmək istənilən o zaman gerçəkləşir ki, hər fərd o dəyişikliyə açıq olsun. Düşüncə və inanc sisteminin dəyişdiriləcəyinə hazır olsun. Üzərlərində işləməli olduqlarını, dünyanın dəyişim surətinə yalnız bu şəkildə ayaq uydura biləcəyini dərk etsin. Kitabda mūəllimin bir tədqiqatçı xüsusiyyətinə sahib olmasına, fərqli səviyyədəki şagirdlərə təhsildə ehtiyac və şəaritə uyğun fərqliləṣdirilmiş təhsilin verilməli olduğuna , edəcəyimiz dəyişikliklə müəllimlərə inanmalı olduğumuza diqqət çəkilir. Bir müəllimin akademik dərəcələrindən əlavə komanda işi, peşə sevgisi, kommunikasiya bacarığı və xarakter kimi xüsusiyyətlərin Finlandiya təhsil sistemində istənildiyi görünür və bu yumşaq bacarıqlar olmadıqda işə qəbul edilmir. Müəllimlərin bir-birinə coachluq etməsi məsləhəti də diqqə çəkən məqamlardan idi kitabda. Biz soyuq və inkişaf etmiş avropa ölkələrinin və ya güclü şərq ölkələrinin təhsil sistemini olduğu kimi mənimsəyə bilmərik. Emosional xüsusiyyətlərimiz ciddi fərqlənir. Qərbdə olan təhsil infrastruktur sistemi bizdə hələ olmadığı üçün bizim kimi ölkələrdə müəllimlərin şagirdlərlə ünsiyyəti bir az daha səmimidir, soyuqluq yoxdur. Ona görə dəyişmək üçün birinci, dəyişikliyin yavaş-yavaş olduğu bilinməli, ilk õncə insanlar özünü anlamalı , dərk etməli, daim üzərində işləməli, inkişaf etdirməli olduğunu bilməli, qarşı tərəfi obyektiv analiz etməyi və buna əsasən davranmağı, mühakiməyə tələsməməli olduğunu formalaşdırmalıdır.
2025 Okuma Raporları
Eğitimde Finlandiya ModeliPasi Sahlberg · Metropolis Yayınları · 20181,062 okunma
Puan vermedi·509 syf.··
2024 30. kitabı
Kitabın ilk hissəsi, məncə, digər hissələrə nisbətdə çox daha çətindir. Kitab ilk başda 17, 18, 19 və 20-ci əsrdəki cinsiyyət siyasəti üzərinə fokuslanır. Cinsiyyət praktikasının dövlət siyasəti tərəfindən necə istifadə olunaraq yeni idarə oluna bilən cəmiyyət formalaşdırması üzərində durur. Kitab bundan sonra qədim yunan dövründəki cəmiyyət quruluşlarına həmin dövr yazılarının müqayisəsi və analizi ilə nəzər keçirir. Cinsiyyət praktikasının qədim yunan dünyasındakı yerini göstərməyə çalışır. Bu dövrlə Helenistik dövr arasındakı keçidi göstərməyə çalışır. Faktlar üzərində göstərilən cinsiyyət praktikasının tarixini göstərə bilir. İki dövr arasındakı fərqlər üstündə durur və səbəbləri göstərir. Lakin burdakı problemim, məncə, iki dövr arasındakı dəyişim mühitinin səbəblərini göstərmir, bəlkə də, ən başından bunu məqsəd bilir. Kitab Helenistik dövrdən sonrakı cinsiyyət praktikasının necə Xristian qlobal sərhədləyici siyasətinə çevrildiyini göstərməyə çalışmır. Sadəcə bundan əvvəlki dövrlərin tam olaraq necə çevrildiyindən bəhs etmir. Oxunmasının olduqca çətin olduğunu düşünürəm. Kitab siyasət, psixologiya, fəlsəfə, antropologiya, tarix kimi bir çox tədrisin birləşməsini göstərir.
Cinselliğin TarihiMichel Foucault · Ayrıntı Yayınları · 2010980 okunma