Məsələn, kişi yanındakının ona güvənməsindən, özünü möhtac hiss edərək ona sığınmasından zövq alır, qadın isə istəyir ki, kiməsə güvənsin, sığınsın. Bir-birinə tam əks düşüncələr deyilmi? Hə, həm əksdir, həm də birləşdirici, tamamlayıcı. Eynən mənfi ilə müsbət zərrəciklər kimi. Belə olmasaydı, bir kişi ilə bir qadın uzunmüddətli yaxınlıq qura bilməzdi.
İnsanların hissləri eynən qrip və ya qızılca kimi yoluxucudur. Amma özümüzə nəzarət edə bilirik. Yəni istəsək, başqa adamların hisslərinin bizə yoluxmasına mane ola bilərik.
Heyvanlarda ovun ələ keçirilməsinin sonu olan bu proses, ümumiyyətlə iqtidarın mahiyyəti haqqında çox şey deyir. Kim insanlar üzərində hökmranlıq etmək istəyirsə, onları alçaltmağa çalışır; onları bütün hüquqlardan və müqavimət imkanlarıdan məhrum etmək, öz qarşısında heyvan səviyyəsinə düşürmək istəyir. Onlardan heyvan kimi istifadə edir; hərçənd bunu onlara bildirməsə də, özü özlüyündə aydın surətdə dərk edir ki, bu insanlar onun üçün heyvanlar qədər az əhəmiyyətlidir; və öz yaxınları ilə söhbət edərkən onları qoyun ya da heyvan adlandırır. Onun son məqsədi onları udmaq və sormaqdır. Onlardan qalan artıqlar onun üçün heç bir əhəmiyyət daşımır. Onlarla nə qədər pis rəftar edirsə, bir o qədər onlara həqarətlə baxır. Əgər onlar artiq heç bir fayda gətirmirsə, eynən öz nəcisindən qurtulurmuş kimi onlardan qurtulur və çalışır ki, onlar evin havasını korlamasınlar.
Bu prosesdə hər şeyi öz adı ilə adlandırmağa o özü də cürət etmir. Əgər o kobud ifadələr işlətməyi sevən biridirsə, insanları heyvan səviyyəsinə alçaltdığını öz əyanlarına etiraf edə bilər. Lakin öz təbəələrinin heyvan kimi qətlə yetirilməsinə fərman vermirsə və onlardan fiziki olaraq bəslənmirsə, onları sorub hazm etdiyini hec vaxt etiraf etməz. Əksinə, deyər ki, o özü onları yemləyir. İnsanlar heyvanları öldürmək yaxud dərhal öldürmək üçün deyil, başqa məqsədlər üçün saxladıqları vaxtdan bəri, onları yemlədiyini yoxsa yediyini çox asanlıqla səhv salmaq olar.
–Sən ən çox nədən qorxursan?
–Tənhalıqdan... Eynən sənin kimi... Bir də unudulmaqdan...
–Mənə elə gəlir ki, səni heç vaxt unutmaram.
–Mən də səni, Saymon. Mən də səni unutmaram