Hər şeydən öncə onu qeyd etmək lazımdır ki, qarşımızda adi, sıravi roman dayanmır. İkinci növbədə əsəri oxumaq kifayət etmir. Şübhəsiz ki, çox şey oxuyub qurtardıqdan sonra ortaya çıxır və əsəri dərk etmək üçün müəyyən ədəbi təcrübə tələb olunur. Təcrübə baxımından nə zənginəm, nə də kasıb. Odur ki, özüməməxsus tərzdə əsəri dərk etmək potensialım var. Artıq bir neçə gündür ki, təhlil prosesi gedir və onu deyim ki, heç bir əsərdə olmayan unikal və əsrarəngiz cəhətlər ortaya çıxır. Əsər haqqında bir nöqtədən başlayaraq müəyyən son nöqtəyədək davam edən resenziya yazılışının çətin və mürəkkəb olduğunu nəzərə alaraq, alt başlıqlarla müəyyən mövzular çərçivəsində analitik məlumatlar verməyi və təəssüratlarımı yazmağı məqsədəuyğun hesab edirəm. Ayrı-ayrı hissələri birləşdirərək müəyyən nəticəyə gəlmək isə oxucunun üzərinə düşür.
Şeytan obrazı - Hər şey şeytan obrazı ilə başlayır. Standart anlayış olaraq bu sözün dərk edilməsi heç bir çətinlik törətmir, lakin Bulqakov bu əsərində özünəməxsus və fərqli şeytan obrazı yaradıb. Onun adı Volanddır və ənənəvi şeytandan tam fərqlidir. Əgər ənənəvi şeytan yalanlar atasıdırsa, Voland praktiki olaraq heç vaxt yalan danışmır. O, fırıldaqçılıq və yalana qarşıdır. İkiüzlü insanları isə cəzalandırır. Fərqlidir elə deyilmi? Hətta onu da deyərdim ki, romanda elə məqamlar olurdu ki, Voland məndə qibtə hissi yaradırdı.
Volandın praktiki olaraq bütün addımlarını diqqətlə analiz etmək və müəyyən nəticələrə gəlmək olar. Belə ki, o, 1930-cu illərdə Moskvaya gəlir və Moskvalıları sirk tamaşası vasitəsi ilə bir yerə cəmləyir. O, sadəcə insanları seyr edir. Onların necə də dəyişdiklərini xüsusilə vurğulayır. Bu məqam çox güman ki, Sovet hökümətinin bərqərar olunmasından sonra insanların düşüncə tərzlərinin necə dəyişdiyi və sistemin necə işlədiyini