Əziz və hörmətli həm kollegam, həm həmkarım, həm də ittifaq yoldaşım olan Samir Turan, “Zona” romanı haqqında mənim təhlilim:
Samir Turanın “Zona” romanını oxuyanda ilk hiss etdiyim duyğu tənhalıq və dərin qorxu idi. Əsərin ilk səhifələrindən elə bir atmosfer yaranır ki, sanki sən də qəhrəmanla birlikdə o qaranlıq, sirli məkanda oyanırsan.Romanın baş qəhrəmanı Tomi mənə elə gəlir ki, sadəcə bir insan deyil - ağlı, vicdanı və keçmişi ilə üzləşən bəşəri varlıqdır. Onun gözlərini “Çevrə” adlı yerdə açması, harada olduğunu anlamaması mənim üçün adi bir “fantastik başlanğıc” yox, insanın özünü itirmə anının simvoludur.
Nelson – insanın iç səsini ifadə edir. Nelsonun xarakteri sakit, ehtiyatlı, ağlı başında bir insandır. Mən bu obrazı Tominin qorxularına qarşı duran, onu həyatda saxlayan “iç səs” kimi görürəm.Onlar bir-birinə bənzəməsələr də, bir-birlərinə çevrilirlər. Tomi risk edən tərəfdirsə, Nelson qoruyan tərəfdir. Biri ağlı, biri instinkti təmsil edir. Məncə, müəllif bu iki obrazla insanın içindəki zidd qüvvələri göstərmək istəyib. Zona isə qorxunun və sükutun aləmidir. Zonanın öz qaydaları var idi axı. Ən əsas qanun “sükut qanunu”dur. Səs salmaq, qaydanı pozmaq cəza ilə nəticələnirdi.Mən bu qaydanı belə anladım ki: bəzən insanın içində elə sükutlar var ki, onu pozmaq ölüm kimidir. Zona mənim üçün insanın daxili dünyasıdır - qorxular, keçmiş xatirələr, vicdan və sükut bir sözlə hamsı bir yerdə yaşayır. Tomi və Nelson Zonaya hər keçəndə oranın dəyişməsi – bir gün meşə, bir gün səhraya, bir gün okeana çevrilməsi – mənə insanın ruh halının dəyişkənliyini xatırladır.
Qum fırtınası isə insanın sınaq anıdır. Ən çox təsirləndiyim səhnə Tominin təkbaşına Zonaya getməsi və fırtınada diri-diri quma batması oldu. O an mən hiss etdim ki, bu, sadəcə fiziki təhlükə deyil -