Puan vermedi·176 syf.··
2026 8. kitabı
·
6 günde okudu
·
Okunma: 11 Nisan 2026 18:23
Səssiz üsyan.   Anar "Ağ Liman"   Yuxu ilə başlayıb, yuxu ilə bitən bu Povest düşündürücü idi. Məhşur "Beşmərtəbəli evin, altıncı mərtəbəsi " romanın girişidir, obrazlar ilə tanışlıqdır. Obrazların hər birinin öz daxili boşluqları vardı, hər şeyin qıraqdan göründüyü kimi olmadığını göstərir Povest. Azərbaycan ədəbiyyatının ayrılmaz tərkib hissəsi olan ailə-məişət mövzularına azacıq fəlsəfi toxunuş etməyə çalışıb Anar. Məncə, Povestin əsas gücü də elə buradadır  böyük hadisələr baş vermir, amma insanın içində böyük qırılmalar yaşanır. “Ağ liman” burada sadəcə məkan deyil. O, bir simvoldur insanın çatmaq istədiyi sakitlik, sığınacaq, bəlkə də heç vaxt əldə edə bilmədiyi daxili harmoniya. Povest bəzən sıxıcı gəlir, bəzən isə düşündürücü. Bu da onun ritmindən yox, daha çox həyatın özündən qaynaqlanır , çünki real həyat da eyni ilə belədir: Monoton, amma dərin. Məmməd Nəsir, Səfdər baba obrazlarına daha da rəğbət bəslədim. Məmməd Nəsir içki aludəçisi olsada, söylədiyi nitqlər fövqalədə idi. Onun simasında sanki cəmiyyətin kənarında qalmış, amma həqiqəti daha aydın görən bir insan var. Biz ətrafımızda daimi olan insanları nə qədər tanıyırıq, dərdlərinə nə qədər şərik oluruq...?! Bəzən insan adi bir telefon ilə danışmağada həsrət qalır. Heç düşünmüsünüzmü, biz insanlar eyni məkanda yaşayıb, fərqli dünyalarda tənha qalanlarıq...?! Xüsusilə "Yadlıq  Yüzilliyində" daha da yadlaşırıq. Hər kəs öz "Ağ Limanı"nı axtarır, amma kim çatıb o limana...?! Bəlkədə çatan var, nə xoş halına. "Fight Club" filmindən bir sitatı anımsadım. "Sahib olduqların sonda sənə sahib olur"... Bəlkə də problem elə bundadır  biz “liman” axtarırıq, amma özümüzü yükə çevirən şeylərdən qopa bilmirik. Oxuyun, oxutdurun kitabla qalın əziz insanlar...
Ağ LimanAnar Rızayev · Qanun Nəşriyyatı · 0431 okunma
4/10
·144 syf.··
2026 5. kitabı
Sabina Nasifin- Səmada görüş kitabını oxuyub bitirdim. Əsər müəllifin ilk əsəridir. Fəlsəfi -poetik dildə yazılmış roman insanın daxilinə səyahət hekayəsidir. Əsərin baş qəhrəmanı Səda təyyarə uçuşu zamanı öz ruhunun dərinliklərinə doğru yola çıxır. Əsərin kulminasiya nöqtəsi qəhrəman Sədanın Riyad şəhərində yaşadığı daxili aydınlanma ilə baş verir. Bu, “Ağın qaraya eşqi” metaforası vasitəsilə göstərilir. Həqiqi hüzur və harmoniya yalnız ziddiyyətlərin birliyi ilə mümkündür. İnsan öz içindəki qaranlığı səmimi şəkildə qəbul etmədən, gerçək işığa çata bilmir. Şəhərdə qadınların qara, kişilərin isə ağ rəngli geyimləri ilk baxışda Sədaya sərt bir ənənənin təzahürü kimi görünür. Lakin bu rənglərin qarşıdurması onu yavaş-yavaş dərin düşüncələrə aparır. Səda bu mənzərədə qadın və kişi, ağıl və ruh, qaranlıq və işıq kimi əks qütblər arasında gizlənmiş vəhdəti kəşf edir. Sədanın Yaradanla qurduğu daxili dialoqlar, ona verdiyi suallar oxucunu çox düşündürür. Kitabda QR kodlar vasitəsilə müəllifin öz səsi ilə səsləndirdiyi esse və şeirlərə keçidlər təqdim olunub. Əsər oxucunu sanki bir musiqili meditasiya səyahətinə çıxarır. Düşündürücü dialoqlar, monoloqlar çoxdur.Əsərin süjeti həm var həm yoxdur.Daha çox baş qəhrəmanın özü ilə söhbəti formasında qələmə alınıb. İnsanların çoxu səbəbini anlamadığı kədəri unutmaq üçün hər şeydən uzaqlaşır, sərhədlər aşır, amma nəticədə heç yerdə hüzur tapa bilmirlər. Vətənin içində də, çölündə də qürbət həyatı yaşayırlar. Halbuki qəribçiliyə səbəb uzaq sərhədlər deyil, daxildəki uşaqla araya çəkilən sərt sərhədlərdir. Xoş mütaliələr.Kitabla qalın
Səmada GörüşSabina Nasif · Qanun Nəşriyyatı · 20257 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
9/10
·520 syf.··
2022 31. kitabı
Nobel mükafatlı yazar Orhan Pamuk dan 2021-ci ildə oxuduğum ilk roman Masumiyet Müzesi olmuşdu🩶 Bəzi kitablara məxsus ilk səhifələrdə elə giriş cümlələri olur ki, həmin o cümlələr kitabın əsas məzmununu həm oxucuya çatdırır, həm də üzərindən uzun müddət keçsədə unudulmur. Yazarın ən sevilən və eyni zamanda geniş müzakirə olunan əsəridir. Əsəri ilk oxuduğum zaman məni ən çox təsirləndirən cəhət romanla muzey fikrinin yaratdığı harmoniya oldu. Yazıçının hər detalı incəliklə planlaması, kitabda ziyarətçilər üçün muzeyə giriş biletinə yer verməsi və hətta öz yaratdığı personajın nişan mərasimində iştirak etməsi bu əsərin düşünülmüş və geniş təsirə malik olacağını göstərirdi. Kitabı və o personajların daxili aləmini yenidən oxumaq istədim. Mini serialı çıxana qədər kitabla bağlı fikirlərimin dəyişib və yaxud eyni qalacağı mənə də maraqlıdır.
Edebiyat
Masumiyet MüzesiOrhan Pamuk · Yapı Kredi Yayınları · 202460,4bin okunma
Platon yoksa tüm devletlerin yaratıcısı mı?!
Puan vermedi·372 syf.··
2026 6. kitabı
·
14 günde okudu
·
Okunma: 04 Şubat 2026 21:25
Dövlət, ədalətin nə olduğu sualını fərddən dövlətə uzanan bir çərçivədə araşdıran fəlsəfi dialoqdur. Platon ideal dövləti filosof-kralların idarə etdiyi, siniflərin (idarəçilər, qoruyucular, istehsalçılar) harmoniya içində olduğu bir quruluş kimi təsvir edir. O, insanın ruh quruluşu ilə dövlət quruluşu arasında paralellik yaradaraq ədaləti “hər kəsin öz işini görməsi” kimi tərif edir. Mağara Alleqoriyası vasitəsilə bilik, cəhalət və həqiqətə çatma prosesini simvolik şəkildə izah edir. Əsər siyasət fəlsəfəsinin əsas sütunlarından biri kimi bu gün də aktuallığını qoruyur. e.ə. IV əsrdə yazılsa da bugün mövcud bütün dövlətlər bu əsərdən nəsibini almış kimidir.
DevletPlaton (Eflatun) · Türkiye İş Bankası Kültür Yayınları · 201932,8bin okunma
9/10
·208 syf.··
Beğendi
·
2024 23. kitabı
·
14 günde okudu
·
Okunma: 30 Ekim 2024 00:00
“Kore Masalları” Koreya xalqının kollektiv şüurunu, mifoloji təfəkkürünü və əxlaq kodeksini əks etdirən topludur. Hər bir hekayə sadə görünür, amma dərin fəlsəfi qat daşıyır. Kitabda animizm, buddist düşüncə, konfutsi dəyərləri və xalq humoru bir-birinə qarışır. Nağılların mərkəzində insan və təbiət arasında harmoniya, ədalət və tale anlayışı, həmçinin xeyir və şərin dinamik tarazlığı dayanır. Məsələn: Pələng motivi (kitabın üz qabığında da var) – Koreya folklorunda həm qoruyucu, həm də cəzalayıcı ruhdur. Burada o, insanın qorxularını simvollaşdırır. Qoca və ruh hekayələri – ölüm və hikmətin birləşdiyi arxetipik obrazlardır. Ağıllı dul qadınlar, sədaqətli arvadlar, saf uşaqlar – əxlaqi idealların təcəssümüdür. Bu nağıllarda Qərb masallarındakı kimi romantik qəhrəmanlıqdan çox, sadə insanın müdrikliyi və səbirli həyat fəlsəfəsi ön plandadır. Hər hekayədə karma prinsipi hiss olunur: hər hərəkətin nəticəsi mütləq geri dönür. Yemək, heyvanlar və təbiət hadisələri — sadəcə dekor deyil, simvolik kodlardır. Məsələn, düyü “bərəkət”, ayı “səbir”, külək “qismət” deməkdir. Nağıllarda yumor və ironiya çox zərif şəkildə işlənib. Bəzən bir kəndlinin ağlı kraldan çox olur — bu, xalqın “aşağıdan yuxarıya tənqidi” formasıdır (satirik folklor elementi). Servin Sarıyerin tərcüməsi sadə, axıcı və ritmikdir. O, Koreya dilinin poetik quruluşunu qorumağa çalışıb. Mətnlərdə həm söz ritmi, həm də emosional temperatura saxlanılıb — bu, tərcümə baxımından uğurlu nüansdır. “Kore Masalları” sadəcə folklor toplusu deyil, xalqın ruhu ilə tanışlıq kitabıdır. Oxucu burada həm psixoloji dərinlik, həm simvolik düşüncə, həm də ruhani hikmət tapır. Nağıllar bizi uşaqlığa aparsa da, əslində böyüklər üçün tərbiyə aynasıdır. #aimraabooks
Kore MasallarıIm Bang · Kara Karga Yayınları · 2021137 okunma
9/10
·132 syf.··
Beğendi
·
2025 26. kitabı
·
10 günde okudu
·
Okunma: 30 Haziran 2025 14:05
Kendime Düşünceler insanın özünü idarə etməsi, nəfsinə nəzarət etməsi və daxili nizam - intizam yaratması üzərində qurulmuşdur. Marcus həyatın keçici və müvəqqəti olduğunu tez-tez vurğulayır və insanı Maddi dəyərlərə deyil,mənəvi kamilliyə yönləndirir. Eyni zamanda, insanın təkcə özü üçün deyil, başqalarına xidmət etməsi və cəmiyyətə faydalı olması vacib sayılır. İnsan təbiətin bir hissəsidir və təbiətlə harmoniya içində yaşamalıdır. Marcus həmçinin həqiqət axtarışını, doğru düşüncə ilə reallığı dərk etməyi müdrikliyin açarı hesab edir. O, insanların fərqli fikirlərə qarşı dözümlü olmasını və həyatda baş verən çətinliklərə qarşı səbrli olmasını tövsiyə edir. #Stoik fəlsəfəsinə görə xoşbəxt həyatın sirri təbiətlə harmoniyada yaşamaq və daxili sakitliyə nail olmaqdır.
Kendime DüşüncelerMarcus Aurelius · Türkiye İş Bankası Kültür Yayınları · 202427,9bin okunma