Puan vermedi·173 syf.··
2026 17. kitabı
Bəhram Əhməd - “Paramneziya” Bu gün sizə Bəhram Əhmədin "Paramneziya" kitabı barədə danışacam. Bu, yazıçıdan oxuduğum ikinci kitabdır. İlk oxuduğum "Vorkuta əkizləri" pis deyildi, bəyənmişdim. Amma mənə görə, yazıçının bu kitabı birincidən qat-qat yüksək səviyyədədir. Sözsüz ki, zövqlər müxtəlifdir, amma mənim fikrim budur. Bu kitabı mənə hədiyyə edən dostuma təşəkkür edirəm bir daha. Bildiyim qədərilə hal-hazırda satışda yoxdur və tapılması bir az çətindir. Amma təhlilə başlamazdan öncə dərhal bir məqamı vurğulamaq istəyirəm: bu kitabı harda görsəniz, mütləq şəkildə alın və oxuyun. Bu il oxuduğum və sonunda rəsmən "vau" dediyim, heyran qaldığım ən yaxşı kitablardan biridir. Bunu öncədən deyim, biləsiniz. Kitabın mövzusuna gəlincə, qarşımızda kiçik həcmli, bir oturuşa, bir nəfəsə oxuyub bitirə biləcəyiniz hekaye var. Elə buna görə də mövzu haqqında çox ətraflı danışıb, spoiler vermək istəmirəm. Hadisələrin mərkəzində Nərmin adlı bir psixoloq, həyat yoldaşı və övladı dayanır. Kənardan hər şey olduqca normal görünür və standart, sakit bir ailə həyatı sürürlər. Lakin günlərin bir günü onun qəbuluna Sevda adında bir qadın gəlir. Məhz bu görüşdən sonra Nərminin bütün dünyası alt-üst olur. O, öz keçmişinin və yaşadıqlarının görünməyən tərəflərini, gizli qalan əsl həqiqətlərini öyrənməyə başlayır. Sevda xanımın nə danışdığını və bu görüşün Nərminin həyatını necə dəyişdiyini bilmək üçün isə bu kitabı mütləq oxumaq lazımdır. Ümumiyyətlə, mən bu tərz psixoloji triller kitablarını çox sevirəm. Müəllifin məni ustalıqla aldatmasına, kitab boyu ilk səhifədən son səhifəyə qədər böyük bir yalana inandırmasına heyranam. Çünki kitabin sonunda o yalanın əsl üzünü, gizlənən həqiqəti sənə elə çarpıcı ve heyratamiz şəkildə göstərir ki, donub qalırsan. Bir sözlə kitab "tərs köşə" - mən
ParamneziyaBəhram Əhməd · 048 okunma
Öz'ünü aşmaq üçün
10/10
·372 syf.·
2026 10. kitabı
Kitab Ağalar Məmmədovun çoxsaylı məqalələrinin ümumi toplusundan ibarətdir və açığı, nə bu kitabdan, nə də Ağalar Məmmədovdan xəbərim var idi. Açığı, kitabın kontentindən çox daşıdığı mənəvi dəyəri nəzərə alaraq, 10/10 verməyim qaçınılmaz idi, çünki maraq dairəmə uyğun olaraq hədiyyə olunmuşdu, yəni ki, mənə uyğun və uğurlu hədiyyə idi deyə 10/10 düşür. Əsasən fəlsəfi mövzular əhatəsində qələmə alınıb, ən çox diqqətimi çəkənlər din/islam, ekzistensializm və siyasət mövzuları oldu. İllər əvvəl qələmə alınmış məqalələrin günümüz problemləri ilə səsləşdiyi məqamların çox olması məyus edici idi. Cəmiyyətimizin (müşahidələrimə əsasən) əvvəlki dövrlərə nisbətən daha tolerant olduğunu düşünürəm və bu bir qədər yeni generasiyanın yeni ailə modeli yaratması ilə bağlıdır. "Köhnə düşüncəli azərbaycan kişisi/qadını" yeni generasiyalarla əvəzlənir, zəncirlər qırılır, insanların fərqindəliyi artır. Kitab və filosof barəsində araşdırarkən qarşıma o qədər bir-birinə zidd örnəklər çıxdı ki. Filosofa qarşı münasibət də bir-biri ilə ziddiyyət təşkil edir, ya fikirləri bəyənilir və sevilir, ya da lənətlənir. Düşünürəm ki, bu sırf səsləndirdiyi fikirlərin özü ilə bağlıdır, çünki onlara qarşı neytral qalmaq mümkün deyil və hər insanın həyatının bir dönəmində düşündüyü və ya düşünməli olduğu fikirlərdir. Məsələn, ölüm məqaləsi – məni dərindən sarsan bir məqalə oldu. Ağalar Qut qeyd edir: "Ölüm individualdır, hər kəs özü təcrübə etməlidir." Bildiyin bir faktı kimsə yenidən xatırladanda gözünün önündəki bir şeyi görə bilirsən, gözün açılır. Ölüm üzərinə düşünməkdən qaçırıq, bəzən ölümü xatırladan dindən də qaçırıq, dinə yalnız çarəsizlik anlarında və ya yenə başqa birinin ölümü vasitəsilə üz tutub yada salırıq. Kim öləcəyini xatırladan bir vasitəni həyatının mərkəzinə qoymaq istəyər ki?
AşmaAğalar Məmmədov · Qanun Nəşriyyatı · 201228 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Puan vermedi·320 syf.··
2025 65. kitabı
Nərmin Həsənli - "Xilaskar" Bu kitabı 2025-ci ildə oxumağıma baxmayaraq, fikirlərimi paylaşmaq bu günə qismət imiş. Belə bir əsəri ərsəyə gətirdiyi üçün yazıçıya və bu kitabı mənə hədiyyə edən İlkinə təşəkkür edirəm. Kitab Ayçiçək və Əsmər adlı iki gənc qızın köhnə fikirli ata, ana və nənənin təzyiqləri altında yaşadıqları çətinliklərlə başlayır. Bu iki bacı ailədə heç bir sevgi, xoş söz və valideyn qayğısı görmədən, ancaq əsəb və stres içində böyüyürlər. Qızların fikirlərinə zərrə qədər də hörmət edilməyən, tamamilə narsisist bir ailə mühiti var. Əsasən atanın dediklərinin mütləq olması, yoldaşından qorxan ananın susması və nənənin ortalığı daha da qızışdırması ilə böyüyən bu ailədaxili münaqişələr əsərin əsas mövzusunu təşkil edir. Bacılar isə bütün bu zülmün içində sadəcə mübarizə apararaq həyatda qalmağa çalışırlar. Məncə, hər bir oxucu kitabda özündən nəsə tapa bilər. Baş obrazın keçirdiyi hisslərin bir çoxu hamımıza tanışdır. Yazıçı tək bir həyatla sanki bir neçə fərqli həyata eyni anda toxunmağı bacarıb. Bu kitab bir çox ailələrə nümunə ola bilər. Mövzu həqiqətən həssas və dərindir. Çünki 21-ci əsrdə yaşamağımıza rəğmən, gəncləri anlamayan, hər şeyin ancaq öz istədikləri kimi olmasını tələb edən bu tip köhnə fikirli ailələr hələ də var. Və təəssüf ki, real həyatda da baş obrazlarımız kimi neçə-neçə gənc belə təzyiqlərin qurbanı olur. Məhz bu reallığa görə mövzu – kitab özünə çəkir, hətta bir çox yetişkin insanda nifrət və əsəb oyadır. Yazıçı həqiqətən çox gözəl bir yerə toxunub. Kitabın ilk 60-70 səhifəsi bəlkə də mövzuya giriş olduğu üçün mənə bir az sıxıcı gəldi. Amma həmin hissədən sonra hekayə birdən-birə elə bir yüksək tempə qalxır və elə sürət alır ki, sanki partlayış baş verir. Əsər oxucunu elə ağuşuna alır ki, kitabı əlindən yerə qoya bilmirsən.
XilaskarNərmin Həsənli · Qanun Nəşriyyatı · 20248 okunma
Puan vermedi·216 syf.··
2026 16. kitabı
Fərid Hüseynli - "37 mm" Özün düşün, sən ailənin tək övladı olsan, nə edərdin? Hər zaman demişəm, heç nə kənardan göründüyü kimi deyil. Heç vaxt. Daxilə enib həqiqəti öyrənə bilirsənsə nə gözəl, enə bilmirsənsə, uzaqdan mühakimə etmə. Bu kitabı əslində çoxdan almışdım, amma oxumaq bu günlərə qismət imiş. Düzünü desəm, mövzunu tam anlamamışdım deyə kitabın ilk 25-30 səhifəsi mənə bir az sıxıcı gəldi. Amma 30-cu səhifədən sonra hekayə birdən-birə möhtəşəm bir sürətlə irəliləməyə başladı. Hətta həmin səhifələrdə öz-özümə "çox maraqlıdır axı" dediyimi xatırlayıram. Bir sözlə hekayənin necə dəyişdiyinə özüm də təəccübləndim. Kitabın mövzusu üç dostun maraqlı və qeyri-adi bir dostluq hekayəsi üzərində qurulub. Dostlardan biri möhtəşəm rejissorluq istedadına sahib olsa da, müəyyən səbəblərdən arzularını həyata keçirə bilmir. Digəri isə əksinə, inanılmaz rekordlar qıran filmlərin tanınmış rejissorudur. Üçüncü dost isə əlindən gələn köməyi əsirgəməyən biri. Hekayə illərdir heç kimə müsahibə verməyən o uğurlu rejissorun bir gün qəfildən gənc bir qadına müsahibə verməyə qərar verməsi ilə başlayır. Rejissor illərdir içində saxladığı o sirli hekayəni - bu üç dostun başına gələnləri danışmağa başlayır. Oxuduqca həm rejissorluq dünyasına daxil olursunuz, həm də bu dostluğun arxasında gizlənən sirləri öyrənirsiniz. Məncə "37 mm" həm kinosevərlər, həm də dostluğun qədrini bilənlər üçün ideal kitabdır. Dostların başına gələn hadisələr o qədər səmimi bir dildə qələmə alınıb ki, oxuduqca sanki onlarla birlikdə yaşayırsan. Kitabda hər birimizin həyatında rast gələ biləcəyi anlar - sevgi, itki, qürur, sədaqət və qərəz kimi hisslər çox gözəl işlənib. Və hekayə çox maraqlıdır. Kitabın ən güclü tərəflərindən biri müəllifin özünəməxsus yazı üslubudur. Fərid H. cümlələri elə ustalıqla
37MMFərid Hüseynli · Nebula Nəşriyyatı · 202326 okunma
Bismillah
1/10
·264 syf.··
2026 19. kitabı
·
3 günde okudu
·
Okunma: 15 Mayıs 2026 11:04
Bu kitabı Adsız hədiyyə etdiyi üçün böyük məmnuniyyətlə oxudum Kitab sanki yeniyetmə ağlının məhsuludu. Yazıçının ideologiyası, düşüncələri səthi olduğu üçün yazdığı kitab da o cür alınıb. Amma fərqli bir kitab təcrübəsi oldu mənim üçün Adsız -a dərin minnətdarlığımı bildirirəm
Gerçəyin İzindəİlahə Səfərzadə · Bakı · 020 okunma
May ayının ilk kitabı: Tarixi roman
9/10
·452 syf.··
Beğendi
·
2026 59. kitabı
·
3 günde okudu
·
Okunma: 02 Mayıs 2026 15:31
Bəzi kitablar vardır ki, oxunmaq üçün öz vaxtını gözləyər. Bu kitab mənə hələ 2021-ci ildə hədiyyə edilmişdi. Lakin o dövrün şərtləri, keçən ilin imtahan qayğıları və digər kitabların sıxlığı arasında bu əsərə bir növ "borclu" qalmışdım. Nəhayət, bu il may ayının ilk kitabı olaraq "İki seçim"i bitirməyin hüzurunu yaşayıram. Kitab haqqında kiçik bir araşdırma edəndə gördüm ki, əslində çox böyük bir potensiala sahib olsa da, hələ ki, geniş oxucu kütləsi tərəfindən kifayət qədər kəşf edilməyib. Hətta bu platformada belə kitab qeyd olunmamışdı. Münasib Niftalıyev kitabı əlavə etdiyiniz üçün təşəkkür edirəm. Kitab 2003-cü il təvəllüdlü gənc bir yazarın qələmindən çıxıb. Belə gənc yaşda tariximizin ən mürəkkəb və qaranlıq məqamlarına — 1905-ci il hadisələrinə, "Difai" partiyasının gizli mübarizəsinə toxunub. Roman bizi XX əsrin əvvəllərinə, Gəncənin o təlatümlü günlərinə aparır. Avropada təhsil almış Kazım Həsənovun timsalında bir insanın vətən sevgisi ilə şəxsi rahatlığı arasındakı o ağır sınağını izləyirik. Müəllif bizə "vətən sadəcə doğulduğun yerdir, yoxsa uğrunda hər şeydən keçə biləcəyin bir amal?" sualını düşündürür. Kazımın qarşısındakı o "iki seçim" əslində hər birimizin daxili mübarizəsidir. Tarixi hadisələri sevən, xüsusilə Azərbaycanın milli oyanış dövrü ilə maraqlanan hər kəs üçün bu kitab maraqlı bir tapıntıdır. Nargin adasından tutmuş Alman koloniyalarına qədər maraqlı detallarla zəngin olan bu əsərin daha çox tanınmasını və gənc yazarlarımızın bu cür ciddi mövzulara müraciətinin dəstəklənməsini arzu edirəm. Gec də olsa, bu kitabı rəfimdən götürüb oxuduğum üçün çox şadam. Əgər siz də həm tarixi, həm də mənəvi dram janrını sevirsinizsə, "İki seçim"ə şans verin.
İki SeçimHüseyn Əlili · Hədəf Nəşrləri · 20201 okunma