Bismillah
10/10
·292 syf.··
Beğendi
·
2026 6. kitabı
·
3 günde okudu
·
Okunma: 24 Şubat 2026 18:37
Bu dəfə də sözümə bu kitabı mənə hədiyyə etdiyinə görə Adsız -a dərin minnətdarlığımla başlayıram Romanı birnəfəsə oxudum. Hüznlü əsərləri çox sevdiyim üçün bu əsəri də bəyəndim. Qısa olaraq deyə bilərəm ki, əsərdə bir oğlanın anasının ölümündən və bir qızlar tanış olmasından sonra başına gələnlərdən danışılır. Əsəri oxuduqca həqiqətən qəribə hisslər keçirirdim- kədər,qəzəb,təəssüf, məhəbbət qarışığı kimi bir hiss. Məncə bu oğlanın həyat hekayəsi bir çoxları üçün ibrət ola bilər. Bir də bunu qeyd edim ki,Qədim Qalanın nəşri olduğu üçün könül rahatlığı ilə oxudum,çünki bilirəm ki,həmin nəşriyyat mənasız kitablar çap etməz və əsərdə qeyri-münasib səhnələrə yer verməz Qısası, tövsiyə edəcəyim gözəl kitablardan biri oldu
1000Kitap
Şanzelize DüyünüTarık Tufan · Qədim Qala Nəşriyyatı · 08,6bin okunma
5/10
·88 syf.··
2026 71. kitabı
Epiktetosun bu kitabı, idealist olmayan, lakin dünyaya geniş bucaqdan baxan bir insan üçün faydalı ola bilər, ancaq müəyyən ehtiyatla yanaşmaq şərtilə. Stoik prinsiplər həyatın çətinliklərinə qarşı bir növ "zehni immunitet" yarada bilər. Xüsusilə, müasir informasiya çağında, insanın diqqətini nəyə yönəltməsi, nəyə əhəmiyyət verməsi məsələsində Epiktetosun tövsiyələri aktualdır. Ancaq kitabı oxuyarkən yadda saxlamaq lazımdır ki, Epiktetos eramızın I əsrində yaşayıb, o dövrün köləlik, patriarxal cəmiyyət kimi reallıqları var. Onun bəzi fikirləri bugünkü dünyaya tam uyğun deyil. Ona görə də kosmopolit oxucu kitabdan ibrət götürməli, amma onu kor-koranə tətbiq etməməlidir. Ümumi qiymət: 5/10… Niyə? Kitab dəyərli fikirlərlə doludur, amma həddindən artıq ideallaşdırmadan, realist və tənqidi yanaşma ilə oxunmalıdır. Kosmopolit baxış bucağından onun ən dəyərli cəhəti – insanın daxili azadlığını hər şeydən üstün tutması və bunun universal xarakter daşımasıdır. Epiktetos fərdi azadlığa vurğu edir, amma cəmiyyətin, iqtisadi sistemin, siyasətin insana təsirini kifayət qədər nəzərə almır. O, dünyanı dəyişmək istəyir, lakin daha çox fərdin daxili dəyişiminə yönəlib. Kitab boyu eyni fikirlər dönə-dönə vurğulanır, bu, bəzən yorucu ola bilər.
Felsefe
Kendisinin Efendisi Olmayan Hiç Kimse Özgür DeğildirEpiktetos · Destek Yayınları · 20226,3bin okunma
Reklam
insanı mənəvi kamilliyə aparmaqdır.
9/10
·288 syf.··
2025 18. kitabı
Ədəbiyyatın bağçasında bir gül var ki, əsrlər keçsə də solmur — o, Sədi Şirazinin “Bostan”ıdır. Bu əsər təkcə bir kitab deyil, insanlığın vicdanına yazılmış hikmətlər xəzinəsidir.Sədi “Bostan”ı yazarkən sanki söz toxumlarını torpağa səpdi, hər toxumdan bir hikmət, bir dərs, bir ibrət bitdi. O, insan ruhunun dərinliklərinə enərək bizə ədalətin, səxavətin, mərhəmətin və sevginin əsl mənasını göstərdi.Əsərdəki hər fəsil bir bağçadır biri ədalət bağçası, biri sevgi bağı, biri səxavət güllüyü... Sədi deyir ki, insanın gözəlliyi zahirində deyil, əməlində və niyyətindədir. O, padşaha da, kasıba da eyni dərəcədə öyüd verir: “Ədalət etsən, səltənətin əbədi olar; zülm etsən, sarayın da xarab olur.” “Bostan”da sözlər qızıl kimi çəkilidir, hər beyt bir aynadır kim baxsa, özünü görər. Sədi bu əsərdə insanı Allaha yaxınlaşdıran mənəvi yola çağırır. Onun fikrincə, insanı ucaldan nə mal-dövlət, nə də şöhrətdir — onu ucaldan yaxşılıqdır, səmimiyyətdir, vəfa və mərhəmətdir.Sədi Şirazinin dili sadə, amma hikmətlidir. O, ağır fəlsəfi fikirləri xalqın anlayacağı dillə söyləyir, elə bil bir ata övladına öyüd verir. “Bostan” oxuyan hər kəs bir anlıq dayanıb düşünür: “Mən nə qədər ədalətli, nə qədər mərhəmətli, nə qədər insaniyəm?”Bu əsərin dəyəri ondadır ki, o, zamanla köhnəlmir. XIII əsrdə yazılsa da, XXI əsrin insanına da eyni güclə təsir edir. Çünki insanın mənəvi ehtiyacı yaxşılıq, sevgi, vicdan heç vaxt dəyişmir.“Bostan” bizə öyrədir ki, həyat bir bağçadır, biz isə orada ya tikan əkərik, ya gül. Hansını seçəcəyimiz isə öz əlimizdədir.Sədi Şirazinin “Bostan”ı sözün, hikmətin və mənəviyyatın təntənəsidir. O, bizə insan olmağın gözəlliyini xatırladır. Hər sətiri bir dua, hər beyti bir güldür — ədəbiyyat bağçasında əbədi ətir saçan bir “Bostan”.
Düşünce
BostanŞeyh Sadi Şirazi · Antik Yayınları · 20103,346 okunma
10/10
·104 syf.·
2025 8. kitabı
Nureddin Yıldız hocanın qələmi və üslubu söhbətləri kimi həm axıcı, həm də təsirləndirici idi. Kitabı oxuyarkən qeyd olunan hər məqamı təfəkkür etməyə çalışdım. Kitabda Əshab-i Kəhf haqqında danışılır. Onların imanı, Allah və axirət uğruna səltənətlərini yoxa sayıb Roma imperatoruna qarşı çıxaraq “bizim, yerin və göyün Rəbbi vardır” demələri, sonra isə mağaraya sığınıb oradan arşa yüksəlmələri – həqiqi imanın ən gözəl nümunəsidir. Quranda Allah onlar haqqında “Rəbbinə iman gətirmiş gənclər idi” deyə bəhs edir. Əshab-i Kəhf mövzusunun önəminin böyüklüyünü isə Allahın Kəhf surəsini nazil etməsindən və Əfəndimizin ﷺ hər cümə günü bu surəni bizə oxumağı tövsiyə etməsindən görə bilərik. Onlar hər gənc üçün ibrət alınası nümunədir.
Mağaradan Arş'aNureddin Yıldız · Tahlil Yayınları · 20171,820 okunma
Müharibənin səsini susqun bir uşaq danışır…
9/10
·336 syf.··
Beğendi
·
2025 7. kitabı
·
4 günde okudu
·
Okunma: 07 Temmuz 2025 11:15
Çox ağır bir kitabı oxudum bitirdim. Bu kitab niyə bu qədər ağır idi? Yazıçıdan başlasaq: Jerzy Koşinski mənim üçün sadəcə bir yazıçı deyil, susqunluğun necə hayqırtıya çevrilə biləcəyini sübut edən bir insandır. O, özü nə qədər inkar etsədə, “Boyalı Quş”dakı uşaqla eyniləşdirməsə də, mən inanıram ki, bu uşaq Koşinskinin danışmağa cəsarət etmədiyi iç səsinin bir parçası idi. O yazarkən bir şeyi inkar edirdi, amma hər cümləsi başqa bir həqiqəti bağırırdı. Mənim üçün Koşinski – daxilən dağılmış, amma xaricə səs verən bir aynadır. Onu oxumaq rahat deyil, çünki sənə toxunur. Amma məhz bu toxunuş insanı dəyişdirir. “Boyalı Quş” əsəri təkcə bir uşağın yox, insanlığın qırılma nöqtələrinin romanıdır. Bu kitabı oxuyarkən anladım ki, müharibələr yalnız şəhərləri, ölkələri, sərhədləri dağıtmır — insan ruhunu, uşaqlığı, sevgi duyğusunu və səssiz ümidləri də məhv edir. Baş qəhrəman – adı belə olmayan bir uşaq Kitab boyunca qəhrəmanın adı heç çəkilmir. Bu, tək bir uşağın yox, müharibə zamanı tək qalan milyonlarla uşağın ümumiləşdirilmiş simvoludur. O danışmır çünki dünya onu susmağa məcbur edib. Onun üçün dillər, dinlər, ideologiyalar yox yalnız yaşamaq instinkti var. Məni ən çox sarsıdan hissə, müharibə bitəndən sonra valideynlərinin onu tapması idi. Amma o uşaq artıq onları tanımırdı. Ana və ata anlayışı ölmüşdü, yerinə qorxunun, şübhənin və öyrəşdiyi soyğunçu dünyasının sərt siması gəlmişdi. O, valideynlərini deyil, SSRİ əsgərlərini seçdi. Bu seçim bir uşağın yalnız ailəsindən yox, insanlıqdan da soyuduğunu göstərirdi. “Boyalı quş” obrazı, sürüdən fərqli olduğu üçün öldürülən quş, elə qəhrəmanın ta özüdür. Bu kitab mənə göstərdi ki, fərqli olmaq təkcə xarici görünüş deyil — düşüncə, dil, kimlik də fərqlilik yaradır. Amma müharibə fərqliliyə qarşı qəddar və vəhşi olur. Hər
Boyalı QuşJerzy Kosinski · Teas Press Nəşriyyatı · 20205,6bin okunma
8/10
XX əsr Azərbaycan nəsrinin yaradıcılarından biri, böyük yazıçımız Məmməd Səid Ordubadi qələminin məhsulu olan, uzun illərin siyasi təbəddülatlarından keçmiş bu əsər tarixi həqiqətlərin üzə çıxarılmasına kömək edən dəyərli bir nümunədir. Yazıçının 1908-ci ildə «Qanlı Sənələr» adı ilə yazıb başa çatdırdığı kitab ilk dəfə onun «Tazə həyat» qəzeti vasitəsilə millətin sərvət sahiblərinə müraciətindən sonra Bakı milyonçu-xeyriyyəçisi Murtuza Muxtarovun maddi yardımı ilə 1911-ci ildə nəşr olunmuşdur. XX əsrin əvvəllərində baş vermiş erməni-müsəlman davasının müxtəlif bölgələrdən gələn müxbir məktubları əsasında təsviri münaqişənin məzmunu və gedişi haqqında oxucuda tam təsəvvür yaradır. Həmin hadisələrin eyni ssenari üzrə yetmiş ildən sonra təkrarən baş verməsi sadəlövhcəsinə keçmişi unutduğumuzu göstərir. Bu səbəbdən də əsərin yenidən nəşri xalqımızın yaddaşını oyatmağa, baş verənlərdən ibrət dərsi almasına xidmət edir.
Qanlı SənələrMəmməd Səid Ordubadi · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 201948 okunma
Reklam
Reklam