9/10
·343 syf.··
Beğendi
·
2026 4. kitabı
Varis Yaşıl üzlü gündəlik əsəri ( Yaşıl Üzlü Gündəlik ) oxuduğum və həqiqətən təsirləndiyim, ən sevdiyim romanlar siyahısına daxil olan bir kitab oldu. Müəllifin bu əsərdəki üslubu və hadisələri çatdırma tərzi mükəmməl idi. Əsərin dili o qədər səmimi və axıcıdır ki kitabın içinə girməmək mümkün deyil. ​Qəhrəmanın yaşadığı duyğular, keçdiyi yolları və Varisin bu dünyanı təsvir etmə tərzi mənim üçün çox xüsusi iz bıraxdı. Oxumağınızı tövsiyyə edirəm
Yaşıl Üzlü GündəlikVaris · Ol Yayıncılık · 2014258 okunma
Puan vermedi·
Kapitalizmin və ölkədəki monopoliyanın ucbatından bərbad bir pdf oxudum. Türk dilində bildiklərim də yadımdan çıxdı. Mənasız şəxsi inkişaf kitablarını çap etdirmək əvəzində normal romanları tərcümə edib keyfiyyətli şəkildə çap etsələr pula tüpürüb ala bilərik. Belə lazımsız pdf'ə də məruz qalmarıq. Nəysə şikayətimdən keçim kitaba. Ursula xanımın qələminə tanış deyildim. Gender-critical Rowling bacıya ara vermək və Ursuladan nəyi necə kopyaladığını öyrənmək üçün başladım. Davam edəcəm(keyfiyyətli pdf tapsam). Daha çox müqayisə edəcəm rəyimdə. Rowlingin əsərlərinin fəlsəfəsi daha az və səthi idi. Macəra və axıcılıq isə kitaba kilidlənmək üçün kifayət edirdi. Ursulada isə biraz fərqlidir. Mütləq şər və ya xeyir yoxdur əsərində. Sehrbazlıq məktəbi, sehrlər demək olar eyni işlənib. Rowling bacı burdan ilham aldığını etiraf etməlidi. Ən azından George Martin qədər olmalısan bacişka ^-^ Nəysə, Yerdəniz Sehrbazı kitabında mütləq şər və xeyir əvəzinə insanın öz daxili, kini, kibri və eqosunun nələr yarada biləcəyi göstərilir. Ged'ə qıcıq oldum. Özünü sübut etsin deyə əməlli zibilə salıb. Əslində o kölgə bir canavar deyil elə Gedin daxili dünyası idi. Gizli nifrəti(ya da açıq) Həqiqi adlar fəlsəfəsini də sevdim. Nəyinsə gerçək adını bilməklə ona sahib olmurdular, mahiyyətini anlamaq kifayət edirdi. Bu arada Ursulanın dünyasını daha çox sevdim axıcı olmasa da. Qaranlıq və dərin idi. Poetik dili isə sıradan macəra romanından fərqləndirirdi . Sehrin güc və qürur mənbəyi yox, tarazlığı qorumaq üçün bir vasitə olduğu göstərilirdi. Bir şeyi yaxşısı ilə pisi ilə qəbul etmək lazımdır. Həmçinin insanları da)
Yerdeniz BüyücüsüUrsula K. Le Guin · Metis Yayınları · 20249,5bin okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Çətin Olsa da, Həyat Davam Edir
10/10
·272 syf.··
Beğendi
·
2026 2. kitabı
Rövşən Abdullaoğlunun qələmi yenə də qəlbə toxunur. Kitab çətin anlarda bizə yeni baxış bucağı qazandırır, sanki bir dostun səmimi məsləhəti kimidi. Həyatın yükü altında yorulduğunuzu hiss edirsinizsə mütləq oxuyun. İnsana rahatlıq və güc verən bir əsərdir. Bu kitab mənə həyatın hər anında mübarizə aparmağın nə qədər vacib olduğunu xatırlatdı. Çətinliklərə baxmayaraq, ruhdan düşməmək üçün əla motivasiya mənbəyidir. Hətta dönüb təkrar-təkrar oxuyacağım bir kitab oldu deyə bilərəm Çətin Olsa da, Həyat Davam Edir Rövşen Abdullaoğlu Əminə Məmmədova
İnsan ve Hayat
Çətin Olsa da, Həyat Davam EdirRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2016838 okunma
Puan vermedi·328 syf.··
2026 8. kitabı
·
9 günde okudu
·
Okunma: 25 Haziran 2026 00:00
Böyürtkənli Qış Artıq sevdiyim romanlardan biridir və həmişə xoş təəssüratla xatırlayacam. Əsərdə iki fərqli zaman kəsiyində — 1933 və 2010-cu illərdə iki qadının taleyindən bəhs olunur. Hər birinin hekayəsi özünəməxsusdur. Vera tənha bir qadındır. Keçimini təmin etmək üçün oteldə təmizlikçi işləyir. Rəfiqəsi ilə qatıldığı bir balda yaraşıqlı centlmen — Çarlz ilə tanış olur və nağıla bənzər bir eşq yaşamağa başlayırlar. Təbii ki, bu nağılda da "cadugər" əskik olmur… İllər keçir və Veranın oğlu itkin düşür; bununla da onun bədbəxt günləri başlayır. Klerin tənhalığı isə tamamilə başqa formadadır. Həyatlarında baş verən bədbəxt hadisədən sonra əri tərəfindən tək qoyulan Kler, bütün acıları ilə təkbaşına mübarizə aparmalı olur. Bütün bunlar az mış kimi, əri Etan hələ bir köhnə sevgilisi ilə də flört edir! Klerin hekayəsini oxuduqca məni ən çox əsəbləşdirən obraz, təbii ki, Etan oldu. Klerin əri tərəfindən görməzlikdən gəlinməsi keçdiyi prosesi daha da çətinləşdirir. Nə yaxşı ki, canım Klerin sevgisi hər şeydən üstün gəlir. Veranın verdiyi qərarlar mənə görə olduqca "romantik" (həssas) idi. Əgər həyatında biri varsa, təkbaşına qərar vermək heç də onu çox sevdiyin anlamına gəlmir. Çarlzın da o qədər güclü xarakterə malik biri olmadığını düşünürəm. Sevgilin səndən ayrılır və sən bunun səbəbini bir dəfə də olsun onun öz dilindən eşitmək barədə düşünmürsən?! Bəs bir-birindən 80 il fərqlə, eyni may ayında Sietli vuran o qəfil qar fırtınası sadəcə təbiət hadisəsi idimi? Əsla. Sara Jio bu fırtınanın altında Veranın və Klerin taleyini elə mistik bir bağla birləşdirir ki, həqiqəti öyrənəndə heyrətlənməmək olmur. Klerin arxivlərdə axtardığı o itkin körpə, əslində sadəcə bir reportaj mövzusu deyil, onun öz keçmişinin və soyunun gizli bir parçası idi. Zaman fərqli olsa da, ruhların
Böyürtkənli QışSarah Jio · Qanun Nəşriyyatı · 201744,9bin okunma
#Qorxular
Puan vermedi
Həqiqətən’də qorxular insan həyatın’da mühüm önəm daşıyan bir hiss’dir. Və Qorxusu olmayan insan təsəvvür olunmazdır. Ancaq Rövşən Abdullaoğlu’nun Emosialar və Psixologiyalar silsiləsin’dən olan, “Qorxular” Kitabı özümü inkişaf etdirmək’də və irəli addım atmaq’da hansı qorxuların maneə yarat’dığını və bunlarla necə mübarizə aparacağımı çox açıq və aydın şəkildə izah etdi. Məncə Qorxularımız’dan Qaçmaqı Yox Onlarla Üzləşib Mübarizə Aparmaqı Öyrənməliyik. Mən Bunu Öyrəndim. #k:172516 #y:28076
Psikoloji
QorxularRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2022174 okunma
Zeze :)
Puan vermedi·128 syf.··
2026 17. kitabı
·
32 saatte okudu
·
Okunma: 24 Haziran 2026 17:20
Şəkər portağalı əsərinin 3 cü kitabı... Şəkər portağalı və günəşi oyadaq mənim üçün mükəmməl bir kitab idi ancaq təəssüf ki dəlisov kitabını çox da sevə bilmədim.Mənim fikrimcə kitab Şəkər portağalı və Günəşi oyadaq ilə sonlana bilərdi.Bəlkə də mənim sevəcəyim tərzdə deyildi... Ancaq son kitabı oxudum və bir daha Zezenin həyat hekayəsini oxuya bilməmək çox can sıxıcıdır... Mənim həddindən artıq çox sevdiyim bir seriya oldu kaş ki,daha çox Zezenin həyat hekayəsini oxuya bilsəydim. ... Dəlisov José Mauro de Vasconcelos
İnceleme
DəlisovJosé Mauro de Vasconcelos · Qanun Nəşriyyatı · 202433,7bin okunma