Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

En Yeni 1984 Yorumları ve İncelemeleri

En Yeni 1984 sözleri ve alıntılarını, en yeni 1984 kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.610 üzerinden
42,8bin Kişi · 5440 İnceleme
436 syf.
10/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
Kitabı çox adam bildiyi üçün nəsə yazmaqda çətinlik çəkirəm. Tərcüməçi özündən 27 səhifəlik kitaba giriş yazmasa daha yaxşı olardı. Mən Orwell əminin fikirlərini oxumaq üçün bu kitabı seçmişəm amma demək olar ki məcburi şəkildə tərcüməçinin yazdığı 27 səhifəlik girişi oxumalı oldum və bu məni kitaba başlayana qədər çox yordu.
1984
1984George Orwell · Qanun Nəşriyyatı · 2019166,4bin okunma
436 syf.
10/10 puan verdi
·
13 günde okudu
101-ci otaq
Bu kitabı neçə il idi ki, oxumaq istəyirdim nədənsə alınmırdı. Hər cümləsi, hər ifadəsi bugünkü, yaşadığımız dünyanı xatırladırdı. Lakin bir çox hissələri mənə SSRİ dövrünü də xatırlatdı. İnsanların bir amal uğrunda kütləşdirilməsi, ərzaqların xüsusi bir çəkiylə alınması (sovetdə "talon"la alınırdı), hər kəsin məcburi şəkildə işləməsi, təkpartiyalı sistem (sovetdə də belə idi), gizli satılan məhsullar (sovetdə xüsusi "alverçilər" var idi), yeni dilin yaradıb insanları ana dilindən məhrum etmək (sovetdə dəfələrlə rəsmi dilimiz, əlifbamız dəyişdiririlib), ateizm və s. bu kimi xüsusiyyətlər tamamilə SSRİ dövründə ölkəmizin başına gələnlərlə birə-bir eyni idi. Uinston Smitin və Culiyanın macəraları isə mənə görə yersiz uzadılmışdı. Uinstonun güvəndiyi insanlara mən də güvənmişdim. Onun hissləri çox gözəl şəkildə ifadə edilmişdi. Həqiqətən də, əsərin bəzi yerlərində bir ümid işığı görürdüm. Sonunu belə düşünməmişdim. Culiya mənə eqoist insan təsiri bağışladığı üçün tək üzüldüyüm obraz Uinston oldu. Bizim ikimizin də ümidlərimiz var idi axı. Culiya ilə son görüşlərində isə istəmsizcə ağladım. Çünki o hissəni oxuyarkən təsadüfən "If you want me" mahnısına qulaq asırdım. Mahnı ilə həmin hissələr səsləşdiyi üçün kövrəldim. George Orwellə isə söz ola bilməz. Oxuduğun ikinci kitabıdır. Bir insan necə bu qədər geniş təsəvvürlərə malik ola bilər. Eh, Uinston, gəl, mən sənin yerinə deyim: iki üstəgəl iki dörd edir.
1984
1984
George Orwell
George Orwell
1984
1984George Orwell · Qanun Nəşriyyatı · 2019166,4bin okunma
Reklam
436 syf.
10/10 puan verdi
·
Beğendi
1984
1984 totalitar bir cəmiyyətin və onun hökmumətinin təsvir edildiyi distopik janırda yazılmış bir əsərdir. Kitabda 3 fövqəldövlət, 3 fərqli totalitar rejmin hakim olduğu yer mövcuddur: Okeaniya, Avrasiya, istasiya. Romanda hadisələr Okeaniyada cərəyan edir. Bu fövqəldövlətlər də hər birinin öz prinsipləri vardı, hansı ki mövcud prinsiplərin təhrif
1984
1984George Orwell · Qanun Nəşriyyatı · 2019166,4bin okunma
352 syf.
10/10 puan verdi
·
15 günde okudu
1984
İncələməyə başlamadan öncə kitabın "Portal" kanalındaki analizinin linkini qoymaq istəyirəm. Fikirlərimi sistemləşdirməkdə mənə çox köməyi oldu. youtu.be/vfVmgX1Jf1I Bu əsərdə totalitarizm, diktatura rejimi tənqid olunur. Okeaniya adlanan ölkədə elə bir rejim hökm sürür ki, insanlar hər an gözaltındadırlar- teleekran tərəfindən izlənilir və hər dedikləri yazılır. İnsanlar özləri də teleekran işi görürlər, bir-birlərini nəzarətdə saxlayırlar. Burada ən böyük günah fikir cinayətidir. Bu cinayəti işləyənlər nəinki öldürülür, hətta "ləğv edilirlər". Oxuyarkən tez-tez bu insanların niyə bu rejimə baş qaldırmadığını, hətta, əksinə, sevgi bəslədiklərini soruşurdum. Partiyanın bu barədə yenidil adlanan siyasəti var idi ki, lüğət tərkibini daraltmaqla yaxşı ilə pis arasındakı fərqi yox edirdi. Beləliklə, insanlar danışarkən bir-birlərinə fikirlərini ifadə edə bilməyəcəkdilər. Belə çətin şəraitə dözməyən Uinston təbii olaraq, yaşadığı həyatı sorğulayır və çıxış yolu olduğuna ümid edir. Oxuyarkən başım çox qarışdı.Sona yaxın gerçəklik hissini itirirdim. *Qeyd: Hələ kitab oxumaqda yeni olduğum və bu kitabın da başlanğıc üçün biraz ağır olduğunu bilərək demək istəyirəm ki, yazılarım şəffaf olmaya bilər. Yazıb-oxuduqca düzələcəyinə ümid edirəm :)
1984
1984George Orwell · Qanun Nəşriyyatı · 2019166,4bin okunma
383 syf.
9/10 puan verdi
·
7 günde okudu
1984 antiütopiya janrında oxuduğum ilk kitab oldu. Açığı, kitabı oxumamışdan öncə bu janr haqqında heç bir təsəvvürüm yox idi. Oxuduqdan sonra siz də anlayacaqsınız. Kitabı bəyəndim. Dili mükəmməldir. Yazıçı öz fikirlərini asanlıqla və çox gözəl şəkildə çatdıra bilir. Bu yolla kitab sizi özünə çəkir. Kitabdakı fikirlər oxucunu düşündürür. Özünüzü baş personajın yerinə qoyur, onun özünə verdiyi sualları siz də özünüzə verirsiniz. Sorğulayırsınız. Onun yaşadığı hissləri siz də yaşayırsınız.
1984
1984George Orwell · Qanun Nəşriyyatı · 2019166,4bin okunma
436 syf.
2/10 puan verdi
Yazıçının bir çox əsərləri ilə tanış olsam da,məhz bu kitabını çox da bəyənə bilmədim.Hər kəs çox tərif etdiyi üçün bəlkə də,gözləntilərimiz çox yüksəltmişdir.Amma nəticə dəyişilməz olaraq qaldı.
1984
1984George Orwell · Qanun Nəşriyyatı · 2019166,4bin okunma
Reklam
436 syf.
·
Puan vermedi
·
Beğendi
·
11 günde okudu
Corc Oruell'in həyatı və qələmi ilə ilk tanışlığım oldu. Yazıçının onsuzda çox qısa sürən ömrü olduqca ağrılı keçib. Corc Oruell həm də jurnalist olub. O, totalitar rejimə qarşı təkcə kitablarında yox, eyni zamanda jurnalistika sahəsində də öz kəskin mübarizəsini sona qədər davam etdirib. "1984" Corc Oruell'in ən sonuncu və haqqında ən
1984
1984George Orwell · Qanun Nəşriyyatı · 2019166,4bin okunma
352 syf.
9/10 puan verdi
·
Beğendi
·
52 günde okudu
Bu kitab haqqında nəsə demək bir az çətindir. Yazarın "Hayvan çiftliği", "Fakirler nasıl ölür?" kitablarını oxumuşdum. Bu daha geniş versiyadır. Kitabın ilk bölümlərini anlamaq çətindir. Amma sonra aydınlaşır. Gələcəyi kor etmək, iqtidarı saxlamaq və insanlığın oyuncaq olduğunu açıq açıq izah edən epizodlar var. "İki vur ikini beş edən" proseslər gedir. Oxumağınızı tövsiyyə edirəm amma səbrlə. Çünki kitabı çox oxucu yarımçıq qoyub.
1984
1984George Orwell · Türkiye İş Bankası Kültür Yayınları · 2021166,4bin okunma
10/10 puan verdi
Beyin Yıkama ve İşkence Totaliter Rejimin Vahşeti
Totaliter bir rejimin gölgesinde ezilen bir toplumda, Winston Smith adında bir adamın tüyler ürperten hikayesi... Büyük Birader adındaki her şeyi gözetleyen ve kontrol eden bir diktatörün yönetimi altındaki bu distopik dünyada, gerçeklik çarpıtılmış, propaganda her köşede kol gezmekte ve Düşünce Polisi her an pusuda beklemektedir. Bireysellik yok edilmiş, insanlar tek bir ideolojiye göre şekillendirilmeye çalışılmıştır. Winston ise bu sisteme karşı içten içe bir isyan duygusu beslemektedir. Özgürlüğünü korumak için amansız bir mücadeleye girişir. Yasak bir aşk yaşayarak ve geçmişi anlatan bir günlük tutarak sisteme karşı direnmeye çalışır. Ancak Winston'ın isyanı sonucunda trajik bir kader onu beklemektedir. Düşünce Polisi tarafından yakalanan Winston, işkence ve beyin yıkama yoluyla Büyük Birader'e ve onun ideolojisine boyun eğmek zorunda kalacaktır. Bu roman, sadece sürükleyici bir kurgu eseri olmanın ötesinde, totaliter rejimlerin tehlikeleri üzerine bir uyarı niteliğindedir. Yazar, yarattığı distopik dünya ile günümüz toplumları arasında paralellikler kurmamızı sağlayarak, özgürlük ve bireysellik kavramlarının önemini sorgulatmaktadır. totaliter rejimlerin karanlık dünyasına dalmak ve özgürlük ve kölelik arasındaki mücadeleyi yakından görmek istiyorsanız, bu kitap tam size göre. Sizi derinden sarsacak ve okumanın keyfini bambaşka bir boyuta taşıyacaktır.
1984
1984George Orwell · Can Yayınları · 2019166,4bin okunma
304 syf.
·
Puan vermedi
·
43 günde okudu
Yıl 1984.. Soğuk bir kış günü.. Yeryüzünde var olmaya çalışan insanların yaşam amacını sorgulamaya tenezzül bile etmeyip, başı çeken koyun sürüsüne ayak uyduracak kadar rastgele yaşadığı bir dönem.. Ne olursa olsun başkarakter benliğine karşı gelemeyecekti…
1984
1984George Orwell · Anonim Yayınları · 2021166,4bin okunma
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.