Anam və Həyatın Mənası

Irvin D. Yalom
Yalom bu kitabda bənzərsiz təhkiyə üslubu ilə insan psixologiyasının sirli və dərin qatlarına necə ustalıqla nüfuz etdiyini bir daha sübut edir. O, bir-birindən fərqli 6 hekayədə öz psixoterapiya təcrübəsinə əsaslanaraq, pasiyentlərin nevrotik vəziyyətlərindən çıxıb transformasiya keçirməsinə yardım edir. Bu müalicələri ənənəvi və psixologiya elminin müəyyənləşdirdiyi tibbi “qaydalara” əsaslanan bir metodla deyil, özünün orijinal yanaşması və pasiyentlə qurduğu səmimi münasibət əsasında həyata keçirir. Hətta bəzi anlarda özünü “oda atır”, tənqid etməkdən qorxmur. Oxucu mütaliə prosesində iki təcrübəni bir anda yaşayır: həm qeyri-adi həyat hekayələri oxuyur, həm də özünü psixoterapevtin kabinetində hiss edir. Bu hekayələri oxuyarkən insan ekzistensial həqiqətlərlə üzbəüz qalır, başqa insanların üzləşdiyi varlıq, həyat, ölümlə bağlı dərin suallar onu da düşündürür və öz psixikasını yenidən dəyərləndirir. Yalom bizə həm də müasir dünyada artıq “əl-əl axtarılan” başqasını dinləməyi, insanın düşdüyü ağır situasiyanı duymağı öyrədir.
Yazar:
Irvin D. Yalom
Irvin D. Yalom
Çevirmen:
Svetlana Turan
Svetlana Turan
Tahmini Okuma Süresi: 11 sa. 6 dk.Sayfa Sayısı: 392Basım Tarihi: 2020İlk Yayın Tarihi: Ağustos 1999Yayınevi: Parlaq İmzalar NəşriyyatıOrijinal Adı: Momma and the Meaning of Life
ISBN: 9789952525526Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
392 syf.
6/10 puan verdi
·
7 günde okudu
Bu kitabda amerikalı psixoloq-yazar İrvin Yalomun 6 hekayəsi yer alır. Kitabın adı olan "Anam və həyatın mənası" da həmin hekayələrdən biridir. Hekayələrin bir neçəsini bəyəndim, digərlərini və ümumilikdə kitabı isə psixologiya üzrə oxuyanlar və bu sahəyə marağı olanlar sevər deyə düşünürəm. Mənə biraz ağır gəldi :)
Anam və Həyatın Mənası
Anam və Həyatın MənasıIrvin D. Yalom · Parlaq İmzalar Nəşriyyatı · 20201,971 okunma
Reklam
392 syf.
·
Puan vermedi
·
Beğendi
·
28 günde okudu
Anam və Həyatın Mənası
Kitab psixoloji hekayələrdən ibarətdir.Bu hekayələrdə Doktor İrv.in seanslarından təcrübələr,yaşadıqlarından təsvirlər var.Kitabın adı ilə eyni olan "Anam və Həyatın mənası" hekayəsində baş vermiş yuxu hissəsi gərçək yaşanmış hadisədir.Ən əsası onkoloji xəstələrlə keçirilmiş seanslardan bəhs edir kitab.Və son olaraq "Macar pişiyinin lənəti" fantastik hekəyəsində doktor yazıçı həm bədii dildə, həm də gerçək həyatda "Ölüm" gerçəyinə toxunaraq,Ölüm anlayışını necə qəbullanacağımıza kömək etmək istəyib. "Anam və həyatın mənası" sevərək oxudum.
Anam və Həyatın Mənası
Anam və Həyatın MənasıIrvin D. Yalom · Parlaq İmzalar Nəşriyyatı · 20201,971 okunma
392 syf.
10/10 puan verdi
Son zamanlar psixologiya ilə bağlı əsərlər diqqətimi çəkir buna görə də Yalomun kitabını oxumağa başladım.Burada 6 hekayədən danışılır bəziləri ağır hekayələrdir.Həyat yoldaşını itirmiş bir qadının yenidən həyata bağlanması, terapist ilə munasibətləri,aralarındakı dialoqlar onların fikir ayrılıqları,pasiyentin inadkarlığı, terapistin səbirli,təmkinli davranışı hamısı insanın bütün fikrini əsərə cəlb edir və maraqda saxlayır.Əsərdəki pasiyentlərin problemləri real həyatda əksər insanların yaşadıqlarıdır.Kimi bunlara diqqət edir kimi isə üstündən keçir.Ancaq yuxularımız,problemlərimiz,sıxıntılarımız bunların hamısının üzərində dayanmalı və onları aşmalıyıq. Hekayələrin arxasında həyat və ölüm düşüncəsinin olması mənim üçün bu kitabı daha da cəlbedici etdi.Sonda Macar Pişiyi ilə olan seans ən düşündürücü hissələrdən biri idi.Burada reinkarnasiya,yaşam,ölümü qəbullanma,həyatdan zövq almaq və digər məsələlərə toxunulur. Olduqca öyrədici və fərqindəlik yaradan bir kitabdır.Oxuyacaq olanlara xoş mütaliələr…
Anam və Həyatın Mənası
Anam və Həyatın MənasıIrvin D. Yalom · Parlaq İmzalar Nəşriyyatı · 20201,971 okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.