“Kendi alçaklığını kabul edişten doğan bu duyguda, insana acı ile birlikte haz da rahatlık da veren bir şey vardı.”
Tolstoy yenə məni məndən alır. Rus ədəbiyyatı dedikdə ağıla gələn ilk yazarlardandır. Dövrünə uyğun hadisələrlə, yaşam, münasibətlər eləcə də bunların gözəl təsviri ilə gözəl yazılmış bir əsərdir. Əsəri bitirdikdən sonra özünüzlə bərabər insanlığı sorgulayacaq düşüncələrdə boğula bilərsiniz. Belə düşüncələr yaradan əsərlər mənim üçün uğurlular sırasındandır. Sizdə nəyisə dəyişdirə biləcək kitablardandır, tövsiyə edirəm.