🖋En sıkı yeminler bile
Samandır kanın ateşinde.
Şekspir haqqında, onun əsərləri haqqında çox eşitmişəm. Amma təəssüflə deyim ki, heç oxumamışdım. Və bu əsərlə başlamağı qərara aldım. Nə yaxşı ki oxudum
“Fırtına”da yazıçı sevginin, vicdanın, insanların təbiətində olan hirs və aclığın öhdəsindən gəldiyini nağılvari və mifologiya qarışıq hisslərlə çox gözəl aydınlığa çıxarıb. Necə deyərlər şər deməsən xeyir gəlməz misalıdır bu əsər. Pisliyə bürünmüş bir dünyada insanın özünü, qəlbini, vicdanını təmiz saxlamaq hardasa mümkünsüz hala gəlib. Bu əsəri oxumaqla başa düşürsən ki, pisliyə yaxşılıqla cavab vermək hünər istəyir, sevgi istəyir.
Mövzusundan qısaca danışsaq taxt uğruna qardaşın qardaşa etdiyi xəyanətdən gedir söhbət. Buna görə də haqsızlığa uğrayan Prospero illərlə intiqam hissi ilə yaşayır. Və bir gün haqq-hesab günü gəlir. Amma bu intiqamın sonu bizə daha doğrusunun bağışlamaq olduğunu göstərir. Yazarın özünün dediyi kimi “ceza gecikti, ancak unutulmadı”.
Oxumağa dəyəcək bir kitabdır. mən çox sevdim inanıram oxuyan hər kəs sevəcək