Bu kitabı axşam keçiriləcək olan Light Up Training Platform'un "Oxu və Qazan" kitab oxuma müsabiqəsinin həvəsi ilə oxumuşam. PDF formatda axıra kimi oxuyub bitirdiyim ilk kitab da məhz bu kitab oldu.
Subayam, bəlkə də gələcəkdəki evlilik həyatımda atacağım addımlarla, verəcəyim bəzi mühüm qərarlarla bağlı faydalı məsləhətlər aldım, gələcəyin bir anası olaraq valideyn-övlad münasibətlərinə dair məlumat sahibi oldum, müxtəlif ailələrin pis və ya yaxşı - qısa hekayələri ilə tanış oldum. Kitabın ailə münasibətlərimizə müsbət yöndə təsir göstərməsi üçün kitabı təkrar-təkrar oxumaq, onlardan nəticə çıxartmaq və ən əsası, icra etmək lazımdır.
Oxuduqlarımı nə dərəcədə anlaya bilmişəm? - bunun cavabı oxuduğum mövzulardan ibarət keçirilən test imtahanında bəlli olacaq :) Seçilən kitabın mövzusu oxumaq həvəsimi bir qədər aşağı salsa da, maraqlı idi.