Qan Ləkəsi

Elxan Elatlı

Qan Ləkəsi Yorumları ve İncelemeleri

Qan Ləkəsi yorumları ve incelemelerini, Qan Ləkəsi kitabı hakkındaki okur görüşlerini , Qan Ləkəsi puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.910 üzerinden
193 Kişi · 27 İnceleme
700 syf.
9/10 puan verdi
·
32 günde okudu
Elxan Elatlıdan nöbəti oxuduğum kitab “Qan ləkəsi” oldu. İlk olaraq kitabda baş verən hadisə haqqında bəhs edəcəm. Əsərdə baş verən hadisə “Bakıda məşhur iş adamının erməni əsilli arvadından olan oğlu binamusluq üstə öldürülür. Əsl qatilin əvəzinə səhvən başqası həbs edilir. Lakin iş adamı oğlunun qatilinin adını öz əlaltıları vasitəsilə tezliklə öyrənir və onun bütün ailəsini məhv etmək üçün Moskvada yaşayan qaynını – Kobra ləqəbli qaniçən erməni killeri Azərbaycana çağırmasıyla” başlayır. Kitabda çox obraz var. Və buna görə qeydlər götürmək daha uyğundur. Kitab həqiqətən çoox axıcı idi. Lakin bəzi yerlər uzadılıb deyə düşünürəm. Bəli Leopard obrazını sevirəm. Amma bəzi səhnələri özəlliklə də Cəhalə ilə olan münasibətini sevmədim… Məncə olmasa da olardı. Ümid edirəm bundan sonra oxuduğum kitablarda Leopard belə olmasın. Məncə Cəhalə və üstəlik Məltəm obrazı çoox şişirdilmişdi. Cəhalənin düşüncələrini və hərəkətlərini sevmədim. Kitabda elə yazılmışdı ki, sanki Cəhalə nə edirsə düzdür… və Məltəmə gəlsək kitabın hansı hissəsin oxusanız ancaq gördüyünüz “çoox gözəldir, məsumdur… və s.” bu ifadələri hər səhifədə görmək şəxsən kitaba qarşı göz devirməmə səbəb oldu. Yəni təbii ki, bunlar Mənim səxsi öz düşüncələrimdir. Qısaca kitab yaxşı yazılmışdı, oxumağa dəyər. Sevmədiyim hissələri çıxmaq şərtiylə. Məndən bu qədər Xoş mütaliələr.
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Press Nəşriyyat · 2020692 okunma
·
Puan vermedi
Həyatımda bəlkə də, ilk dəfədir ki, bir kitabı yarım buraxdım. Elxan Elatlının bir çox kitabını oxumuşam. Bəzilərini sevsəm də, sevmədiyim kitabları da olmuşdu. Çoxu kitabında cinsəllik çox ön plana çəkilir. Bəlkə də bunu tənqid edir, amma hər kitabında cinsəlliyə dair səhnələrin olması narahat edici olmağa başlayır. Məncə bir kitab içində cinsəllik mövzusu keçmədən də yazıla bilər. Kitablarında qadınlar fahişə obrazlarında və ya onlar haqqında fahişə imiş kimi danışan “kişi” obrazları da göstərilir. Qadınlar və ya kişilər xəyanətə uğrayır. Bəlkə Elxan Elatlının 1-2 kitabını oxuyub sevə bilərsiniz. Çünki başda mən də sevirdim. Demək olar ki, kitablarının çoxunda bu mövzunu hər dəfə gördüyüm üçün artıq Elxan Elatlı oxumaq mənə çox adi gəlir. Kitab sizin üçün çox maraqlı bir mövzuda yazılmış ola bilər. Bəlkə də, həqiqətən də, maraqlı bir mövzudadır. Lakin mən kitabın əvvəllərində yenə qadını cinsi ehtirasını qarşılamaq üçün varlıq kimi görən məxluqları gördüyümə görə bu kitabı oxumaqdan imtina edirəm.
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Press Nəşriyyat · 2020692 okunma
Reklam
700 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Elxan Elatlının sadəcə 3 kitabını oxumamışam. Bütün kitablarını çox istəkli oxuyuram. Həçəng ki, Detektivi arxa plana salır, amma çox sevərək oxuduğum əsərlərin müəllifidir. "Qan ləkəsi"... Məncə artıq şərhə ehtiyac yoxdur. Oxuyun...
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Press Nəşriyyat · 2020692 okunma
·
Puan vermedi
Yazardan oxumağa çalışdığım ilk kitab idi. Uzun müddət idi ki, bunu oxuyurdum və bu gün yarım buraxdım. Hadisələr çox qarışıq idi, həmçinin obrazlar da və məni dəhşət yordu bu kitab. Bundan əlavə, yazarın dili həddindən artıq çox sadə idi, akademik dildə yazılmamışdı. Kitabın mövzusu da ancaq şiddət, zorakılıq, təcavüz, namus, qətl idi. Nədənsə kitabı oxuyarkən məndə belə bir təəssürat yarandı ki, elə bil Azərbaycanın televiziya kanallarında göstərilən hansısa yerli serialı izləyirəm :D Bəlkə də yazarın yanlış kitabı ilə başlamışam oxumağa.
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Press Nəşriyyat · 2020692 okunma
672 syf.
10/10 puan verdi
·
Beğendi
·
29 günde okudu
Qan Ləkəsi'nin incələməsini bir də mənim qələmimdən oxuyun
Bu metin Azerice dilinden otomatik olarak çevirilmiştir. Orjinali Göster
Evet Elkhan Elatlı'nın bir eserinin daha sonuna geldik aslında hem yaratıcı hayatımda hem de okuma hayatımda en önemli yerlerden biri
Elxan Elatlı
Elxan Elatlı
'e ait. Elkhan Elatlı'yla ilk kez 3 yıl önce
Xəyanət
Xəyanət
kitabıyla tanıştım. Bu yıl ağustos ayında
Xəstə ruhlar
Xəstə ruhlar
kitabını bitirdim. Ve şimdi hakkında hiçbir fikrimin olmadığı
Qan Ləkəsi
Qan Ləkəsi
kitabını bitirdim. Kitaplarda belli bir karakteri benimseyip olaylara onun gözünden bakmayı tercih ederim. Bu eserde Alamdar Malikov {Alik, Leopar} karakteri beni büyüledi ve olaylara onun gözünden bakmaya başladım. Aslında başlangıçta olayın nasıl gerçekleştiği, kimin kimi öldürdüğü, kimin cezalandırıldığı, katilin kim olduğu gibi sorulara cevap veremedim. Ancak Dordbarmag Agashamilin'in çocuklarının cenaze töreni yapıldığında bazı şeyleri zaten keşfetmiştim. Şakaydı.. Elhan Elatlı büyük ihtimalle bu olayı 2 yıl boyunca uydurdu. Çünkü aslında bu o kadar da kolay bir suç değildi. Çalışma hakkında spoiler vermek istemiyorum. Ama okumaya değer olduğunu kesin olarak söyleyebilirim. Kitabı bitirmem için bana büyük motivasyon veren
Kitabsever
Kitabsever
' Hanıma teşekkür ediyorum. Herkese iyi şanslar
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Qanun Nəşriyyatı · 2015692 okunma
Reklam
22 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.