Qış Gecəsi

Salam Qadirzade

Öne Çıkan Qış Gecəsi Gönderileri

Öne Çıkan Qış Gecəsi kitaplarını, öne çıkan Qış Gecəsi sözleri ve alıntılarını, öne çıkan Qış Gecəsi yazarlarını, öne çıkan Qış Gecəsi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Önemli tüyolar bunlar :D
O deyir, qızla gedəndə elə ki, gördün nə o danışır, nə sən, ikiniz də utanırsınız, onda söhbəti sal taxta qaşıqdan. -Nədən?, deyə Ceyran təəccüblə Adilə baxdı. +Taxta qaşıqdan! Deyir, ondan sonra hər şey öz yoluna düşəcək. Taxta qaşıq arada bəhanə olacaq. Sonra o qədər danışacaqsınız ki. İndi mən görürəm ikimiz də ağzımıza su almışıq. Az qalmışam soruşum ki, evinizdə taxta qaşıq varmı? Ceyran gülməkdən özünü güclə saxladı.
286 syf.
7/10 puan verdi
·
4 günde okudu
Daha bir axıcı kitab. Düzü, Salam Qədirzadənin qələmi ilə heç tanış olmadığım üçün həmişə onun əsərlərini oxumaq istəmişəm. Maraqlı sujet xətti var. Baş qəhrəman Adilin başına gələnlər, çəkdiyi vicdan əzabları çox gözəl şəkildə təsvir edilib. Oxuyanda bir ailənin necə uçuruma getməsi adama pis təsir edir. Kitabda Adilin ətrafında və həyatında olan qadın obrazlar bir-birilə ziddiyyət təşkil edir. Atasının isə o dərəcədə dəyişməsi Adili sarsıtsa da, fərd kimi yetişməsinə zərər vermədi. Ümumiyyətlə, insanların bir az çətinliyə düşən kimi asan yola əl atması burada da təsvir edilib. Bu yolun da fərsiz olduğu aydın şəkildə göstərilib. Sonluğu lap ürəkaçan oldu. Diləfruzun öhdəsindən kimsə gəlməli idi. Əsərdə sovet təfəkkürü də sezilir. Bəyənmədiyim tərəfi isə bu idi.
Qış Gecəsi
Qış GecəsiSalam Qadirzade · XAN · 2015209 okunma
Reklam
Kimsə Mənsurənin sevimli qaranquşlarının yuvasını dağıdıb, balaları didərgin salmışdı. “Mənim qaranquşlayım”... deyən bibisi qızının yanıqlı səsini eşidən, onun göz yaşlarını görən Adil dözmədi. Anası yadına düşdü. Ürəyi kövrəldi. O da Mənsurəyə qoşulub ağladı
286 syf.
9/10 puan verdi
Bu gün Salam Qədirzadənin “Qış gecəsi” romanından yazmaq istəyirəm. O qədər maraqlı sujet xətti var ki, bəyənməmək mümkün deyil. Bəzi kitablar var ki, real həyatın tam özüdür. Oxuduqca, o real hadisələrin şahidinə çevrilirsən. Xoş olmayan acı reallıqları görürsən. Elə “qış gecəsi” də o kitablardan idi. Roman sovet dövründə yazılıb. Ona görə o dövrün bəzi qayda-qanunları, ideologiyası bu kitabda özünü göstərir. Yeniyetmə gəncin həyatından bəhs edir. İlk səhifələrdə Ceyranın gözlərinin gözəlliyindən bəhs edilir. Sonra isə “qırmızı kirəmitli evdə” baş verən hadisələri oxuyuruq. Adilin həyatı uşaqlıqdan gətirməyib. Anası öləndən sonra atası ikinci dəfə evlənir. Bu qadının gəlişi ilə “qırmızı kirəmitli evdə” hər şey dəyişir, Adilin həyatı alt-üst olur. Adil sevgisindən, atasından, doğma evindən, uzaq düşür. Və bir də övladına laqeyd qalan ata məni təəccübləndirdi. Sanki arvad bu, ər isə Diləfruz idi. O evdə yalnız onun sözü keçə bilərdi. Bir də heç atalıq hissini yaşamayan Saleh müəllim var idi ki, Adilə elə əsl ata qayğısı ilə yanaşırdı. Elə ən çox əsəb keçirdiyim obraz da Diləfruz oldu. Elə bil mələk cildində şeytandır. Yazar necə bir qadın yaradıbsa heç rəhm hissi verməyib ona. Amma sonluq çox əla bitdi. Çox da yazmaq istəmirəm. Daha yaxşı olar siz də bu əsəri oxuyun
Qış Gecəsi
Qış GecəsiSalam Qadirzade · XAN · 2015209 okunma
Kitabı çap edən nəşriyyat belə deyir...
Həyatımızın azacıq əvvəl çevrilən səhifəsi, böyük nəslin şirin arzularının boy verdiyi 50 – 60-cı illərdə bu kitab sevinclə, rəğbətlə qarşılanıb. Əminik ki, indi bir qədər başqa rakursdan baxılsa, başqa aspektdən yanaşılsa da romanda yenə nə isə maraqlı, cəlbedici və nəhayət, hardasa əhəmiyyətli bir şey tapacaqsınız.
− Özünü də yaddan çıxartma. − Mən səni görəndə hər şeyi unuduram. − ... − İnanmırsan?
Reklam
216 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.