Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Quyucaqlı Yusuf

Sabahattin Ali

Sayfa Sayısına Göre Quyucaqlı Yusuf Sözleri ve Alıntıları

Sayfa Sayısına Göre Quyucaqlı Yusuf sözleri ve alıntılarını, sayfa sayısına göre Quyucaqlı Yusuf kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Ümumiyyətlə, öz dərdinə səssiz-səmirsiz dözən adamı nəzərdən keçirtmək, ağlayan, sızlayan adama baxmaqdan daha ağırdır. Çünki yaşlar ilə örtülməyən donuq gözlərdə necə bir atəşin yandığından, yavaş-yavaş qalxıb enən sinədə hansı hislərin qaynayıb daşdığından xəbər tutmursan və bu halda nə etməyin lazım olduğunu bilməyib özünü itirirsən...
Ölüm onun üçün cəmiyyətin laqeydliyini üzə vurmaq vasitəsidir.
Reklam
Lakin bəzən hislərimiz iradə və ağıldan üstün olur, xəyallarımız bizi tovlayıb aldadır, hislərimizin coşmasına imkan yaranan kimi üzərimizdə hakim kəsilir.
Anası qızı gəzməyə apararkən bir saat onun saçlarını düzəltdiyi halda, nə anasının, nə də atasının ağlına bu başın içi ilə də bir balaca məşğul olmaq fikri gəlməmişdi.
Fəlakətə sükunət və soyuqqanlılıqla dözənlərin mənzərəsi o fəlakət üçün ağlayıb özünü öldürənlərdən daha qorxunc və əzicidir. Quru və donuq gözlərinin arxasında hansı alovların yandığı, yavaşca qalxıb enən köksünün içində nələrin qaynadığı bilinmədiyi üçün insan narahatlıq və tərəddüd içində kədərlənməyə bilmirdi...
Fəlakətə sükunət ve soyuqqanlılıqla dözənlərin mənzərəsi o fəlakət üçün ağlayıb özünü öldürənlərdən daha qorxunc ve əzicidir.
Reklam
Qızlarını vitrin alması kimi bəzəyib təmizləmiş, parlatmış, sonra da varlı bir müştəriyə satmışdılar. Qız yetişdirməyin qayəsi elə bu idimi?
Sayfa 23 - Qanun nəşriyyatıKitabı okudu
Anası onu gəzməyə apararkən bir saat saçlarını düzəltməyə çalışdığı halda nə anasının, nə atasının ağlına bu başın içi ilə də bir az məşğul olmaq fikri gəlməmişdi. Qızlarını vitrin alması kimi bəzəyib təmizləmiş, parlatmış, sonra da varlı bir müştəriyə satmışdılar. Qız yetişdirməyin qayəsi elə bu idimi?
Anası onu gəzməyə apararkən bir saat saçlarını düzəltməyə çalışdığı halda nə anasının, nə atasının ağlına bu başın içi ilə də bir az məşğul olmaq fikri gəlməmişdi. Qızlarını vitrin alması kimi bəzəyib təmizləmiş, parlatmış, sonra da varlı bir müştəriyə satmışdılar. Qız yetişdirməyin qayəsi elə bu idimi?
Hiç geçmeyen, hiç unutulmayan şeylerde var, beyefendi! Ölünceye kadar insanın sırtından atmayacağı şeyler de var...
Reklam
Heç keçməyən, unudulmayan şeylər var, bəy! Ölənə qədər insanın çiyinlərindən ata bilməyəcəyi şeylər...
Sayfa 86 - KübraKitabı okudu
–Siz necə insanlarsınız ?... Bu sözlərdə bir sualın bütün tələbləri, başa düşməməyin bütün üsyanı toplanmışdı.
Sayfa 97 - Yusuf. Qanun nəşriyyatı
İnsan ancaq ağlının imkan verdiyi şeyləri söyləyə bilir.
Dünyada məktəb kitabından başqa da kitabların oxunduğunu bilmirdi.
Sayfa 102 - ƏliKitabı okudu
Bu an yaşadığı qoca dünyada onu düşünən bircə adamın belə mövcud olmadığına o qədər əmindi ki, hətta cavab kimi kədər içində çırpınan qəlbi də özünə kimsəni düşünməyi layiq bilmir və bundan səbəbini dərk etmədiyi hûzn duymuş olurdu.
Sayfa 106Kitabı okudu
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.