İnsan kimi düşünsəydi canavar balası, yəqin ki, bu nəticəyə gələrdi: Həyat-doyunca yemək üçün ehtirasdır, dünya isə səhnədir. Bu səhnədə doymağa can atan adamlar bir-biri ilə mübarizə aparır, vuruşur, bir-birini təqib edirlər.
Onlar bir-biriləri üçün yemək əldə edir, hətta bir-birini yeyirlər. Səhnədə qanlar tökülür, orada başdan-ayağa amansızlıq hökm sürür. Bir sözlə, həyat meydanı qarmaqarışıqlıqla, təsadüflərlə doludur