Kaliforniya universitetinin psixologiya sahəsi üzrə məzun olan Shakti Gawainin qələmə aldığı bu kitab mənə görə "motivasiya edici" və ya " yaxşı təsir bağışlayıcı" kitab kimi təəssürat bağışladı. Düzü, həqiqətən də oxuduqca insana yaxşı təsir edir, müəllif " yaradıcı təxəyyül nədir?" sualına belə cavab verir ki, yaradıcı təxəyyül yaşamımızda olmasını istədiyimiz şeyləri yaradabilmək üçün xəyal gücünü, təsəvvür gücünü istifadə etmək mexanikasıdır. Yaradıcı təxəyyül, yeni, yad, qeyri-adi bir şey deyil. Və əlavə edərək deyir ki, "çünki onu hər gün, daha doğrusu hər dəqiqə istifadə edirik zatən." Və son olaraq bildirir ki, bu bizim təbii xəyal gücümüzdür ki, o, kainatın fərqində olaraq yada olmadan daima istifadə etdiyimiz təməl yaradıcı enerjisidir." Bu kitabdan yeni öyrəndiyim nəsə olmadı, çünki vaxt ilə bu tip kitabları çox oxumuşam, amma əsla bəsit kitab və ya lazımsız kitab kimi adlandırmıram, çünki mənə müsbət təsir edib. Razılaşmadığım tərəfi isə " insan istəsə hər şey edə bilər " düşüncəsi idi.
Əlavə: Keçən il çoxlu sayda kitabları yarıda saxlamışdım, onlardan biridə bu kitab idi və elə çoxdan başlamış və oxumağa başladığım tarixi qeydlər dəftərimə yazmadığım üçün burda yalandan özümü aldadıb yalançı tarix yazmaq istəmədim, axı kimidə aldatsaq özümüz öz yalanımızı bilirik və özümə qarşı dürüst olmağa çalışıram.