The help(Köməkçi) kitabın ilk çıxdığı addır və pegasusun adını dəyişib "Duyguların rəngi" etməyi məncə çox incədir.Kitab 3 nəfərin(Abilieen,minny və eugenia) ayrı-ayrı bölümlər olaraq,düşüncə və hadisələri anlatmağı üzərinə davam edir.
Abilieen və Minny Mississippi Jacksonlu(cənublu) iki afro-amerikalı ev köməkçisidir.Həyatları boyu(bütün ailəsindəki qadınlar) bu işlə məşğul olub.Eugenia ilə Abilieenin dialoqundakı bu məqam əslində çox kədərlidir.Çünki istələlər belə irqi ayrıseçkilik onların bütün həyatlarını "fərqliləşdirib".
Yazıçı Jacksonludur və kitabını yazarkən Susan tucker adlı vəkilin kitabda da keçən(məncə ikisi də oxşayır) kitabını oxuduqdan və öz evlərində çalışan köməkçiləri Demetriedən ilham alınaraq yazılıb.
Hamımız həyatımızın bir hissəsində ayrı-seçkiliyə,fərqli olduğumuzu bildirən baxış və görüşlərə təsadüf edirik.
Kitabda yazılanlar tamamilə realdır.Ancaq düşünürəm ki,kitabla filmi fərqlidir,kitabının yazı tərzini bəyənmədim ancaq filmindən daha yaxşıdır.
1960'ların "Böyük" amerikasının böyük rasizminə səyahətə çıxmışdım,martin luther kingdən,ağların təmizlik otaqlarını işlətdiyi üçün döyülərək kor edilən insanlardan.
Əslində mən insanlığın kor tərəfinə səyahətinə çıxmışdım.
Amerikada afro-amerikalı olmağı bütün incəliklərinə qədər oxudum,bəlkə də hələ bu baş verənlərin yarısı belə deyildi.