Çağımıza uymak zorundayız palavrasına da hiç mi hiç inanmıyorum. Eğer yaşadığım çağın en yüce ideali köşeyi dönmekse; eğer yaşadığım çağ toplumsal adaletsizlik üstüne kuruluysa; eğer yaşadığım çağ inandığım her şeyi yadsıyorsa; eğer yaşadığım çağa bayağılık ve çirkinlik egemense, ben böyle bir çağa neden ayak uydurmak zorunda kalayım? Tam tersine, başkaldırırım, direnirim böyle bir çağa karşı.
Ətrafındakı insanların, xüsusən də, yaşlıların bir iş alınmadıqda tez-tez: “Qismət deyilmiş”, – dediklərini xatırlayırsanmı? Xatırla və unut. Qismətini sən özün yazacaqsan. Öz taleyinin sahibi olacaqsan. Sən bütün uğursuzluqlarını, zəif xarakterini, tənbəlliyini qismətin üstünə atanlardan olmayacaqsan. Sən bacaracaqsan!
Uğur və hörmət qazanacaq, həyatda öz yerini tutacaqsan!
Bir gün şəhər darvazalarının qarşısında əyləşmiş qocaya bir gənc yaxınlaşaraq soruşdu:
– Mən heç vaxt burada olmamışam. Bu şəhərdə necə insanlar yaşayır?
Qoca ona sualla cavab verdi:
– Sənin gəldiyin şəhərdə adamlar necə idilər?
– Oradakı insanlar çox eqoist və qəddar idilər. Buna görə də, mən sevinərək oranı tərk etdim.
– Burada da sən məhz o cür insanlara rast gələcəksən, – deyə qoca cavab verdi.
Bir az keçdikdən sonra başqa bir adam həmin qocaya yaxınlaşdı və eyni sualı verdi:
– Mən elə indicə bu şəhərə gəlmişəm. Deyə bilərsinizmi, burada necə insanlar yaşayır?
Qoca yenə eyni sualı verdi:
– Oğlum, sənin gəldiyin şəhərdə insanlar necə idilər?
– Mənim gəldiyim şəhərdəki insanlar çox mehriban, qonaqpərvər və xeyirxah idilər. O şəhərdə çoxlu dostlarım qaldı.
– Sən bu şəhərdə də məhz elə o cür insanlara rast gələcəksən, – deyə yaşlı kişi cavab verdi.
Bayaqdan bəri qocanın yanında oturmuş bir şəhər sakini ondan soruşdu:
Nəyə görə onlara fərqli cavablar verdin?
Qoca dedi:
– Hər yerdə pis və yaxşı insanlar var. Kim nə axtarırsa, onu da tapır.