g

Gül Şiir

2 üye
Yaralı quş
Yaralıdır könlüm quşu, yaralı, Yaralandı yazıq şair olalı! Bir dərinlikdə ki, hər düşən çıxmaz, Qurtulmaq istəyir, qanad yaramaz! İmdadına gələn ümidindən az, Yaralıdır könlüm quşu, yaralı!
Sayfa 113 - QanunKitabı okudu
Gecələr
Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr, Qəmli ruhun haraları gəzdi, biləydim gecələr. Hər səhər sübh nəsimiylə doğulmaqçün kaş, Baş qoyub sinənə sakitcə öləydim gecələr. Bölünüb min yerə, hər zərrəmi bir ulduz edib, Başın üstündə səmaya düzüləydim gecələr. Ağlayıb gündüzü biçarə buludtək sənsiz, Baxaraq göz yaşıma sənlə, güləydim gecələr. Sən qaranlıqda ayı seyr elədikcə, mən də, Ruhuna ay işığıyla süzüləydim gecələr. Baş daşım üstə dodaq izlərini öpmək üçün, Allahımdan da xəbərsiz diriləydim gecələr. Fəhminin qəlbində son arzu qalmış yalnız, Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr.
Sayfa 56 - Parlaq imzalarKitabı okudu
Reklam
Şeir mənim üçün bir kainatdır, Onun ulduzları, günəşləri var. Şeir mənim üçün sirli həyatdır, Onun öz sevinci, öz kədəri var.
Sayfa 72 - LiderKitabı okudu
Hardan bilərdim?
Mən hardan bilərdim sevərəm bir gün, Həsrətdən alışıb yana bilərəm?! İsti nəfəsindən külə çevrilib, Soyuq baxışından dona bilərəm?! Mən hardan bilərdim dəli olaram, Görərəm hər gecə yuxumda səni?! Özüm itirərəm həsrət yolunda, Sonra axtararam çoxunda səni?! Mən hardan bilərdim ürəyim səndə, Gözlərim ömürlük yolda qalacaq?! Bütün xəyallarım öndə gedəcək, Bütün arzularım dalda qalacaq?! Mən hardan bilərdim sənli günlərim, Sənsiz günlərimin xatirəsidir?! Dəli deməsinlər adıma mənim, Desinlər sadəcə eşq xəsdəsidi. Mən hardan bilərdim, hardan bilərdim, Sənin son gedişin əcəlim olar?! Yaşadım, xəbərin olmadı məndən Bir gün yaşamaram, xəbərin olar!
Sayfa 80 - Şəfaqət ƏləsgərovaKitabı okudu
Təklik - hamının çıxıb getməsi deyil heç kəsin qayıtmamasıdı... (Şəhriyar del Gerani)
Sayfa 7 - Teas pressKitabı okudu
"Mənim Nəslim"
Mən dövlətli ailədə doğulmadım, Şan-şöhrətli ailədə doğulmadım. Ən adicə bir insandı atam mənim, Zər-xaralı yataqlarda yatammadım. Söyləyimmi qohumlarım nəçi idi? Xarrat idi, çoban idi, suçu idi.
Sayfa 7
Reklam
152 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.