g

Gül Şiir

2 üye · 6 yeni gönderi
Vəfa Hafiz

Vəfa Hafiz

@VafaPirMurad
·
4ay
Gül gül dedi bülbül güle gül gülmedi gitti Bülbül güle gül bülbüle yâr olmadı gitti...
Vəfa Hafiz

Vəfa Hafiz

@VafaPirMurad
·
4ay
Uçdu bülbül yenə bağda güli-rənaya tərəf, Baxdı, bir naz ilə gül, bülbüli-şeydaya tərəf. Bağlanıb qaldı, könül saçlarına, nazlı gözəl, Baxdı bir dəfə gözüm nərgizi-şəhlaya tərəf. Sən bir aslan kimi məğrur idin, ey vəhşi könül, Çəkdi bir ceyranın eşqi səni səhraya tərəf. Yoxdu daş qəlbinə dərya kimi eşqin əsəri, Sel çəkər güclə gələndə daşı dəryaya tərəf. Yüz dəfə döndərib üz, sevgidən əl çəksən əgər, Çəkəcək, yar, səni, Mir Mehdi, bu sevdaya tərəf.
Reklam
Elviyyə Babayeva

Elviyyə Babayeva

@imssunshiine
·
4ay
"Əvvəllər xəyala inanmırdın heç İndi möcüzəmə olmusan şərik. Gəl mənim arzumdan birini sən seç Bəlkə qismət olar, biz görüşərik. Ruhum ilahidən ilham alanda Hiss edəm saçının ətrini, gülüm. Axı nə fərqi var, sən olmayanda Ya gəlsin yaşamaq, ya gəlsin ölüm. Axtarma, xəyalım sənlə əl-ələ, Hər səhər şeh düşən göy çəməndədir. Daha istəmirəm ev bundan belə, Sən mənim evimsən, evim səndədir. Girib ürəyimin gül baxçasına, Eşqimin çiçəyin sənmi dərmisən? Baxmayım dünyada bir başqasına, Mənə bir rəsmini göndərərmisən? Orda nəfəsimlə nəfəs alırsan Salıb ürəyinə şairin adın. Sən məndən uzaqda necə qalırsan, Məni möcüzəylə gözləyən qadın?..." Asim Bəy Kazımsoy
Vəfa Hafiz

Vəfa Hafiz

@VafaPirMurad
·
4ay
Zar-zar ağlar çü bülbül gül yüzünçün mürği-can Candan etmişdir məni cövr ilə dövri-ruzigar.
Asiman Aliyeva

Asiman Aliyeva

@Lyevaasi
·
3ay
Əzbərimizdə bulunsun :)
Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz, Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz! Sənin ol cəlb eyləyən vəslinə and içdim inan, Hicrinə yandı canım, yox daha taqət sənsiz! Başqa bir yarı necə axtarım, ey nazlı mələk? Bilirəm sən də dedin: "Yox yarə hacət sənsiz" Sən mənim qəlbimə hakim, sənə qul oldu könül, Sən əzizsən, mən ucuz bir heçəm, afət, sənsiz! Nə gözüm var arayım mən səni, bəxtim də ki, yox, Nə də bir qaçmağa var məndə cəsarət sənsiz! Sən Nizamidən əgər arxayın olsan da, gülüm, Gecə-gündüz arayıb, olmadı rahat sənsiz!
M.zade

M.zade

@Sama_
·
1ay
Yenə də qələmi aldım əlimə, Sevirəm kəlməsi yatmır dilimə, Sevsəm də çatmadım mən öz gülümə, Dünyadan, sevgidən nakam gedirəm. Dünyanın işləri belədir, nədən? Sevərək ayrıldım öz gülümdən mən, Çıxara bilmirəm onu qəlbimdən, Dünyadan, sevgidən nakam gedirəm. Nə zaman mən gizli sevmişəm onu, Şeirdə, qəzəldə gəzmişəm onu, Ömrüm tükənibdi, gəlibdi sonu, Dünyadan, sevgidən nakam gedirəm.
Reklam
105 öğeden 91 ile 100 arasındakiler gösteriliyor.