g

Gül Şiir

1 üye
Desəm ki, qəlbinin dustağıyam mən, Ruhunda həbs edib de, saxlayarsan? Saf, təmiz eşqimin ölçüsün bilsən, Qəlbindən çıxmamı yasaqlayarsan? Bu necə məhəbbət, bu necə sevda, Bir əlim günahda, biri savabda. Sualım gizlidir neçə cavabda, Sən mənə qəlbini bağışlayarsan? Səni ürəyimin hakimi bilsəm, Öz gizli dünyama alıb götürsəm. Sənsiz qoca dünya yaşanmır desəm, Mənə öz dünyanda yer elǝyǝrsən?
Quruyar
Qəlb yanır öylə ki, dərya ola dövrəm, quruyar Ol səbəbdəndi gözüm həm yaşarar, həm quruyar. Bülbülün göz yaşıdır gülşənə can bəxş eliyən Rəsmdir, bir gülün olmazsa dibi nəm, quruyar. Tapmadım dərdə dəva hər tərəfi gəzsəm də, Məni-naçara çatanda bütün aləm quruyar. Dedilər, Kəbədədi çarən, o bəxt məndə ki var Bilirəm bassam ayaq Məkkǝyǝ, Zəmzəm quruyar. O gülə dərdlərimi, Fəhmi, deyə bilməyirəm Görcək hər dəfə camalın, dilim ol dǝm quruyar.
Sayfa 116 - Parlaq imzalarKitabı okudu
Reklam
Bən söylədim dərdimi, Tazə yaşıl yaprağa! Daha dərdim bitmədən O sərildi toprağa
Sayfa 199 - QanunKitabı okuyor
Nağıllı Günlər
Yadındamı, ağaclar Əlimizdən zar idi. Budaqlar dilə gəlib Az qala ağlar idi. Deyərdik görəsən kim Tez qalxar bu ağaca. Qalxardıq budaqlara Quş kimi uça-uça.
Sayfa 140 - Şərq-QərbKitabı okudu
Arzum var qönçə-qönçə, Gah tikanlı, gah incǝ. Badəm şəbnəmlə dolu, Qoymayın nadan içə.
Sayfa 115 - Zərxanım ÜlviKitabı okudu
İtirməyim bu qisməti
Demirəm ki, hər ulduzda qismətim var, Mən heç kəsin ulduzundan almaram nur. Öz körpəcə bəxt ulduzum göydə yanar, Mənim üçün hər ulduzdan o, nurludur.
Sayfa 30 - Şərq-QərbKitabı okudu
Reklam
253 öğeden 151 ile 160 arasındakiler gösteriliyor.