Əziz İslam Peyğəmbəri Allahın "İşlərdə onlarla məsləhətləş"¹ fərmanına əsasən, mühüm dövlət işlərində məsləhətləşirdi və hətta bəzən məclisdəkilərin fikri onun fikrindən fərqli olduqda onların fikrini icra edirdi. Bəlkə də erkən İslam tarixində müsəlmanların sürətli və misilsiz inkişaf sirlərindən biri bu olmuşdur.