Həmişə beləyəm; bir kitaba başladımmı, sevsəm də, sevməsəm də o son sətirə qədər oxuyuram. Sanki kitabı yarımçıq qoysam, içindəki hekayəyə haqsızlıq edəcəmmiş kimi hiss edirəm. Həmişə bir şans verirəm ki, bəlkə sonda fikrim dəyişər, bəlkə müəllif məni şoka salar... Bax, bu kitab da mənim üçün tam olaraq onlardan biri oldu.
Düzünü desəm, Booktoker-lərin o qədər təriflədiyi, göylərə qaldırdığı "güclü qadın" obrazını mən bu kitabda görə bilmədim. Sona doğru əlinə silah alıb cəsarət göstərmək bir qadını güclü edirmi? Məncə, yox.
Məntiq xətaları isə adamın gözünə girirdi. Bir qadın təsəvvür edin, iki nəfəri öldürür (sanır) və əlində öz pasportu ilə hava limanına gedib 4 saat gözləyir. Onu hər yerdə onu axtardıqları halda, o, heç bir maneə olmadan təyyarəyə minib ölkədən qaçır. Üstəlik, Amerikaya çatan kimi heç bir təhsili və sənədi olmadan iki günə iş tapır... Bu qədər rahat qaça bilirdisə, niyə cinayət törətməmişdən əvvəl uşağını da götürüb getmirdi? Axı ərinin ona bağlı olduğunu və senedlərin onda olduğunu bilirdi.
Türkiyədə o boyda imkanın içində tapılmayan xəstəlik diaqnozu, Amerikaya çatan kimi bir günə necə tapıla bilər? Hər şey o qədər sürətlə irəliləyir ki, insan hekayənin içinə girməyə çətinlik çəkir. Müəllif bizə güclü bir qadın obrazı təqdim etmək istəyib, amma mən orada güclü qadından çox, hələ də böyüməmiş bir uşaq gördüm. Axı bizi boyudan ildən-ilə artan yaşımız deyil, yaşadıqlarımızdır.
Hər şey o qədər sürətli və nağılvari idi ki, insan "axı bu necə ola bilər?" deməkdən özünü saxlaya bilmir.
Heç o ana-qız münasibəti də mənə keçmədi. Qızının xəstəliyi hər bölümdə vurğulansa da, mən o ana-bala arasındakı lazımi duyğunu hiss edə bilmədim. Qadının fikri-zikri ancaq Alex-dədir. Arada bir qızından iki kəlmə söz açır, sonra yenə sətirlərlə Alex haqqında