Bana ince ,ağır olmayan böyle okuma aşkınızı pekiştiren güzel sürükleyici kitap önerebilir misiniz?
•O kadar ağır ve kalın kitaplar okumuşum ki, bugün zar zor bir kaç sayfa kitap okudum, resmen doydum kitap görmek istemiyorum.
yeni kitap okumaya başlayan biri gibi düşünün.🎈
Məhəbbətin uzunmüddətli tanışlıqdan və davamlı yoldaşlıqdan doğduğunu iddia edən insanlar necə də cahildirlər. Həqiqi məhəbbət ruhların qarşılıqlı anlaşmasından doğulur. Əgər o, ilk anda yaranmırsa, nə sonrakı, nə də daha sonrakı anlarda yaranır.
İnanılmaz macəralar, mükəmməl qəhramanlıqlar, həyat və əyləncə dolu mahnılar, gülüşlər, möhtəşəm mənzərələr və daha nələrlə zəngin gözəl bir kitab! Bir dünya!
Tolkienin yaratdığı bu dünyanın hər köşəsini cənab Bilbo Bagginslə bərabər dolaşıb macəralarına şahid olmaq gözəl idi. Tolkienin fantastik təxəyyülündə baş verən hadisələrə daxil olduqda, mənim üçün duyduğum ən gözəl hiss, öz həyatıma yeni macəralar qatmaq istəyi oldu. Bu istək inanıram ki bu kitabı oxuyan hər kəsdə yaranıb. Çünki bir zamanlar evindəki rahatlıqdan xoşnut, özünü çətinliyə salmağı sevməyən, çətin anlarla üzləşəndə daima şikayətlənən və evdə olmağı arzulayan Bilbo`nu dəyişdirən, ona həyat təcrübəsi qazandıran, əsl potensialını görməsinə, və bunu dürüstlük və əxlaq çərçivəsində etməsinə imkan yaradan bu səyahət, oxunması lazım olan çox gözəl kitablardan birində, ən gözəl şəkildə təsvir olunub!
Həyatınıza yeni macəralar qatmanız üçün sizi ruhlandıracaq bir kitab istəyirsinizsə, ən yaxın kitab mağazasından Hobbit`i soruşun.