Mən illərdir elmi fantastika oxuyuram. Ulduz döyüşləri, qalaktik imperiyalar, yadplanetlilərlə əl sıxmaq… Bunların hamısı gözəldir, rahatdır. Çünki orada hər şey aydındır: pis var, yaxşı var, texnologiya var, sonunda ya qələbə var, ya da faciə. Amma Stanislaw Lemin “Solaris”i... bu kitab oxuduqdan sonra məni günlərlə susdurdu.
Zahirən, sadə bir süjet: Kris Kelvin adlı psixoloq sirli “Solaris” planetinə göndərilir. Orada alimlər illərdir bu planetin üzərindəki nəhəng, düşünən okeanı tədqiq edirlər. Amma okean insanlara cavab vermir. Daha doğrusu, elə bir cavab verir ki, insan beyni bunu qəbul edə bilmir. Alimlərin başına gələnlər dəhşətlidir: okean onların yaddaşından, günahkarlıq hissindən, ən dərin travmalarından “qonaqlar” yaradır. Kelvinin yanına da illər öncə intihar edən sevgilisi Hari gəlir. O, canlıdır, qanı var, nəfəs alır – amma o, insan deyil. Okeanın Kelvinin beynindən “oxuduğu” bir layihədir.
Əvvəla, tənhalıq. Elə bir tənhalıq ki, nəinki başqa planetdə, öz yaddaşının içində belə tək qalırsan. Kelvin Harini sevir, amma bu sevgi əslində özünə işgəncədir. O, hər dəfə Harini görəndə öz günahını, öz bacarsızlığını, öz insanlığının çılpaqlığını görür. Okean isə bunu vecinə belə almır. Okeanın heç bir pis niyyəti yoxdur. O, sadəcə olaraq “başqa cür”dür. Bəlkə də o, sənət əsəri yaradır, bəlkə də oynayır, bəlkə də sınaq keçirir. Amma bizi, insanları, onun vecinə deyil. Bu, ən ağır həqiqətdir: Kainatda elə bir ağıl ola bilər ki, biz onun üçün maraqlı deyilik.
Lem, sadəcə, qorxulu hekayə danışmır. O, bütün elmi fantastika janrının əsas problemindən danışır: biz hər şeyi özümüzə bənzədirik. Yadplanetli axtarırıq? Onun da iki gözü, bir burnu olsun istəyirik. Onunla danışaq, əl sıxaq, bəlkə də vuruşaq. Amma “Solaris”dəki okean nə danışır, nə də əl sıxır. O, sadəcə