Yenə də təəccüb edirəm ki, heç nəyə qadir olmayan, aciz, gərəksiz bir şeyə niyə təmtəraqlı qəlb, ruh, hiss, əzab adı qoyuruq. Əgər bütün bunlar iztirablar çəkmiş bədəni, işgəncə verilmiş cismi məhv edə bilməyəcəksə, əgər elə dəhşətlər görəndən sonra ildırım vurmuş ağac kimi qopub yerə gömülmək əvəzinə hələ nəfəs alıb yaşayacaqdırsa, bunu necə hiss etmək olar.
– İnsanları düşündür, ağıllarını işlətməyə vadar et. Öz kəllələrinə olan etimadı, güvəni geri qaytar.– Bunu necə edəsən axı?Ovcunu sinəmə qoyub dedi:–Sönmüş kəlləni qəlb hərəkətə gətirə bilər. Onların hisslərini oyat, ağlat onları, ağrını dadsınlar
QAYIT
Həsrətin araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun.
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun!
Ümidlər, arzular pəran-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halımı soruş, könlümü dindir;
Axşamlar yadıma düşür səhərim.
Qayıt, mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm elə,
Düz öz qaydasınca küçələri sən.
Qayıt, yerinə qoy Ayı, Günəşi,
Yenə olduğutək görüm həyatı
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, sahmana sal bu kainatı!