Puan vermedi·96 syf.··
2025 15. kitabı
·
3 saatte okudu
·
Okunma: 28 Eylül 2025 09:19
Kaş, hamı İskəndər kimi kefli olaydı.......ayıq gəzib kefli düşünməyəydi..... . Cəlil Məmmədquluzadənin Ölülər əsərinin qəhrəmanı; kefli olan ,lakin ayıq gəzən , hər kəs tərəfindən araq butulkası ilə olan "dostluğuna "görə xor görülən bir obraz idi , İskəndər. . Niyə içməsin ki! . Ölü dirildirəm deyib insanları dolayan Şeyx Nəsrullahın hər gecə 9 yaşlı uşaqlarla gördüyü "savab" işlərin ağırlığına, "Hacı, Kerbalayı ,şeyx" ləqəblərini götürən, dini inancları yüksək olub, lakin dinlə əlaqəsi olmayan cəhalət yığınının din adı altında etdikləri ağılsızlıqlara necə ayıq olub dözə bilərdi ?! . Tez oxuyub bitirmək istədim.. Uşaqikən ədəbiyyat dərsində rast gəldiyim bu əsəri bugün birdən oxumaq qərarına gəldim. Təhlilə tələsirdim..... Yaxşı ki , indi ,həyatı dərk etdiyim vaxtda oxudum... . Oxuyub "havalandığım" bəzi məqamlar var ki, İskəndərin o həyatın içində olub ayıq qalması lap absurd olardı... . Təhlilim bu qədər. Oxuyacaq olanlara xoş mütaliələr....
Edebiyat
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 01,271 okunma
İnsan Neyle Yaşar?
Puan vermedi·86 syf.··
2025 10. kitabı
·
2 saatte okudu
·
Okunma: 09 Temmuz 2025 22:49
İnsan neyle yaşar? By L. N. TOLSTOY. Tolstoyun oxuduğum ilk kitabı idi. İnternetdə çox paylaşılırdı, bir müddətdir də oxumaq istəyirdim. Nəhayət ki əlimdə qalan yeganə kitab bu olduğu üçün oxumağa başladım. İnsan neyle yaşar sualının cavabının sevgi olduğunu bəlkə də içimizdə bir yerdə hamımız bilirik, amma bunu bilmək bəs etmir, hiss etmək də lazımdır deyə düşünürəm bu kitabdan sonra. Kitabda başqa hekayələr də var amma ən sevdiyim elə ilki oldu. Yazar mələyin hər dəfə güldüyünü yazanda sanki mən də onunla eyni anın içində gülürmüşəm kimi hiss edirdim. Tolstoyun kitabda hekayələrini günah-savab əsaslı yazmasını, cəmiyyəti acgözlülükdən, yalnızlıqdan, insanların bir-birinə olan nifrətindən uzaqlaşdırmağa çalışmasını da ayrıca sevdim. Bir sözlə kitabı sadəcə oxumadım, eyni zamanda yaşadım. Mənim üçün 10 ulduzluq kitab idi. Hər kəsə oxumağı tövsiyə edirəm.
İnsan Neyle Yaşar?Lev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 2024234,1bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
7/10
·79 syf.··
Beğendi
·
2024 21. kitabı
Keçmiş Türkiyə və mədəniyyətinə bir pəncərə açan yazıçılardan biridi Yaşar Kemal. Bu kitabı quşları tələ ilə tutub sonra satan uşaqlar haqqındadı. Maraqlısı oduki, oxumağa başlayanda insanların quşları saxlamaq üçün aldığını düşünmüşdüm. Amma əslində insanlar quşları azadlığa buraxmaq üçün alırlarmış və belece savab qazandıqlarını düşünürlər. Kitab isə bu ənənənin necə dəyişdiyini və bir nöqtədən sonra insanların quş almaqdan vaz keçmələrini anlatır. İnsanların baxış bucağının və savadlılıq dərəcəsinin necə dəyişdiyini əsərin gedişatında oxuyuruq.
İnceleme
Kuşlar da GittiYaşar Kemal · Yapı Kredi Yayınları · 202217,9bin okunma
10/10
·280 syf.··
Beğendi
·
2022 8. kitabı
Yəqin ki, bir çoxunuz zaman-zaman düşünmüsünüz, "müsəlman ölkələri niyə inkişaf etməyib, bu ölkələrdə vətəndaş müharibələri baş verir, insanlara qiymət verilmir, qadınların hüquqları qorunmur?" və s. Bu kitab müəyyən qədər bu sualları cavablandırır. Əsərdə ən sevdiyim hissə müsəlmanların uğurlarının sadalanması idi. VII əsrdə yaranan İslam dini üçün ilk öncə tövhid (Allahın təkliyi), sonra ədalət əsas idi. İslam təkcə ibadət dini olmayıb, o, ədalətli cəmiyyət və dövlət yaratmaq üçün yol göstətib. Bu dində insanların irqinə, dilinə və s. fərq qoymadan insanların üstünlüyü əməllərinin dəyərilə ölçülür. İslam elə bir cəmiyyət yaratmışdı ki, xristian və yəhudilər də öz ibadətlərini yerinə yetirə bilirdilər. Onlardan yalnız müsəlmanlara əziyyət verənləri, öldürməyə cəhd edənlərilə müharibə edilmişdi. Avropada təriqət müharibələri olduğu bir dövrdə İslam ölkələrində elm və mədəniyyət sahələrində intibah var idi. Bəs necə oldu ki, hər şey tərsinə dəyişdi? Avropa ölkələrindən insanlar Şərqə səfərlər edirdilər. Həm Xaç yürüşləri, həm də bu səfərlər nəticəsində avropalılar müsəlmanlardan çoxlu örnək aldılar. Və bunları öz ölkələrində tətbiq edib müsəlmanların kəşflərini daha da irəli apardılar. Onlar İslamın qadına necə dəyər verdiklərini gördülər. Halbuki, həmin dövrdə qərbdə qadınlar əşya kimi alınıb satılırdı. Qadınların mülkiyyət, seçmə və seçilmə hüququ yox idi. Qərblilər müsəlmanların hətta qullarla belə necə mehriban və mərhəmətli olduğunu görüb heyran qalmışdılar. Bayaq da qeyd etmişdim ki, Avropada qanlı təriqət savaşları baş vermişdi. Kilsə inkvizisiya məhkəmələri keçirir, isanlara ağır cəzalar verir, tonqalda yandırırdı. Xristianlığın təhrif olunması, kilsənin insanlara etdiyi zülmlər Avropanın dünyəviləşməsinə səbəb oldu. Kilsədən, dindən uzaqlaşan qərb etdiyi
Müsəlmanlar Nədə Səhvə Yol Verdi?Bernard Lewis · Teaspress Nəşriyyatı · 20202,208 okunma
10/10
·512 syf.··
Beğendi
·
2019 13. kitabı
·
1 saatte okudu
·
Okunma: 17 Ekim 2019 00:00
Əsər XV əsrdə Parisdə keçirilən Təlxəklər bayramının təsvirilə başlayır. Əsərdə Esmeralda, Kvazimodo, Klod Frollonun obrazları təsvir edilir və onların simasında həmin dövrün insanları, mühiti də diqqətə çatdırılır. Həmçinin, Fransanın, Parisin, Notr-Dam kilsəsinin təsviri o qədər dəqiq ifadə edilir ki, heyran qalmamaq mümkün deyil Mənim əsərdə ən sevdiyim obraz Kvazimodo obrazı idi. İnsanlar onu sırf xarici görkəminə görə özlərindən ayırır, onunla sanki o insan deyil də, əcaib bir məxluqmuş kimi davranırdılar. Bununla da təkcə Kvazimodonun yox, günümüzdə də insanların xarici görünüşünü bəyənmədikləri insanlara qarşı davranış tərzini göz önünə qoyur Hər zaman deyirik, xarici görkəm əsas deyil, önəmli olan qəlbin gözəlliyidi. Bəs görəsən bunu dərk edirik? Məncə, bunu Esmeraldanın hekayəsində, onun Kvazimodonun qəlbinin gözəlliyini, kiçik bir yaxşılığını qiymətləndirməsində görə bilərik Esmeralda qaraçı qızı idi, hansı ki, insanlar arasında alçaldılan bir təbəqədən idi. Amma o, "çirkinliyinə" görə əziyyət edilən Kvazimodoya yardım edən tək insan olmuşdu Bəs Klod Froll kim idi? O, keşiş idi, körpə ikən Kvazimodonu himayəsinə götürmüşdü, amma bu uşaq digərlərindən fərqli idi. Sol gözünün üstündə ziyil var idi, başı çiyinlərinin içinə girmişdi, beli də əyri idi. Buna baxmayaraq ona mərhəmət göstərmək, savab qazanmaq istəyirdi. Froll keşiş olmuşdu və ailə qura bilməzdi. Amma onun Esmeraldaya olan sevgisi onu hansı işlərə vadar edirdi? Ümumiyyətlə, bu əsər müzakirəyə açıqdı, üzərində çox danışıla bilər. Amma əsəri oxumayanları nəzərə alaraq ancaq bu qədər qeyd edə bilirəm Əsər bir neçə dəfə filmə çəkilib. Mən 1956-cı ildə çəkilən filmə baxmışam və çox bəyənmişəm
Edebiyat & Roman
Paris Notr-Dam KilsəsiVictor Hugo · Qanun Nəşriyyatı · 201642,1bin okunma
8/10
·200 syf.··
Beğendi
·
2021 11. kitabı
·
6 günde okudu
·
Okunma: 02 Ağustos 2021 21:19
Qədim Yunan ədəbiyyatının oxuduğum ilk kitabı. Sokratın dahi şəxsiyyət olduğunu hamımız bilirik. Düşüncələri, özünə xas fəlsəfəsi indinin özündə belə öz aktuallığını qoruyur ki, kitabı oxuduqda bunu aydınca görürük. Platonun fəlsəfəsi ilə çox tanış deyiləm, amma yazıçılıq qabiliyyəti dövrünə görə pis deyil. Kitabın özünə gəlsək, kitab Sokratın son günlərində baş verən hadisələri, daha doğrusu, danışıqları əks etdirir. Kitabı oxuduqca baş verən hadisələr çox arxa fonda qalır, Sokrat ətrafında baş verən hadisələrə baxmayaraq, fəlsəfə ilə məşğuldur. Kitab daha çox fəlsəfi traktata bənzəyir. Kitabın dili bir az çətindir (fəlsəfə kitablarını oxumaq heç vaxt asan olmur), Sokratın bir çox danışıqlarına başa düşmək üçün bir neçə dəfə oxumaq lazım gəlir. Düzdür, haradan baxsaq, bu hadisələr gerçəkdir, amma Sokratın hər anını fəlsəfə ilə məşğul olması inandırıcı gəlmir, yəqin, Platon bu kitabda bacardıqca Sokratın fikirlərini əks etdirib. Təbii ki, bu kitabı Sokrat yazmayıb, ona görə bu fikirlərin kimə aid olduğunu tam deyə bilmərik. Bir çox kitablarda yazıçı əsərinə fikri gizlədir, onu bizim tapmağımızı istəyir. Amma bu kitabda Sokrat hər fikrini izah edir, buna görə də həyat haqqında dünyagörüşümüz xeyli artır. Mütləq oxunulmalı əsərlərdən biridir, fəlsəfə və qeyri-bədii ədəbiyyata giriş üçün mükəmməl əsərdir. (7 verməyimin səbəbi kitabın həddən artıq çətin yazılması idi, tərcümədə qəliz fikirlər cümlənin azca açılması ilə sadələşdirilə bilərdi.) Bir az spoilerli hissə Əsər Sokratla Evtifronun məhkəmədən əvvəlki görüşü ilə başlayır. Burada Sokrat Evtifronun məhkəməyə gəliş səbəbini öyrəndikdən sonra onunla birlikdə möminlik, insan-tanrı əlaqəsi haqqında öz fikirlərini söyləyir. Əsər eradan əvvəl yazılsa da, insan-tanrı arasındakı əlaqə indiki dövrümüzlə çox əlaqədardır.
Felsefe
Sokratın ApologiyasıPlaton (Eflatun) · Qanun Nəşriyyatı · 201764,7bin okunma