Mən öz məzhəbini isbat etmək üçün göstərilən elmi fəaliyyəti rədd etmirəm, həm şiə, həm sünni, həm də hər hansı bir firqə,əqidə və təriqətə etiqadlı şəxsin öz yolunu isbat etməyə haqqı çatır. Bu başqa şeydir, biz onu rədd etmirik. Bizim rədd etdiyimiz ziddiyyət, qarşıdurma, təhqir və qarşı tərəfin inkarına çalışmaqdır. Bu, düzgün deyil.