"Əqrəb A nöqtəsində hərəkətə başlayandan 20 dəqiqə sonra B nöqtəsinə , oradan 20 dəqiqə sonra C nöqtəsinə çatır. Beləliklə, başlanğıc A nöqtəsinə çatmaq üçün 60 dəqiqə lazım gəlir. İndi əqrəbin sürətinin artdığını fərz edək. Bu dəfə bir dövrəni 60 dəqiqəyə yox, 6 dəqiqəyə tamamlayır. Sürəti daha da artarsa, məsələn , tüfəngdən atılan bir güllənin sürətinə çatarsa, eyni anda həm A , həm B , həm də C - də olduğunu zənn edərik. Bəzi əsgərlər nişan alıb güllə atanda düşmənlərinin tətiyi çəkən kimi öldüyünü düşünürlər. Halbuki tətiyi çəkməklə güllənin bədənə saplanması eyni vaxtda baş vermir. Çünki gül lə sonsuz sürətlə hərəkət etmir. Gəl təsəvvür edək ki , saatın əqrəbi sonsuz sürətə çatır. Aristatalisin dediyi kimi, bu sürətlə gedən bir cisim istənilən məsafəni sıfı ra bərabər vaxtda qət edir. Əqrəbin A - dan B - yə, B - dən C - yə və yenidən A - ya qayıtması sıfır vaxt tələb edir. Bu da qorxunc bir nəticə doğurur : Əqrəb sonsuz sürətə çatarsa, eyni anda həm A , həm B , həm də C - də olacaq. Bir az əvvəl verdiyim ilk misala qayıtsaq, Ayasofyadan yola çıxan adam sonsuz sürətlə hərəkət etsəydi , eyni anda həm Ayasofya, həm də Topkapıda olardı. Yenə də saat nümunəsi ilə davam edək. Qırmızı bir şeyin yaşıl olması və ya Ayasofyada olan birinin indi Topkapıda olması kimi , hərəkəti “ hər hansı bir vəziy yətdə dəyişiklik " olaraq təyin etsək , daha dəhşətli nə ticələr əldə edə bilərik . Əqrəbi sonsuz sürətlə hərəkət edən saatın "vəziyyətində bir dəyişiklik olub olmadığını" yoxlayaq . Hərəkət edir , ya yox ? Əqrəb az əvvəl A - da idi , amma yenə A - dadır, az əvvəl B - də idi , yenə B - dədir, C - də də həmçinin. Demək , saatın vəziyyətində heç bir dəyişiklik yoxdur . Yaxşı, bir şeyin vəziyyəti, yeri dəyişmirsə, onun hərəkət etdiyini söyləmək olar ? Yox ! Belə çıxır ki, saat