Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Səssizlik
Gecənin sükutu bizə ölümümüzün,ən pisi isə yaxınlarımızın,sevdiklərimizin ölümünün qaçılmaz olduğunu xatırladır
Sayfa 242
"Görməzdən gəlin,Səs etməyin,Cavab verməyin... Səssizlik hər kəsi məhv edər" Charles Darwin
Reklam
Demək istədiyim bütün sözləri səssizliyin qəlbində saxlayıram. Çünki səssizlik sirrlərimizi sevgiylə, həvəslə və inancla gizlər. -Xəlil Cibran
Yeni il
...Budur! Daha bir soyuq bayram axşamı! Sən yoxsan deyə hər şey elə mənasız, elə cansıxıcı gəlir ki! İndi yolkaların həmin gur, parlaq işıqları da öləziyib, hədiyyə qutularının gözoxşayan rəngləri ürəkbulandıran cızma-qaraya çevrilib. Hər tərəfdən ətrafa yayılan kədərin kəsif qoxusu duyulur. Nə bayram nidaları eşidilir, nə də atəşfəşanlıq səsləri qulaq batırır. Yer üzü bu bayram günü yenə də sükuta qərq olub. Ətrafdakı naməlum səssizlik ruhumu incidir, nəfəs kəsən şaxta bədənimi titrədir. . Təəccüblüdür, bayram mənə ölümü xatırladır. Səsinə, nəfəsinə elə ehtiyacım var ki! Yavaş-yavaş gözlərim qaralır, sənə doğru gəlmək istəyirəm. Bir vaxtlar səninlə birlikdə dayandığım bu yolka ağacının altında indi tənha olduğum üçün qəhər məni boğur. Tanrıdan yalnız bir şey diləyirəm. Ölmək, ən qısa zamanda sənin yanına gəlmək istəyirəm...
Alıntılar
- Anladığım qədər, bu adam müqəddəs bir zat imiş, - dedi. - Daha nadir rast gəlinən bir şey, - dedi doktor Urbino, - Tanrıtanımaz müqəddəs bir zat. Amma bu, Tanrının işidir. s.12 ...başqalarının can dərdinə dözmək özününkünə nisbətən daha asan olurdu. s.15 "Cərrah bıçağı - təbabətin uğursuzluğuna güclü dəlildir", deyirdi. Dar bir
375 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
"Adamlar bu gün ayaqqabısını təmizlətdirdikləri birisinə ertəsi gün bacı deyə bilmirlər." Bir cümlə bu qədər haqlı olmamalıydı. Bir dostluq bu qədər səmimi və məsum ola bilərmi? Biz bəlkə də 'yox' cavabını veririk bu sualan. Amma yazar kitabında bu sualın cavabını 'ola bilər' olaraq vermişdir. Dostluğun ən sadiq, ən məsum halı Həsən obrazında təsəvvür edilmişdir. Kaş heç bu qədər məsum olmasaydı. Oxuduqlarımdan sonra bunu o qədər ürəkdən istəyirəmki. Kaş onu incidənin cəzasını versəydi, dostunun onun kimi olmadığını anlasaydı və bu qədər sadiq olmasaydı. Bəs Əmir sonda özünü rahat hiss edə bildimi? Həsənə olanlara göz yumdu, bəs Söhraba? Sözlərim, bu cümlələr kitabı anlatmaq üçün əslində çox sadədir, yazılanların hiss etdirdikləri daha ağır, daha çətindir. Əslində diqqət etsək kitab ümumi mənada səssizlik üstünə qurulub sanki. Olanlara qarşı hər kəsin səssiz qalması... Əmir və Həsən, Söhrab, Baba, Əli.. "Əfqanıstanda uşaq çoxdu, uşaqlıq yoxdu.." ~ ağır bir həqiqət.
Uçurtma Avcısı
Uçurtma AvcısıKhaled Hosseini · Everest Yayınları · 2021164,5bin okunma
Reklam
Çox səs var
Biraz səssizliyə ehtiyac var. Əbədi sonsuz səssizlik..
Göy gurultusu kimi olur bəzən səssizlik. Ortada gözlə görünən bir şey yoxdur,ancaq yer göy silkələnir sanki. Gözün dikilən yerlər də sənə ilk gördüyün yermiş kimi gəlir. Hərdən özünü yuxuda hiss edirsən. Ya da bir anlıq özünü hansısa vaqonda görüb,həyata elə burdan başlamısanmış kimi düşünürsən. Heç kimin üzü tanış deyil,heç kimi tanımırsan. Ürkək bir titrəyişlə qısılırsan bir küncə. Hərkəs sənə fərqli gəlir,ya da tam əksinə,adi. Ya hamını bir baxışla tanıyırmış kimi olursan,ya da heç kimi tanıya bilmirsən. Hərkəsin içində ayrı bir dünya kimi qalırsan. Hədiyyə qutuları ilə dolu bir mağazada,boş bir qutu kimi hiss edirsən. Heç kimin almayacağı. Səssizlik çox qorxuludur,nə kimisə çağırır,nə də kimsə eşidir. O çağırmır,ama siz də eşitmirsiz. Bəzən çətin gəlir oxuduğun hər sözü anlamaq,ya fikrin başqa yerdə olur,ya da həmin sözlər sənə mənalı olduğu üçün dərk etmək çətin olduqca mənasız gəlir hərdən. Tək qalmaq - dörd divar arasında özünlə baş başa qalmaq deyil təkcə. Hərdən 10 nəfər insanın içində də tək qalırsan. Heç kim səni düşünmürsə,sən yalnızsan. Və bu halda belə sən özünü bir kənara qoyub,başqa birini düşünürsənsə,sən bədbəxtsən.
Biriləri gəlir, biriləri gedir. Təqvimdən səhifələr əksilir, təqvimdəki səhifələr yıxılır.. Günlər, həftələr, aylar hətta illər dəyişir. Yavaş yavaş köhnəlirik bir-bir. Bizlərdə dəyişirik. Artıq əvvəlki xoşbəxtliyimiz yoxdur. O çox istədiyimiz böyümək halhazırda kabus kimi gəlir. Böyüdük nə oldu ? Kədərlər çoxaldı . Uşaq ikən " ölüncə cənnətə gedərik " deyə düşünərdik..Nə zaman böyüdük biz? Hansı ara yollarımız ayrıldı. Nə oldu uşaqlığımıza? Kimdir qatili? Mən mi ya da biriləri mi ? Zaman keçir.. Zaman keçdi. Biriləri keçdi getdi burdan. " Ona birşey olarsa nə edərəm? " deyə düşündüyümüz hər insanın cənazəsini çiyinlərimizdə daşıdıq,içimizdə öldürüb dəfn etdik. Və o an zaman dayandı. Baxın . istədiyimiz şey oldu. Biz böyüdük.. Artıq uşaq parkları bizə cəzb edici gəlmir. Göz gözə gəldiyimizdə kədərlə qaçırırıq gözlərimizi. Varlığına tutunduğumuz,çiynimizi söykədiyimiz ağac yıxıldı. Nə də ulu idi o ağac..Yellənçək qurub yellənərdik. Nə günlərdi o günlər. Hamımızın ağlında " Kaşki o günlərdə qalsaydıq" cümləsi vardı.Gözlərimiz sözlərimiz kimi deyildi. Gerçəklər baxdıqca görünürdü. Göz görməsəydi belə yağış kimi yağardı hərşeyi ələ verərdi. Əvvəllər dilək diləyib ümidlər bağladığımız ulduzlar biz böyüdükcə anlamını itirdi. Nələrəsə bənzətdiyimiz buludlar bir anlam daşımır artıq. Radyoda çalmır artıq uşaqlığımızın mahnısı. Səssizlik var.. Qocaman bir səssizlik..

158 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.