7/10
·142 syf.··
2026 118. kitabı
Edqar Allan Poe əslində bizə dedektiv hekayəsinin necə yazılmasının dərsini verib, amma bunu o qədər ağıllı edib ki, biz hələ də onun tələsi içindəyik. Nədən danışıram? Gəlin başdan. Paris, səhər tezdən anasını öldürmüş kimi qışqırıqlar... İki qadın parçalanmış vəziyyətdə tapılır. Otaq bağlıdır, şübhəli yoxdur, heç bir məntiqi izahat uyğun gəlmir. Polis çaş-baş qalıb. Və sonra səhnəyə Dupin çıxır – yorğanının altında oturan, gecələr düşünən, başqalarının qaçırdığı təfərrüatları görən bu qəribə adam. Mənim baxış bucağımdan bu hekayə üç şeyi mükəmməl göstərir: Birincisi, deduksiya bir idman növüdür. Poe Dupin vasitəsilə deyir ki, ağıllı olmaq kifayət deyil – sən rəqibinin (yaxud cinayətkarın) fikirləşdiyi kimi fikirləşməyi bacarmalısan. Məhz buna görə Dupin polis prefektini “dar düşüncəli” adlandırır. Prefekt o qədər “qapalı otaq” stereotipinə öyrəşib ki, ağlına da gətirmir – bəlkə cinayətkar otağa heç girməyib? Bəlkə o, divar, pəncərə, qapı kimi anlayışları alt-üst edən bir varlıqdır? İkincisi, həll yolu demək olar ki, komikdir – oranqutan. Bəli, meymun. İlk oxuyanda mən də düşündüm: “Nə? Bütün bu atmosfer, bu qan, bu qorxu – bir heyvan üzündən?” Amma Poenun dəhşəti məhz burdadır: insan ağlı ən qeyri-insani şiddəti belə izah etməyə çalışanda, bəzən ən sadə, ən heyvani həqiqəti görmür. Qatil meymun olduğu üçün hekayə zəifləmir, əksinə, güclənir – çünki Poe bizə göstərir ki, cinayət o qədər dərin sirr deyil, sadəcə biz mürəkkəb düşünməyə öyrəşmişik. Üçüncüsü, məncə hekayənin əsl qəhrəmanı Dupin deyil, oxucudur. Poe bizi hər addımda yanıldır. Biz də polis kimi düşünürük: “Bunu ancaq dəli edə bilər”, “Bunu ancaq qaçaq məhbus edə bilər”. Dupin isə sakitcə jurnalda bir sətri oxuyur – “çox qəribə səs, qətiyyən insan səsi deyil” – və bunu təhlil edir. Məni ən çox heyran
Polisiye
Morgue Sokağı CinayetiEdgar Allan Poe · Notos Kitap · 201919,3bin okunma
10/10
·355 syf.··
Beğendi
·
2026 11. kitabı
·
18 günde okudu
·
Okunma: 15 Mayıs 2026 11:50
Uzun zaman sonra bu qədər maraqlı bir kitab oxudum. Hər sətri həqiqətlərlə dolu mükəmməl bir əsər. Onsuz da bir Məhəmməd Əmin aşiqi idim,indi bu kutabla daha da dərinləşdi bu sevgi.Bəndər Daravi,Xəzəl ,Yaqub Arazların var olduğunu bilmək..
Kaş ki Gülən Ölüm OlsaQüdrət Kərim Sabit · Apostrof-a Nəşriyyatı · 202421 okunma
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Puan vermedi·472 syf.··
2026 3. kitabı
·
6 günde okudu
·
Okunma: 24 Şubat 2026 09:31
Ümidin Son Dayanacağı. John Steinbeck "Qəzəb salxımları" Bol təsvirlər ilə dolu bir kitabdır. Steinbeckin yaradıcılığı daima diqqətimi çəkir. Romanlarını oxuyarkən, sanki o talelərin hər birinin dərin hüznünü yaşayır "İnsan". Niyə dırnaq içərisində çünki bu romanda məhz "İnsan"dan, "İnsan" olmaqdan bəhs edir. Təbii bunu nə qədər bacara biliriksə... Steinbeck, əsərində kapitalizmin kölgəsində məhv olan insan talelərini təsvir edib. Öz doğma torpaqlarından məcburən getməyə məhkum olan insanlar, sadəcə bir ümidlə yola çıxır, ümid olmadanda yaşaya bilməzsən, amma ümid hər zaman yaşatmağa yetir mi...?! Joad ailəsinin yolu yalnız fiziki bir köç deyil, eyni zamanda insan ləyaqətinin, səbrin və birlik duyğusunun imtahanıdır. Əsərdə mənə təsir edən məqamlardan biri insanın insana sığınması oldu, bəzən son dayanacaq bir yer deyil, son dayanacaq bir-birinə tutunan insanlardır. Əsərdəki "Ana" obrazına heyran qaldım. Bir qadın ancaq bu qədər güclü olub, ailəsini bacardıqca bir arada tuta bilərdi. Qadınların yaşadığı yorğunluğu, istirabı ustalıqla təsvir edib Steinbeck. Maya Angelou demişkən: “Hər dəfə yıxıldıqdan sonra qalxmaq qadının əsl gücüdür.” Əsərin hər sətri, insan olmağın ağırlığını hiss etdirir. Nə acıdır deyilmi, şüurlu sandığımız insanların qurduğu sistemin ağrısını uşaqların çəkməyi...?! Böyüklər yaşamaq üçün mübarizə apararkən, uşaqlar sadəcə yaşamağın özünü, mahiyyətini itirirlər. Onların uşaqlığı yol kənarlarında, tozlu düşərgələrdə, ac gecələrdə əriyir. Uşaqların gözündə sönən işıq, bir uşağın ölü doğulması bütün bir dünyanın vicdanının sönməsidir. Kitab 1939-cu ildə yazılsa belə, çağdaş dövrümüzü də əhatə edir. Uşağı ilə vaxt keçirib, böyüməsini izləyən neçə ailə var etrafınızda...?! Bir parça çörək üçün səhərdən-axşama kimi çalışan, yoxsulluq içində çabalayan nə
Qəzəb SalxımlarıJohn Steinbeck · Qanun Nəşriyyatı · 201745,6bin okunma
Puan vermedi·240 syf.··
2025 146. kitabı
Sizlərə bir romandan bəhs edəcəyəm. Həmin o əsəri oxuyanda qayıdacaqsınız 2020-ci il 44 günlük müharibə dövrünə. Romandakı hər sətri oxuduqca, sanki o günlər yenidən gözünüzün qabağına gələcək. O vaxt yaşadığınız hissləri yenidən yaşayacaqsınız. Bəli, bu roman “Azadlıq yollarında” romanıdır. Rəna Təbəssümün “Azadlıq yollarında” kitabı sadəcə oxunacaq bir əsər deyil, həm də yaşanacaq bir duyğudur. Kitabda xalqın azadlıq mübarizəsi, insanın öz daxili azadlıq axtarışları qələmə alınıb. Sətirlər arasında həm qəhrəmanlıq, həm vətən sevgisi, həm də şəhidlərin müqəddəs xatirəsi yaşayır. Rəna Təbəssüm obrazların dili ilə bizlərə ümid, inam, vətənə sevgi, azadlıq uğrunda mübarizə kimi hissləri aşılayır. Bizə göstərir ki, vətənin azadlığını qorumaq hər bir nəsil üçün müqəddəs borcdur. Əsəri oxuyarkən bir tərəfdən o günlərin hiss-həyəcanını, ağrı-acısını, digər tərəfdən də gələcəyə inamla baxmağı öyrənirsən. Və ən əsası da şəhidlərimiz azadlıq yolunda necə canından keçdiyini bir daha dərin hisslərlə anlayırsan.
Edebiyat
Azadlıq YollarındaRəna Təbəssüm · Azəri Poliqrafiya · 20251 okunma
Puan vermedi·250 syf.··
2025 50. kitabı
Kitabı oxumaq,sanki hər sətri içimə işləyən,ruhumun gizli yerlərinə toxunan bir yolçuluq idi.İlk səhifədən etibarən elə bir aləmə çəkdi ki, geriyə dönüşü olmayan bir hiss selinə düşdüm.Obrazların hər biri o qədər canlı,o qədər gerçək idi ki, onların sevinci ilə sevindim,kədəri ilə kədərləndim,sükutu ilə susdum.Yazıçının qələmindən çıxan hər cümlə içimdə başqa bir duyğunu oyatdı — bəzən unudulmuş xatirələri,bəzən isə heç yaşamadığım amma tanış gələn hisləri.. Son səhifələri oxuyarkən göz yaşlarımı saxlaya bilmədim.Hekayənin təsiri uzun müddət ürəyimdə qalacaq. Xoş mütaliələr♡
Aciz Qalan UlduzlarMəsudə Cabbar · 2015350 okunma
Heç bir sətri xətləmədim, çünki çox möhtəşəm idi...
10/10
·96 syf.··
2025 14. kitabı
Bismillah Deməəək... Tanrını Axtaran Qız Aminə Sədr Hər şeydən əvvəl, BU KİTABIN ÜZ QABIĞINI KİM DİZAYN EDİB? Dizayner elə bil camaatda necə maraq OYATMAYA bilərəm deyə düşünüb və bu qapağı düzəldib. Düzdü,mən Aminə Sədr haqda azdan çoxdan məlumatlı idim və bu kitabın məğzini mənə izah etmişdilər deyə dizayndan bağımsız mənə maraqlı gəlirdi. Ancaq həqiqətən parlaq imzalar kimi kitablarının üz qabıqlarına heyran olduğum bir nəşriyyat niyə belə bir qapaq dizayn edir axı?! Nəysə!Keçək mövzuya. Kitabın mövzusu: Yolunu itirmiş bir gənc qızla, imanlı, Londonda təhsil alan bir oğlanın öz nişanlısı ilə yazışması üzərinə qurulmuş roman. Əslində isə oğlan nişanlısı ilə yox, nişanlısının bacısı ilə məktublaşırmış. Hadisə Rihab, Mustafa və Həsənat üçlüsü arasında baş verir. Qətiyyən roman demək olmaz,romandan daha artıqdır. Kitaba əlavə nəsə yazmağa ehtiyac yoxdur. Bir onu deyə bilərəm ki,Aminə Sədr güclü romançı deyil,heç elə bir qayəsi də yoxdur. O öz dərin fikirlərini Roman adı altında insanlara çatdırmaq istəyir və bu fikirləri Roman sadəliyində yazıb izah edir. Ümumiyyətlə, digər kitabını oxuyanlar da görəcək ki, Aminə Sədrin kitabları "insanların maraqlarına xitab edən romanla onları dinə cəlb etmək" başlığı altında elmi və fəlsəfi fikirləri insan övladına aşılayır. Fikirlərin dərinliyini və dəyərini belə izah edim: Kitab başlayan kimi bir iki sözü fosforlayandan sonra gördüm ki,fosforlamaq istəsəm,gərək kitabda ağ yer qalmasın. Ona görə bu qədər zəngin kitabı oxuduğumu yalnız ilk başdakı qeydlərimdən hiss olunacaq qədər təmiz saxladım. Heç bir sətrin xətrinə dəymək istəmədim ʕ•ᴥ•ʔ The book is life... Nəzirə Həsənzadə Kirazçiçeğimm
İnceleme
Tanrını Axtaran QızAminə Sədr · Parlaq İmzalar Nəşriyyatı · 2018146 okunma