Hallo guyss
Motivasiya kitablarını xoşlayıram, çünkü içimdə olan (hər nəyəsə qarşı) həvəsi,istəyi, daha da ümidləndirib mənə yol deməyək, daha çox nəsihət vermiş kimi olur. Bu kitablardan hər bir oxucunun heç olmasa 3 dənə olmalıdır. Kitabın üz qabığını bəyənirəm,(umumiyyətlə aldıqda da,fikir verirəm)
Sem Horn ilk əsəri idi oxudum amma, məndə gözəl və səliqəli duyğular yaratdı,kendisi. Həyatla bağlı, duyğularla bağlı alıntılar var. Gəlin haqqında daha ətraflı danışaq:
Kitabda yaxşı ünsiyyət qurmaq bacarıqları real həyatdan götürülmüş müxtəlif nümunələr əsasında izah edilir. Kitaba bir sözlə "qızılı mədəni" deyək. İrəliyə doğru addımlamaq istəyən insanlar üçün bu möhtəşəm seçimdir.
•Kitabda danışmazdan əvvəl düşünməyə çağırır. •
Müəllif deyir ki, belə etsəniz, həm öz əsəblərinizi, həm də insanlarla yaxşı münasibətlərinizi qoruyarsınız.
• İstənilən vaxtda, istənilən şəxs ilə yola getmək barədə faydalı məlumatlar verir.
• insanın hər iki ayağını yerə möhkəm basmaq üçün bir xeyli alətlər qazandırır.
• Həm yaşlı insanlar, həmdə cavan nəsil bu kitabda yazılanlardan öyrənib konfliktləri əməkdaşlığa çevirə bilərlər.