Onlar deyilmi ki,ömürlərini yarıyuxulu kütbeyinlik içərisində keçirmiş,səbirsizlikdən necə gəldi evlənmiş,gələcəyin xoş təsadüflərinə arxalanaraq dünyaya uşaq gətirmişlər?
Nə vaxta qədər ki,bir-birimizi sevirdik,biz hətta yaşadığımız anlardan ən əhəmiyyətsizinin də,kədərimizin ən kiçiyinin də özümüzdən ayrılıb keçmişə çevrilməsinə imkan verməzdik. Qoxuları,səsləri,hər bir günün çalarlarını,hətta dilə gətirilməyən düşüncələri özümüzdə yaşadar,onları canlı saxlayardıq;biz bütün bunlardan indiki zamanda həzz alar və əzab çəkərdik.
Mən öz keçmişimi harada qoruyub saxlaya bilərdim? Keçmişi cibinə qoya bilməzsən,onu saxlamaq üçün evin olmalıdır. Mənim isə yalnız bədənim var, yalqız bədənindən başqa bir məskəni olmayan insan öz xatirələrini tutub saxlaya bilməz, onlar onun bədənini vurub keçərək çıxıb gedirlər. Şikayət etmək haqqım yoxdur:mən yalnız azad olmağı istəmişdim.
Bunların hamısına səssizcə dözsəm də,ancaq ruhumda gizli saxlamağa məcbur qaldığım sirləri üzə çıxarsaydım,mənə tənə edənlər dəhşət burulğanına düşüb səslərini belə çıxarmazdılar.