Bədən bir dəfə canlandımı,öz-özünə yaşamaqda davam edir. Ancaq düşüncə belə deyil,onun inkişafı və davam etməsi məndən asılıdır.Əgər düşüncələrimi dayandıra bilsəydim! Bunun üçün çalışıram.Yalnız düşünməmək...Düşünmək istəmirəm...Mən düşünmək istəmədiyim barədə düşünürəm.Ancaq bunun özü də düşünməyə gətirib çıxarır.Doğrudanmı,bunun heç vaxt sonu olmayacaq?