Salam Qadirzade

46 Bənövşə yazarı
Yazar
8.3/10
404 Kişi
1.370
Okunma
74
Beğeni
5,7bin
Görüntülenme

Salam Qadirzade Yorumları ve İncelemeleri

Salam Qadirzade yorumları ve incelemelerini, Salam Qadirzade kitabı hakkındaki okur görüşlerini , Salam Qadirzade puanlarını 1000Kitap'ta bulabilirsiniz.
208 syf.
7/10 puan verdi
·
11 günde okudu
Əsər müəllifin qələmindən oxudum ilk əsər olmasa da daha çox diqqətimi çəkən əsər oldu.    •Həyatımızda da qarşımıza müxtəlif xarakterli,ən pis halda da xaraktersiz insanlar çıxır, fikrimcə,bu qaçılmazdır.Nə istədiklərini bilməyən,arzu və məqsədləri olmayan,dünyaya isə dünya gözüylə deyil sadəcə öz kiçik pəncərəsiylə baxan insanlar...Bu dünyada qonaq olduğunu unudan insanlar..Yalnız yeyib-talayıb,gəzib- dolaşmaq üçün Bura gələnlər...   • Əsas obraz,özünün kirli keçmişi ilə,kirli də gələcək quran Yeganə kimi...Qaraçı qız olmaqla başlayan uşaqlığı ilə həyatın ən çirkli quyularına bilərəkdən bəlkə də məcburən düşdü.Yalanları ilə hər kəsin gözünü boyuyaraq təkcə teatrda yox həyatda da rola girdi.Mehriban və igid ,bununla yanaşı bir o qədər də saf olan Əkrəmlə tanış olur və hər şey bundan sonra başlayır.Əkrəm 4 il müharibədəykən Yeganənin həyatı necə keçir?!.Əkrəmin müharibədən gəlməsiylə hər şey dəyişir.Artıq geridə onun üzünə xoş davranan Yeganə yox idi.Çətin də olsa eşitdiklərinə inanaraq bir müddətdən sonra öz doğru qərarını verir. Sonda Yeganə öz cəzasını alır...Mənəvi Əkrəmin hisslərini,fiziki olaraq isə Günəşin körpəsini öldürərək qatil olur... Hələlik bircə ulduz kəşf eləmişəm. Onu da göydə yox, yerdə. Bəzən nəciblər, xeyirxah niyyətlərlə yaşayanlar vaxtından tez ölür, xəbislər, bədxahlar isə elə hey ömür sürürlər.” İnsanın gözləri qəlbinin tərcümanıdır Neyləyim ki, mən bədbəxtəm! Könlüm arzular qəbiristanıdır..
Kəndimizdə Bir Gözəl Var
Kəndimizdə Bir Gözəl VarSalam Qadirzade · XAN · 2015228 okunma
140 syf.
6/10 puan verdi
·
32 saatte okudu
Əsər haqqında uzun-uzadı yazmaq istəmirəm. Mənə görə sadəcə vaxt itkisidir. Düzü, əsərin ilk səhifələrini oxuduqca kitabı sevəcəyimi düşünmüşdüm, lakin daha sonra hadisələrin primitiv şəkildə irəliləməsi ürəyimi sıxmağa başladı. Əsərin sonu isə yarımçıq şəkildə qələmə alınmışdı sanki, daha əhatəli şəkildə təsvir edilə bilərdi
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014538 okunma
Reklam
286 syf.
·
Puan vermedi
Salam Qədirzadənin əsərlərinin hər birində qəribə bir duyğu var. Yazarın kitablarını hər oxuduğumda kimsə mənə nağıl danışırmış kimi hiss edirəm, mənə bu nağıllarla həyatın bir çox üzləri ilə tanış etmək istəyir.. Və əsərlərinin hər biri bir birinə oxşayır bu dediyim o qəribə duyğudanmı irəli gəlir ya yox bilmirəm. Ama nə də olsa kitabların oxunulacaq səmimi bir havası var. Kitaba gəlincə o qədər xoş olan sadə dillə yazılıb ki, kitabdan danışmağa qalxsam gərək məndə sizə Qış gecəsini nağıl edim :) Sadəcə bunu qeyd edim ki Ceyran üçün üzüldüyüm qədər Mənsurə üçün sevindim. Adil üçün sevindiyim qədər İsa üçün üzüldüm. Sanki hər şey elə belədə olmalı idi.
Qış Gecəsi
Qış GecəsiSalam Qadirzade · XAN · 2015209 okunma
198 syf.
7/10 puan verdi
·
Beğendi
·
33 saatte okudu
Kəndimizdə Bir Gözəl Var-Salam Qədirzadə
Hər kəsə tövsiyyə edirəm bu kitabı.İlk dəfə Salam Qədirzadənin qələmə aldığı əsərə müraciət etdim və heç peşman olmadım.Oxuduğum çox təsirli əsərlərdən biridir. ️ Hər kəsə xoş mütaliələr arzu edirəm.Fikirlərimi instagram hesabındada daha geniş şəkildə paylaşmışam, linkə keçid edib baxa bilərsiniz instagram.com/p/CdV0WWyKZVs/?...
Kəndimizdə Bir Gözəl Var
Kəndimizdə Bir Gözəl VarSalam Qadirzade · XAN · 2015228 okunma
286 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Əsərin qəhramanları bizdən biridir, bizim kimidilər. Bəzən Adil kimi çox həssas davranıb çox istədiyimiz hər şeydən keçib, sonra peşman oluruq. Bəzən Ceyran kimi unutmaq üçün bir şeylər etsəkdə heç vaxt unutmuruq. Əsər Ceyranın gözləri ilə başlayəb Adilin sözləri ilə bitir; " Görəsən, çağırsam, gələrmi, Ceyran?..." Əsər xoşbəxt sonluqla bitsədə mən bir nisgil duydum.
Qış Gecəsi
Qış GecəsiSalam Qadirzade · XAN · 2015209 okunma
140 syf.
10/10 puan verdi
Hər vaxtınız xeyir olsun dostlar. Bugün qələmiylə ilk dəfə tanış olduğum, lakin Azərbaycan ədəbiyyatında öz sözünü demiş yazarlarımızdan biri olan Salam Qədirzadənin 🌸46 Bənövşə🌸 kitabını oxudum. Kaş ki, daha geniş olsaydı dedim içimdən.Kitab ilk məhəbbətini sonralar təsadüfən tanış olduğu oğlana dəyişərək uğursuz ailə həyatı quran bir qızın həyatından bəhs edir. Həyatda aşağı-yuxarı eyni yoldan keçən insan olaraq əsərin qəhrəmanını hardasa başa düşmək çətin olmadı mənə. Bəzən atdığımız addım səhv də olsa, o yoldan dönmürük. Həyatda etdiyimiz seçimlər bizə zaman zaman dərs olaraq geri qayıdır. Əgər o dərsi ala biləcək beynə və düşüncəyə sahibsənsə. Əsərin digər qəhrəmanı Dərya əslində mentalitetin evlilik problemini ortaya çıxarır. El qınağından çəkindiyi üçün qurduğu ailə ilə bir gənc qızı bədbəxt edir. Eminə gəlincə də mənim fikrimcə o sadəcə gecikmişdi. Məhəbbət isə gecikəni gözləmir. Çalışın gecikməyin. Sonra ömrünüzün sonuna qədər o qatarın arxasınca baxa baxa qalarsız.
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014538 okunma
Reklam
71 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.