Həmişə kənara çəkilib insan axımını müşahidə etmək xoşuma gəlib.Marağlı gəlir ki, bu qədər insan harasa gedir, harasa tələsir.İş arxasıyca gedən kim, həvəs arxasıyca gedən kim.Kimisi gülür, kimisi qaş-qabağlıdır.Bir sözlə hər emosional təzahürü görmək olur.Bəzən düşünürəm ki, bu qədər insan hara getdiyini, nə üçün getdiyini, kim üçün getdiyini,getmək məqsədinin arxasında nə dayandığını bilir mi? Kaş ki, bir ayaq saxlayıb düşünəydi.
Həyəcan siqnalı vermək lazımdır.Çünki, əsrin fəlakəti tuğyan edir.Ruhumuzu "informasiya seli" basıb, boğuluruq. O qədər informasiya qəbul edirik ki, hansının doğru, hansının yanlış, hansının lazımlı, hansının lazımsız olduğunu ayırd edə bilmirik.Nəticədə seldə boğuluruq.....
Hələ bir tərəfdən də başımıza "silahı dirəyiblər" oxu, mütaliə et.Haray edən yoxdur ki, mən seldə boğuluram axı...Guya harayımıza gələn olacaq...Gələn də başımızı suya basacaq.
Ətrafdan da günah görmürəm.
Doğan Cüceloğlu :Cəhənnəmə gedən yol xoş niyyətlə döşənmiş daşlardan ibarətdir.
Sanki axına düşüb gedirik.Elə bil ki,yaşamalı olduğumuz üçün yaşayırıq. Sadəcə lazım olan bir anlıq pauzadır.Axımı dayandırmaqdır...
Sokrates :Sorğulanmamış həyat yaşanmağa dəyməz.
İmdad edək, bəlkə haraya gələn oldu!
"... utanmıyor musun
sadece daha fazla para,
şan ve şöhret
peşinde koşup
anlayış gücüyle, hakikatle ve
ruhun kusursuzlaştırılmasıyla
hiç ilgilenmemekten,
bunlara hiç kafa yormamaktan?"