Kitab haqda danışmadan bir iki mövzuya dəyinmək istəyirəm. Artıq ard arda oxuduğum 4-cü kitabdı qanun nəşriyyatından. Mən də bir kitaba başlayacağım zaman, kitabın arxasındakı yazılardan ön sözə qədər bütün incəlikləri oxuyuram. Və artıq dördüncü dəfədir ki, eyni halı yaşayıram. Əsər başlamadan öncə, bir yazı parçası qoyulur və o yazı parçasındakı 3-4 cümlə əsərin içindəki əsas mövqelərə toxunur, hətta bildiyin sonda nə olacağını da yazır. Kitaba başlamadan öncə kitab tərəfindən spoilerə məruz qalırsan qısacası, bundan böyük dram var? Heç xoş durum deyil mənim üçün və məni narahat etdi. Açıq şəkildə oxucuya qarşı hörmətsizlikdir. Yazılar da elə bil hələ təzə 1k'ya başlamış, 7-8 kitab oxumuş şəxsin həyəcan qataraq yazdığı bayağı incelemeye bənzəyir. Bunu necəsə bildirmək lazımdır ki, düzəlişlər edilsin.
Kitab nəzm şəklində yazılıb. Və bu tərcümə işini daha da çətinləşdirir, çünki təbiilik, qafiyələr və harmoniya pozulur, bunu isə yenidən yaratmaq çox güc işdir, və buna görə qanun nəşriyyata birşey deməyəcəm, yapon kleyi ilə bir formada bir şeylər edib. Və əsas oxunur, anlaşılır.
Bilmirəm e, bu fikirlərdə olmağım normaldı ya yox. Mən ciddən təəccübləndim. Yəni əsrlərlə insanların dilindən düşə bilməyən, daim yaşadılan hekayə bu idi? Sevgini simvolikləşdirən hekayə axı bu ola bilməz. Bu sevginin ucalığı, müqəddəsliyi və saflığı qalsın bir kənara, gəlin biz mənasızlığından danışaq. Həqiqətən şokdayam e, bəlkə yanlış anlayıram nəyisə, teatr tamaşasıdı və zatən belə olmadı? normaldı? Tərcümənin də katkısı az olmadı, sağolsun oxurkən sanırdım ki, uşaq ədəbiyyatıdı. Əgər ciddən bunlar müqəddəs qəbul olunursa, sevginin qəlibləşmiş simvolu qəbul edilirsə insanlar tərəfindən, mən qəti şəkildə bu düşüncələrin normal qəbul edilməsinə belə qarşıyam. Nədir, ilk görüşdə sevirlər