Alibala Abdulxalıqov

Alibala Abdulxalıqov
@Alibalaa
İşıqlı dünyadan, dostdan, aşinadan ayrı düşən şair...
9/10
·174 syf.··
2025 3. kitabı
Dilbər Axundzadənin"Müşfiqli günlər "əsəri Müşfiqin həyatını, yaradıcılığını öyrənmək üçün əvəzsiz bir seçimdir. Ümumiyyətlə məşhur şəxsiyyətlərin həyat yolunu, xatirələrini öyrənmək mənim üçün həmişə maraq oyadıb. Bu əsərlə paralel sovet repressiyaları zamanı qadınların yaşadığı ağır həyatdan bəhs edən Ülviyyə Tahirin "Aljir" əsərini oxumağım dövrün ictimai-siyasi vəziyyəti ilə daha dərindən tanış etməklə yanaşı həm də bu əsəri mütaliə etmək istəyimi artırdı. Bu əsəri fərqli edən cəhət məncə, Dilbərin Müşviqin də şeirlərindən də istifadə edərək sadə, axıcı bədii üslubu oxuculara təqdim etməsidir.İndiyə kimi oxuduğum əsərlərdə Müşviqlə Dilbərin saf sevgi nümunəsinə rast gəlmişdim desəm doğru olmaz yəqin ki. Əsərin əvvəlindən axırına kimi Müşviqin ailəsinə, insanlara qarşı nəcib insaniyyəti onun şəxsiyyət kimi hansı pillədə olduğunu göstərir.Müşviqin dediyi kimi gör həyatda necə daş qəlbli, iyrənc adamlar olub ki belə sənətkarlara böhtan atıb, onun həyatına qıyıblar. Dövrün görkəmli yazıçılarının Müşfiq haqqında xatirələri isə əsərə ayrı gözəlllik qatan məqamlardandır. Dilbər də əsərdə ən az yarı qədər sevdiyi insana sədaqət nümunəsi göstərir. Dilbərin həbsxanada olarkən "Mənə deyirlər dəli olmusan.. Mən yarımın yolunda ölməliyəm. Müşviqim gəlsin, atam gəlsin... Gedin, qapını, döyün, deyin atam gəlib məni aparsın" deyə sayaqlaması nə qədər acı səhnə olsa da, eyni zamanda Dilbərin məhəbbətinin ifadəsi idi. Dilbər Axundzadənin 1988-ci ildə Mikayıl Müşviq haqqında verdiyi müsahibəsində simasında həsrəti, nisgili görmək ürək parçalayan səhnədir. Fikirlərimin sonunu əsərdə mənə xüsusilə təsir edən şeir parçası ilə bitirmək istəyirəm : Sevgilim, həyata məhəbbətlə bax! Bu sulu, torpaqlı dünya gözəldir. Yer gözəl, göy gözəl, təbiət gözəl, Asiman gözəldir, dərya
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019417 okunma
Reklam

Alibala Abdulxalıqov

, bir kitap okudu
9/10
·174 syf.··
2025 3. kitabı
Dilbər Axundzadə
9.3/10 · 417 okunma
Fikir istehsal olunduqca insan ətrafını sorğulamağa başlayır. Ətrafını sorğulayan insan isə diktatura rejimli idarəçilikdə ən qorxulu varlıqdır.Qorxunun zəlil etdiyi kütləni isə hara istəyirsən yönəltmək olur.
Alıntı
Biz çox vaxtı həyatımızı pul qazanmaq üçün sərf edirik, halbuki bizə pul vaxt udmaq üçün lazımdır.
Alıntı
Hələ bir az əvvəl o ölümə heyvani, bir qorxuyla baxırdı, amma indi başa düşdü ki, ondan qorxmaq-həyatdan qorxmaq deməkdir. Ölüm qorxusunu yalnız insanda canlı nə varsa hamısına hüdudsuz bağlılıqla izah etmək olar. Ölüm, yaşadıqları müddətdə susuzluqlarını yatıra bilməyən yolçuları həyatverici içkidən həmişəlik məhrum edir.
Ölüm