Amil

Amil
Bakı, 14 Şubat 2006
75 okur puanı
Kasım 2024 tarihinde katıldı

Amil

, bir kitap okudu
8/10
·517 syf.··
Beğendi
·
8 günde okudu
·
2025 36. kitabı
Jack London
8.9/10 · 135,1bin okunma
Reklam
9/10
·1056 syf.··
Beğendi
·
2025 35. kitabı
·
7 günde okudu
·
Okunma: 09 Temmuz 2025 18:09
Aleksandr Dümanın Qraf Monte Kristo romanı təkcə bir macəra deyil, insanın ədalət axtarışı ilə içindəki intiqam arzusu arasında qalmasının hekayəsidir. Əsərin qəhrəmanı Edmond Dantès gənc, dürüst və parlaq gələcəyi olan bir dənizçidir. Amma yaxınları – paxıl və qorxaq adamlar – ona xəyanət edirlər. Heç bir günahı olmadan həbs edilir və illərlə qaranlıq zindanda qalır. Zindanda tanış olduğu Abbe Faria adlı müdrik bir adam ona həm həyat bilgisi, həm də Monte Kristo adasında gizli xəzinənin sirrini verir. Dantès zindandan qaçır, xəzinəni tapır və özünü Qraf Monte Kristo adı ilə yeni bir kimliyə çevirir. O artıq əvvəlki saf gənc deyil – qəlbi sındırılmış, məqsədi yalnız qisas olan bir insandır. Romanın ən əsas sualı budur: Qisas ədalətdirmi? Dantès düşmənlərinə qarşı planlı şəkildə hərəkət edir və hamısına cəza verir. Amma bu prosesdə özü də dəyişir, sərtləşir, bəzi günahsızlar da əziyyət çəkir. Axırda anlayır ki, insan tanrı ola bilməz, hər şeyi özü həll edə bilməz. Qəzəb insanı yeyir. Qisasdan çox bağışlamağın və davam etməyin lazım olduğunu başa düşür. Əsər yalnız qəhrəmanın keçdiyi yol deyil, həm də oxucunun öz içindəki ədalət hissini sorğulamasıdır. Sevgi, xəyanət, səbir, güc və bağışlama bu romanda bir-birinə qarışır. Mercedes, Abbe Faria, Villefort və digərləri bu yolun fərqli tərəflərini göstərirlər. Ən sonda isə Dantès bu sözləri deyir: “Səbir et və ümid et.” Bu cümlə romanın mesajıdır. Həyatda hər şeyə sahib olmaq mümkün deyil. Amma ümid və səbirlə çox şeyi dəyişmək mümkündür.
Qraf Monte-KristoAlexandre Dumas · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 037,2bin okunma
''En büyük yıldız! Işığınla aydınlattıkların olmasaydı, bahtın nice olurdu?