Uilyam Şekspirin “Romeo və Cülyetta” əsəri təkcə bir sevgi hekayəsi deyil – bu, eyni zamanda nifrətin, cəmiyyətin, ailə təzyiqinin və yanlış anlaşılmaların insan həyatına necə faciəvi təsir etdiyinin canlı sübutudur. Bu əsər bizi sevgi və ölümün sərhədində bir səfərə çıxarır və gənc insanların öz hissləri ilə cəmiyyətin gözləntiləri arasında necə əzildiyini göstərir.
Əsərin baş qəhrəmanları olan Romeo və Cülyetta bir-birini ilk dəfə gördükləri andan etibarən onların sevgisi həqiqi və saf hisslərlə doludur. Bu sevgi nə yalan, nə də hesabla qurulub – tamamilə instinktiv və ürəkdən gəlir. Onlar bir-birlərini tanımadan belə hisslərlə bağlanırlar və bu bağ onları bütün təhlükələrə qarşı durmağa sövq edir. Lakin nə qədər saf və güclü olsa da, bu sevgi düşmənçilik içində böyümüş bir şəhərdə yaşamaq üçün çox kövrəkdir.
Əsərin güclü tərəflərindən biri onun ziddiyyətlər üzərində qurulmasıdır: sevgi və nifrət, həyat və ölüm, ailə borcu və şəxsi azadlıq. Romeo və Cülyetta həm sevgi simvoludurlar, həm də tale qurbanları. Onların faciəsinin əsas səbəbi yalnız düşmənçilik deyil, həm də onları anlayacaq, müdafiə edəcək bir cəmiyyətin olmamasıdır.
Fray Lorenso obrazı, hərçənd niyyətində yaxşıdır, hadisələri düzəltmək əvəzinə daha da mürəkkəbləşdirir. Bu isə bizə göstərir ki, yaxşı niyyətlərlə edilən səhv qərarlar da faciəyə səbəb ola bilər. Eləcə də ailələrin inadkarlığı və keçmişə bağlı düşmənçiliyi iki gəncin ölümünə səbəb olur – bu da əsərin cəmiyyətə ünvanladığı güclü bir tənqiddir.
Əsərin dili çox zəngindir, bəzən poetik, bəzən isə kəskin və realistik olur. Xüsusilə Romeo-nun və Cülyettanın dialoqları insan ruhunun dərinliklərindən gələn təmiz duyğuları ifadə edir. Bu cür hisslər zaman və məkan tanımır – bu səbəbdən də “Romeo və Cülyetta” əsəri əsrlərlə oxunur və
Romeo ve JulietWilliam Shakespeare · Türkiye İş Bankası Kültür Yayınları · 202475,8bin okunma