“Gizlenen, gösterilmeyen, hissettirilmeyen sevginin zerre değeri, kıymeti yok gözümde. Bu duvar da beni çok seviyor olabilir, bilemem...”
| Turgut Uyar
L.Tolstoy "Hərb və sülh" kitabında deyir ki, "Onlar heç özləri də hiss etmədən səbəblərin bir araya gəlməsi qanununa tabe oldular." Bu fikir bir tərəfdən düzgündür, çünki Qurani Kərimdə də deyilir ki,
"Həqiqətən, Allah heç bir bəndə üçün (mövcud) olanı (nemət və firavanlığı, yaxud da bəla və çətinliyi) onlar özlərində olanı (iman və küfrü, yaxud da itaət və fasiqliyi) dəyişdirməyincə dəyişdirmir"
Yəni hadisənin gerçəkləşməsi üçün müəyyən səbəblər lazımdır, həyatımız əməllərimizə tabedir və lakin Tolstoy isə bu fikri fatalist dünyagörüşünə əsasən təbliğ etmişdir deyə əsərdə düzgün yanaşma tərzi deyil.
Fatalizm ideologiyasına görə hər bir hadisənin və insanın hər bir hərəkəti əzəli və qismətdən aslıdır və labüddən həyata keçir. Yəni insan nə edir etsin Allahın onun üçün yazdığı qismətə tabedir və insan bu qisməti heç cür dəyişə bilməz. Hətta Allah özü belə öz əmrinə tabedir.
Bu dünyagörüşünə sahib insanlar bir şeyi nəzərə almır, o da ki, İLAHİ HİKMƏT və İLAHİ ƏDALƏTDİR.
İlahi hikmət dedikdə varlığın qüdrətində olan kamala çatdırılması nəzərdə tutulur. Yaranış daim hərəkətdədir və bu hərəkət yaradılışın kamala çatdırılmasından ötrüdür. Yəni insanlar hadisələr vasitəsi ilə kamala çatır.
İlahi ədalət isə ləyaqət sahiblərinin haqlarının onlara qaytarılması deməkdir.
İslam Dünyagörüşü isə bu qədər kamildir. Və Allahu Təala ədalətlidir və sonsuz qüdrət sahibidir.