Önyargı. Konu sadece görünüş değil fikirler için de önyargılı davranıyoruz....
Öz-özümə dedim: "Eleanor, bəzən sən insanlar haqqında qərar verməyə çox tələsirsən. Avtobusda yanında oturmaq istədiyin adamın sən istədiyin kimi görünməməsinə müxtəlif səbəblər ola bilər, bu mənada 10 saniyə ərzində insanlar haqda düzgün mühakimə yürütmək olmaz. İnsan haqda qərar vermək üçün 10 saniyə kifayət etməz."
Dərk etməyə başlayırdım ki, artıq beynimdən gələn səs məntiqli danışır. Bu vaxtacan mənim öz beynim yox, anamın mənə öyrətdiyi kimi mühakimə edirdim insanları. İndi mən öz fikirlərimə, öz səsimə uyğun qərar verirdim. Belə səslərin, belə fikirlərin çox olmağını istəyirdim. Bu fikirlər mənim özümü rahat hiss etməyimə səbəb olurdu. Bu səslər məni özüm kimi etməyə məcbur edirdi.
(Peki ya biz düşüncelerimizi kimlerden öğrendik?)