Yox, yox, o, mənim işim deyil. O, igid işidir .
Siz tək camaatın da igidi mənim tək olar. Hələ mən heç. İndi görək siz kimsiniz? Mənim adım kefli İsgəndərdi; bə sizin adınızı nə qoyaq? Mən dağları, daşları, quşları, fələkləri, ayları, ulduzları və dünya-aləmləri bura şahid çəkərəm və bu qızları onlara nişan verərəm, şoruşaram ki, bu camaata nə ad qoymaq olar? O vədə hamısı bir səslə cavab verər:
"ÖLÜLƏR"