Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Töhfə Taqieva

Töhfə Taqieva
@Taqizade
Qəlbinizin bir küncünə kitablar yerləşdirin..
367 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Oxuduğum ilk kriminal əsər...
Kitabı oxuyarken insanın bütün bədəni lərzəyə gəlir. Ən təsirli səhnə bir atanın canından çox sevdiyi qızını tüfəngin tiyəsii ilə öldürməyə məcbur qalma çarəsizliyi və bütün bunları gözləri önündə yaşayan ana.
Cəhənnəmdən Gələn Səs
Cəhənnəmdən Gələn SəsElxan Elatlı · Elgün · 2009924 okunma
Reklam
218 syf.
8/10 puan verdi
·
Beğendi
Ah, Nastenka yaktın bizi bu adam güzel bir sonu hak ediyordu..
Sonuncu dəfə bir kitabın sonluğuna üzüldüyüm Ovodda olmuşdu. Bu ikinci oldu. Yorumlarda çoxları yazdı ki, sonu üzəcək amma yenə də bir ümid oxudum. Nastenkanı günümüzdə ki bəzi qadınlara bənzəttim təəssüf ki, qarşısındakının hisslərini önəmsəmədən ümid verən, başqasını sevərkən həm də.
Beyaz Geceler
Beyaz GecelerFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 202074,6bin okunma
256 syf.
8/10 puan verdi
·
Beğendi
·
27 günde okudu
Kitabı bitirən zaman Franz Kafka'nın "Eğer okuduğumuz bir kitap bizi kafamıza vurulan bir darbe gibi sarsmıyorsa, niye okumaya zahmet edelim ki?" sözü gəldi ağlıma. Kitab fərdi inkişaf kitabı deyil. Ancaq içimizdəki şeytanı - ya da mövcud olmayan şeytanı bizə göstərmək baxımından bir çox fərdi inkişaf kitablarından daha təsirli olduğunu deyə bilərəm. Biz yalnız bir roman oxumuruq. Biz özümüzü oxuyuruq bəzən. İçimizdəki şeytanın nə olduğunu öyrənirik əslində... Müəllifin də dediyi kimi, "İçimizde şeytan falan yok. İçimizde acizlik var, tembellik,iradesizlik, bilgisizlik ve bunların hepsinden daha korkunç olan bir şey " hakikatleri görmekten kaçmak" var.
İçimizdeki Şeytan
İçimizdeki ŞeytanSabahattin Ali · Yapı Kredi Yayınları · 2019172,2bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
90 syf.
9/10 puan verdi
·
Beğendi
"Etiraf edim, hələ də ümidli idim..."
Bir nəfəsdə oxuna bilən və çox təsirləndirən kitablardan biri idi. Kədərli, ürəkağrıdıcı, ağlamamaq mümkün deyil. Maraqlıdır, yazıçılar yaşamadıqları hadisələri, hissləri, duyğuları necə möhtəşəm təsvir edə bilirlər? Əsərdə edam məhbusunun son günləri onun öz dilindən təsvir olunur. Kitabda ölüm hökmü ilə bağlı iyrənc faktlar yer alıb. Ən iyrənc fakt odur ki, insanlar bu edamları acgözlük, sevinc və ehtirasla izləyirlər. Edamın ən qorxulu tərəfi edam üsulu deyil, gözləməkdir.. İlahi! insan bu həyata necə də bağlıdır.. Əsərin qəhrəmanı ölümü ağır həyatdan üstün tutsa da, ölümə yaxınlaşdıqca, ağır həyatı arzulayır.. Ağır həyat yaşamağa, bütün ağrılara dözməyə hazırdır, təki yaşasın, günəşi görsün, nəfəs alsın! Kaş ki, ölümdən qaça bilsəydi... Edam təkcə məhbus üçün deyil, ailəsi üçün də dəhşətlidir. Əsərin ən təsirli məqamlarından biri də məhkumun qızı ilə son görüşü idi. Bu görüşün ən qorxulu nüansı atasını tanıya bilməməsi idi.
Bir İdam Mahkûmunun Son Günü
Bir İdam Mahkûmunun Son GünüVictor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 2023121bin okunma
272 syf.
8/10 puan verdi
·
6 günde okudu
Astrologiyaya yeni başlayanlar üçün yaxşı bir başlanğıc ola bilər. Əsas biliklərə sahib olmağa imkan verir. Amma mən astrologiya ilə çoxdan maraqlandığım üçün mənə kitab daha dolğun məlumat vermədi. Qısa izah etməyə çalışıldı.
Astroloji 101
Astroloji 101Kathleen Sears · Say Yayınları · 2017259 okunma
Reklam
200 syf.
10/10 puan verdi
·
Beğendi
.Zeze, Zeze.. Nə yaxşıki səni tanıdım...<3
Kitabı oxumağa başlayanda üzümdə yaranan təbəssüm, sonlara doğru kədərə çevrildi. Kitabdakı hisləri yazmaqla bitirmək olmaz. Oxuduğum ən gözəl əsərlərə biri daha əlavə olundu. "Zeze", heç umutmayacağım obraz!!!
Şəkər Portağalı
Şəkər PortağalıJosé Mauro de Vasconcelos · Qanun Nəşriyyatı · 2022230,9bin okunma
144 syf.
8/10 puan verdi
·
Beğendi
·
23 saatte okudu
Deyə bilərəm ki, kitabı oxuyanda üşüdüm. Oxuduqca hər şey canlanır və sən də istər-istəməz hekayənin bir parçası olduğuna dair düşüncələrə dalırsan. Tolstoyun necə öldüyünü nəzərə alsaq, bu kitab istər-istəməz mənə təsir etdi. Tolstoy bu əsərində təbiətlə insan mübarizəsini arxa plana keçirərək, insan ruhunda acgözlüklə təvazökarlıq, xeyirlə şər arasındakı sonsuz savaşı sarsıdıcı hekayə ilə göstərir. Ustad Vasili Andreyiç öz var-dövlətinə var-dövlət qatmaq istəyən acgöz bir ustadı, Nikita isə onlara deyilənləri etməyə öyrəşmiş, əzilmələrə öyrəşmiş aşağı təbəqəni təmsil edir.
Efendi ile Uşağı
Efendi ile UşağıLev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 20168bin okunma
140 syf.
8/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Qısa roman olsada ağır ola bilər, bilmirəm. Kitabı bitirdimmi, kitab məni bitirdimi, beynimdə hələ də sual işarələri var. Elə əsərlər var ki, çox diqqətlə oxunma prosesindən keçməlidirlər. "Yeraltından qeydlər" məhz bu şəkildə oxunmalı kitabdır. Bu, onsuz da Dostoyevskini oxumaq deməkdir; Dostoyevskinin bizə bəxş etdiyi gözəl psixoloji təhlilləri, personajları beynimizdən keçirərək, düşünərək, sorğu-sual edərək oxumaq demək deyilmi? Bu şəkildə oxunmasa, nəzərdə tutulan mesajın tam başa düşülməyəcəyini düşünürəm. İlk bölmədə mövzudan-mövzuya hoppanıb, sanki oxucunu ələ salırmış kimi zarafatlar etdiyindən mövzular bir az yavaş irəliləyir. Sizə bununla bağlı xəbərdarlıq etmək istəyirəm, təslim olmayın. :) İkinci hissə birinci fəsildən daha axıcıdır və ona görə ki, biz bir az maariflənmişik. İkinci hissədə Dostoyevski bizə “biz” haqqında danışır. İnsanda ən gizli qapılar arxasındakı hisslərin (alçaldılma, kədər, qəzəb, yoxsulluq, səfalət, sevgi, nifrət və bir çox duyğular) və ən alçaq tərəflərin tərcüməçisinə çevrilir. O, “bizi” bizdən çox yaxşı tanıyır, buna deyəcək sözüm yoxdur, ədəbiyyatın psixoloqu ağlımıza gəlməyən hər şeyi bir-bir gözümüzün içinə baxmadan deyir.
Yeraltından Notlar
Yeraltından NotlarFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 2020128,8bin okunma
104 syf.
10/10 puan verdi
·
Beğendi
Rəsmən rus ədəbiyyatma aşiqəm.
3,4 saat kimi qısa müddətdə bitirdiyim bir teatr əsəri. Trofimov mənim sevimli obrazım oldu. O, ömrü boyu tələbə olaraq qalıb və elə də olacaq. Kiminsə onun haqqında nə düşündüyü ona maraqlı deil. Onun üçün önəmli olan öz ideallarına uyğun yaşadığı mənalı və sadə həyatdır.
Vişne Bahçesi
Vişne BahçesiAnton Çehov · Türkiye İş Bankası Kültür Yayınları · 201615,9bin okunma
68 syf.
10/10 puan verdi
·
Beğendi
Çexov cəmiyyətin iç üzünü açaraq absurd və müdhiş bir reallığı - dəlixanadakıların, əslində, ağıllı, cəmiyyətdəki bir çox intelligent insanın isə küt, hissiyyatsız olduğunu - çatdırır.
Altıncı Koğuş
Altıncı KoğuşAnton Çehov · Türkiye İş Bankası Kültür Yayınları · 202270,2bin okunma
Reklam
560 syf.
9/10 puan verdi
·
Beğendi
Gözəl əsər idi. Ravik isə️ unudulmaz obraz.
Ahh Ravik, Ravik! Ravikin keşməkeşli həyatı, həkimlik sənətini rahat icra edə bilməməsi, muhacir həyatının çətinlikləri, muharibənin gətirdiyi təlaş və qorxu. Digər tərəfdən məhəbbətin sevinci və ağrısı bu əsərin ruhunu formalaşdırır. Kitabın aurasından çıxa bilmirəm. Hədsiz dərəcədə eşq yaşadım kitabla. Kitabdan aldığım mənəvi zövg.. Oxuduğum ən gözəl və unudulmaz klassik əsərlərdən birinə çevrildi.
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014439 okunma
1062 syf.
9/10 puan verdi
·
Beğendi
"Bütün mutlu aileler birbirine benzer, her mutsuz aileninse kendine özgü bir mutsuzluğu vardır." Bir Anna Karenina keçdi həyatımdan.. İlk cümlədən son cümləyə qədər mənimlə yaşadı. Gah Anna, gah da Vronski oldum. Amma hər şeydən çox, Levin... Anna Karenina - Sevgi, Ailə, Qısqanclıq, Ölüm, Cəmiyyət, İnsan psixologiyası, İnsan və dinlər mövzusunda bir əsərdir. Onu bir kateqoriyaya sığdırmaq çox çətin olardı. Əsər Anna Karenina adlı qəhrəman üzərində dayansa da, Levin də eynilə ön planda idi. Düşünürəm ki, o, hətta son epizodlarda onu qabaqlamışdı. Onun düşüncələri, dinə baxışı, maddi həyatdan mənəvi həyata keçidi, ağlı az qala Lev Tolstoya bənzəyirdi. Hətta Martin Edeni də tapdığımı deyə bilərəm...onun Martin kimi bitəcəyindən çox narahat idim. Tolstoyun ağlayaraq “Anna Karenina öldü” deməsi. Bəli Anna Karenina öldü...Anna mənim üçün öz sonunu hazırladı. Anna ilə empati qura bilmədim açığı... Kitabı spoiler vermədən təsvir etmək mümkün deyil...Anna ərinə və uşaqlarına xəyanət edən qadındır, üstəlik ərinin dərdindən həzz alan qadındır və təəssüf ki, sevgisi onu günahsız etmir..
Anna Karenina
Anna KareninaLev Tolstoy · Türkiye İş Bankası Yayınları · 201939,4bin okunma
1025 syf.
9/10 puan verdi
·
Beğendi
Aşiq olduğum yazarın qələmə aldığı son kitabı.
Karamazov Dostoyevskinin bütün kitablarından daha çox təsir etdi mənə. Hər cür insanın özündən bir şey tapa biləcəyi bir əsər. Dostoyevski də özündən çox şey qatıb əsərə. Çünki hər xarakterində bir xüsusiyyəti vardı. İvanın Tanrıya inanmamağı amma dinin gərəkli olması düşüncəsi. Alyoşanın insanlığa umidi. Dmitri ilə Fyodor Pavloviçin pis vərdişləri. Çox uzun vaxta bitirdim. Daha da uzun vaxta bitirmək istəyərdim. Ona görə ki, çox yol gediləsi bir kitabdı. Elə bitirəndə də biraz duyğusallaşdım. Ayrılmaq çətin gəldi. İkinci dəfə oxuya bilərəm bəlkə də. Hər əsərində olduğu kimi, bu möhtəşəm yazarın ən sevdiyim mövzusu vicdan əzabıdı. Və burda da möhtəşəm qələmə alıb. Ən çox da Smerdyakovun İvanla söhbətlərində vurğulayır. "rüsvay olmuş şəxsiyyət və cinayətkar qǝlb öz-özünə qarşı yer üzünün bütün ədalət məhkəmələrindən daha qisasçıdır!" Kitabda ən sevdiyim bölümlərdən biri İvanın şeytanla söhbətidi. Biri də sonda İlyuceşkanın ölümü (( burdakı bu cümlə biraz incitdi: «Atacan, məni basdırandan sonra qəbrimin üstünə çörək ovxala ki, sərçələr uçub gəlsinlər, mən onların civiltisini eşidib, tək olmadığıma görə sevinəcǝyǝm>>. Dostoyevski məncə nə qədər içki içən, qumarbaz biri olsa da ruhunda incəlik olub. Onun bu xüsusiyyəti mənə insanların sırf bir iki pis vərdişi var deyə onları yarğılamamağı, hardasa bir yerlərində incəlikləri olduğunu öyrədib. Uzun sözün qısası Karamazovu oxumadan ölməyin. Təsiri ömrünüz boyunca qalabiləcək bir əsərdi. BİZ HAMIMIZ EQOİSTİK, KARAMAZOV
Karamazov Kardeşler
Karamazov KardeşlerFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 202334,8bin okunma