Bu kitab seriyanın ən sevdiyim kitabı oldu. O qədər gözəl idi ki
Burada Harry III sinfə gedir və yeni bir təhlükə ilə qarşılaşır. Əsərdə Harry'in gələcəyilə bağlı gözəl bir xəyal qurması və xəyalın yarım qalması məni çox təsirləndirmişdi. Ruh əmicilər isə əsərə qorxulu bir hava gətirirdilər. Onlar insanların xoşbəxtlikləri, ümidlərilə qidalanırlar və onlarla qarşılaşan insanlar bir daha xoşbəxt ola bilməyəcəklərini düşünürlər. Rowling bunları 20 yaşındakı depresiya halından ilhamlanaraq yazmışdı. Bura belə bir qeyd edim ki, bəzi insanlar da ruh əmici kimidir. Bütün enerjini alırlar sanki
Yenə spoyler olmasın deyə belə qeyd edim, Patiayak mənim ən sevdiyim obraz oldu. Onun çəkdiyi əziyyətlərə o qədər pis oldum ki. Kaş ki bunun qarşılığını ala biləydi. Çapulcuların hekayəsi də çox gözəl işlənmişdi. Əsərdə bir daha dostluğun, sevginin, sədaqətin gözəlliyi özünü göstərirdi. Filmdə isə bu hissələr ötəri işlənmişdi
Harry Potter'in ən böyük gücünün nə olduğu dəfələrlə göstərilmişdi. O dərslərində mükəmməl deyildi. Amma ən böyük gücü sevgisi idi. Sevgi ona cəsarət, fədakarlıq və mərhəmət kimi xüsusiyyətlər verirdi. Düşmənində olmayan şeylər
Filmi isə yenə bəyəndim. Buradan da bir-iki detay verim. Sirius obrazını canlandıran Gary Oldman'ın tatuları rus həbsxanalarındakı bandalardan örnək alınıb. Albus Dumbledore obrazını ilk iki filmdə canlandıran aktoy Richard Harris vəfat etdiyi üçün bu və bundan sonrakı filmlərdə obrazı Michael Gambon canlandırır. Təəssüf ki, bu aktyor da bir neçə həftə öncə vəfat edib